KXDR orta mənzilli ballistik raketi uğurla sınaqdan keçirdi

Koreya Xalq Demokratik Respublikası (KXDR) "yer-yer" tipli orta mənzilli raketi sınaqdan keçirdiyini bildirib.

Bu barədə "Renxap" agentliyi xəbər verib.

KXDR-in dövlət telekanalı isə "Hwasong-12" adlı raketin sınağının uğurlu olması barədə məlumat yayıb. Məlumatda bildirilir ki, raket 787 kilometr uçub.

Bu, Şimali Koreyanın üzərində işlədiyi yeni tip raketdir. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31