Azərbaycan gimnastlarından daha bir QIZIL MEDAL

Azərbaycanın bədii gimnastı Jalə Piriyeva Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında topla hərəkətlərin yekunu üzrə qızıl medal qazanıb.

J.Piriyeva finalda 17.550 bal toplayaraq bütün rəqiblərindən üstün olub.

Digər gimnastımız Marina Durunda isə 15.800 balla üçüncü olub.

Gümüş medal isə Özbəkistan idmançısı Anastasiya Serdyukovaya nəsib olub - 16.950 bal.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31