"Qarabağ" "Barselona" və "Bavariya" ilə qarşılaşa bilər

UEFA Gənclər Liqasında çıxış edəcək "Qarabağ"ın 27 potensial rəqibi müəyyənləşib. Tarixində ilk dəfə bu yarışda çıxış edəcək Ağdam təmsilçisinin U-19 komandasının mümkün rəqibləri iki qrupa bölünür.

UEFA Gənclər Liqasında çıxış edəcək "Qarabağ"ın 27 potensial rəqibi müəyyənləşib. Tarixində ilk dəfə bu yarışda çıxış edəcək Ağdam təmsilçisinin U-19 komandasının mümkün rəqibləri iki qrupa bölünür.

Azərbaycan millisinin və "Qarabağ"ın əsas komandasının kapitanı Rəşad Sadıqovun baş məşqçisi olduğu U-19-un rəqibləri, ilk növbədə, özünün harada oynamasından asılıdı. Söhbət komandanın Çempionlar yolu və ya Çempionlar Liqası yolunda oynamasından gedir.
 
"Qarabağ"ın əsas komandası qitənin ən nüfuzlu klub turnirində qrupa qədər irəliləsə, U-19 da qrupda çıxış edəcək. Burada iştirak edəcək 32 komandadan 15-i bəllidi. Bunlar "Real" (İspaniya), "Barselona" (İspaniya), "Atletiko" (İspaniya), "Bavariya" (Almaniya), "Leypsiq" (Almaniya), "Çelsi" (İngiltərə), "Tottenhem" (İngiltərə), "Monako" (Fransa), PSJ (Fransa), "Spartak" (Moskva, Rusiya), "Benfika" (Portuqaliya), "Porto" (Portuqaliya), "Şaxtyor" (Ukrayna), "Feyenoord" (Hollandiya)  və "Bazel" (İsveçrə) komandalarıdı.
 
Əsas komandası qrupa çıxmasa, U-19 Çempionlar yolunda mübarizə aparmalı olacaq. Buradakı mümkün 31 rəqibdən 15-i bəllidi. Bunlar "Krasnodar" (Rusiya), "Dinamo" (Kiyev, Ukrayna), "Anderelxt" (Belçika), "Bursaspor" (Türkiyə), APOEL (Kipr), "Lokomotiva" (Xorvatiya), "Hammarbü" (İsveç), "Molde" (Norveç), "Makkabi" (Hayfa, İsrail), "Kayrat" (Qazaxıstan), "Ludoqorets" (Bolqarıstan) və "Breydablik" (İslandiya) klublarıdı. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31