Daha bir gəmi təmirə dayanıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Professor Gül”” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmirə dayanıb. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, gəmidə olan bütün maşın və mexanizmlər, baş və köməkçi mühərriklər , eləcə də nasoslar, separatorlar, soyuducular, kompressorlar sökülərək təmir sahələrinə gətirilib.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "Professor Gül"" gəmi-bərəsi "Zığ" Gəmi Təmiri Zavodunda əsaslı təmirə dayanıb. "OLAYLAR"-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, gəmidə olan bütün maşın və mexanizmlər, baş və köməkçi mühərriklər , eləcə də nasoslar, separatorlar, soyuducular, kompressorlar sökülərək təmir sahələrinə gətirilib. Bərənin boru sistemləri və gövdə hissəsində də təmir işləri gedir. Gəmidə əlavə olaraq maye yüklərin daşınması zamanı dağılma baş verərsə həmin yükün toplanması üçün iki ədəd 13.5 mᶾ-lik çən və qazanizator quraşdırılması planlaşdırılır. Uzunluğu 154.5, eni 18.3 metr olan "Professor Gül" gəmi-bərəsinin maksimal sürəti 15 uzeldir. Gəmi-bərə hər səfərdə 28 vaqon götürə bilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31