Hamı çalışmalıdır ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə imkan verilməsin

Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair gözlənilmədən iddia qaldırması, Ermənistandakı 102-ci hərbi bazasını genişləndirmək qərarı, Qızıl meydandakı qələbə paradında qondarma Dağlıq Qarabağın “bayraqları”nın dalğalanması və bubna etiraz edən azərbaycanlıların rus polisi tərəfindən saxlanılması son bir ayda Rusiyada anti-Azərbaycan siyasətinin görünən tərəfləridir.

Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair gözlənilmədən iddia qaldırması, Ermənistandakı 102-ci hərbi bazasını genişləndirmək qərarı, Qızıl meydandakı qələbə paradında qondarma Dağlıq Qarabağın "bayraqları"nın dalğalanması və bubna etiraz edən azərbaycanlıların rus polisi tərəfindən saxlanılması son bir ayda Rusiyada anti-Azərbaycan siyasətinin görünən tərəfləridir. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən müstəqil ekspert Əlabbas Məhərrəmli deyib ki, əslində burada elə də təzə nəsə baş verdiyini düşünmür: "Əgər tarixə nəzər salsaq Rusiyanin Azərbaycan milli maraqlarına qarşı nə qədər haqsız olduğunu görərik.Neçə illərdir işğalçı erməniyə dəstəyi kim verir?". Eskpert deyib ki, zaman zaman Rusiyada ya açıq, ya da gizli şəkildə bizə qarşı siyasət aparılıb. İstənilən halda bütün səlahiyyətlilərdən tutmuş sözü keçən azərbaycanlılardan Rusiya vətəndaşlarına qədər hamı çalışmalıdır ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə imkan verilməsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31