İnsan orqnizmi üçün təhlükəli olan 100 kq kolbasa məhv edilib

Paytaxt Bakıda antisanitar şəraitdə saxlanılan, yararlıq müddəti bitən, bakterioloji çirklənməyə məruz qalan, insan qidası üçün yararsız olan kalbasa məmulatları zərərsizləşdirilib. Dövlət Baytarlıq Nəzarəti Xidmətindən “Olaylar”a verilən məlumata görə, mayın 5-də Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 1 ünvanında yerləşən Həsənov Fuad Alik oğluna məxsus kalbasa məhsullarının satışı anbarında aşkar edilmiş ümumi çəkisi 100 kq olan yararlıq müddəti bitən kalbasa məmulatlarından nümunələr götürərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Paytaxt Bakıda antisanitar şəraitdə saxlanılan, yararlıq müddəti bitən, bakterioloji çirklənməyə məruz qalan, insan qidası üçün yararsız olan kalbasa məmulatları zərərsizləşdirilib. Dövlət Baytarlıq Nəzarəti Xidmətindən "Olaylar"a verilən məlumata görə, mayın 5-də Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 1 ünvanında yerləşən Həsənov Fuad Alik oğluna məxsus kalbasa məhsullarının satışı anbarında aşkar edilmiş ümumi çəkisi 100 kq olan yararlıq müddəti bitən kalbasa məmulatlarından nümunələr götürərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella aboreus, salmonella typhimurium) aşkar edilmişdir. Bakterioloji və biokimyəvi müayinələrin nəticəsinə əsasən yoxlanılan nümunələrin insan qidası üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Bakı Şəhər Baytarlıq İdarəsi tərəfindən verilmiş qərara uyğun olaraq, bakterioloji çirklənməyə məruz qalan ümumi çəkisi 100 kq olan kalbasa və sosis məhsulları  zərərsizləşdirilib. Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə Bakı şəhər Baytarlıq İdarəsi tərəfindən vətəndaş Həsənov Fuad Alik oğlu Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 289.0.2. maddəsinə uyğun olaraq 200 manat məbləğində cərimə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31