“Kişilər daha çox müraciət edirlər”
2011 – ci ildə Rusiyada “Bitva ekstrasensov” layihəsinin qalibi, 2016 – cı ildə Azərbaycanda “İlin ekstrasensi” adını qazanmış Aqil Məhərrəmovla cəmiyyətimizin bu gün ekstrasenslərə nə qədər maraq göstərdiyinə aydınlıq gətirmək istədik.
15 May 2017 13:50 MüsahibəAqil Məhərrəmov: "Bizim təhlükəsizlik orqanları itən bir şəxsi tez bir zamanda tapırlar"
2011 - ci ildə Rusiyada "Bitva ekstrasensov" layihəsinin qalibi, 2016 - cı ildə Azərbaycanda "İlin ekstrasensi" adını qazanmış Aqil Məhərrəmovla cəmiyyətimizin bu gün ekstrasenslərə nə qədər maraq göstərdiyinə aydınlıq gətirmək istədik.
- Aqil müəllim, bu gücü özünüzdə necə hiss etdiniz? Sizdən öncə ailədə bu gücə malik olublar?
- Bizdə ailədə ekstrasenslik yox, müalicə edən olub. Ata tərəfimdən qara magiya ilə məşğul olan insanlar olub. Ana tərəfimdə isə seyidlik var. Onlar da müalicə ediblər.
- Sıradan bir insan öyrənməklə bu gücə sahib ola bilər?
- Sıradan bir insan ekstrasens ola bilməz, amma falçı ola bilər.
- Bir insan hansı əlamətlərdən hiss edə bilər ki, ona cadu olunub?
- Baş ağrıları, bel ağrıları, əsəbilik, ürək ağrısı,yuxu pozuntusu - bunlar ilkin əlamətlərdi. Bu ağrılarla həkimə gedirsən, qan analizləri verirsən, amma heç nə çıxmır. Və ya heç bir işin alınmırsa, o zaman burada cadunun əlamətləri ola bilər.
Ən çox 24 - 26 yaşlı qızlarda qadın xəstəlikləri ilə bağlı ağrılar daha çox olur. Bu da həmin yaş qrupuna aid olan qızlara caduların edilməsi ilə bağlıdı. Bu yaş aralığında insanın həyatının birinci mərhələsi bitir. Bu mərhələdə energetik dəyişikliklər baş verir. Bu dəyişiklik zamanı insanda əməl varsa, o dəyişilmə tam getmir. Bədənin hansısa hissəsində öz təsirini göstərir.
- Aqil bəy, sizə "qara əməllərlə" bağlı müraciətlər olub?
- Olub. Müraciət edən insanların bir qismi demək olar ki, onunla bağlı müraciət edirlər.
- Fəaliyyətə başladığınız dövrdən bu günə qədər "qara əməllər" - in sayında artım, ya azalma müşahidə edirsiniz?
- Zamanla müqayisə etsək, insanlarımız daha çox pislik etməyə meyillidilər. Həyatda öz mövqeyini qazana bilməyən, özünü doğrultmayan insanlar hər zaman başqasina pislik etməyə çalışırlar. Amma insanlar onu da bilməlidilər ki, kiməsə etdikləri cadu təmizlənirsə, həmin şər qüvvə onun özünə - edənə qayıdır.
- İnsanlardan aldığınız mənfi enerjini özünüzdən necə təmizləyirsiniz?
- İnsanların aurasını özümə çox yükləməməyə çalışıram. Yanıma gələn insanlarla aramda məsafə olmasına çalışıram. Təbii ki, bu insana görə dəyişir. Məsələn, qarşımdakı insanın rahat, səmimi olması üçün bəzən kiçik zarafatlar edirəm. Üstümə qara qüvvələrlə gələnləri qəbul etmirəm. Özümü mənfi auralı insanlardan qorumağa çalışıram. Ağır keçən qəbullardan sonra yataraq dincəlirəm.
- Əvvəlki illərlə bu günümüzü müqayisə etsək, qadınlar, ya kişilər daha çox müraciət edirlər?
- İndi kişilər daha çox müraciət edirlər. Boşanmaların sayı artıb. Və boşanmaq istəyən tərəf qadınlardı. Əvvəllər qadınlar, falçı, ekstrasens yanına gedirdi ki, ailəm dağılmasın. Amma indi kişilər ailələrinin dağılmamasına çalışırlar. Müraciət edən 5 nəfərin 4 - ü qadındı: 70 faiz ailələrinə görə, 20 faiz iş üçün, 10 faizi isə sağlamlığa görə müraciət edir.
- İnsanlara gələcəkdə ola biləcəkləri deyəndə hansı köməkçi vasitələrdən istifadə edirsiniz?
- Ən çox şəkil və insanın gözünə baxmaqla onun haqqında olanları deyirəm. Amma bu üsul məni yorur. Ona görə bəzən kartdan - Tarodan istifadə edirəm.
- Müsahibələriniz birində ən çox Rusiyada axtarışda olan insanların tapılması, onlar haqqında məlumatları əldə etməklə məşğul olursunuz. Niyə məhz Rusiyada?
- Çünki, Rusiya böyük dövlətdi və orada kimisə tapmaq uzun vaxt aparır. Amma Azərbaycanda kimisə öldürüb, illərlə gizli saxlamaq mümükün deyil. Bizim təhlükəsizlik orqanları itən bir şəxsi tez bir zamanda tapırlar.
- Olubmu ki, sizə müraciət edirlər, amma ekstraseslik heç bir işi yoxdu, həmin insan həkimə, psixoloqa müraciət etməlidi .Bu zaman siz həmin insanı həkimə, psixoloqa yönləndirirsinizmi?
- Mütləq. Əgər, həkimlik bir durum varsa, mənim ona qarışmağa haqqım yoxdu. Çünki, mənim tibb təhsilim yoxdu. Sadəcə, mənə Rusiyada "UZİ adam" deyirlər. Mən insanı UZİ kimi dəqiq görürəm. Xəstəliyini dəqiq deyə bilərəm ki, onda hansı xəstəlik var. Xəstəliyi olan insanları həkimlərə yönləndirirəm. Psixoloqa ehtiyacı olan insanlar, onsuz mənim yanıma gəlmirlər. Əvvəllər psixoloqun yanına getməyə çəkinirdilər, amma indi insanlar çox rahatlıqla psixoloqlara müraciət edirlər.
-Artıq 14 ildi ekstrasenslik edirsiniz. Bu 14 ildən bu günə qədər insanlarda ekstrasenslərə müraciətdə maariflənmə hansı dərəcədədi?
- Artıq əvvəlki illərə nisbətən insanların maariflənməsində fərq var. Artıq insanlar falçı ilə ekstrasenslərin fərqini bilirlər, hər xırda bir problemə görə ekstrasenslərə müraciət etmirlər. Ən azı artıq dərk edirlər ki, ekstrasenslərin yanına boş - boşuna getmək insana nə qədər ağırlıq verir. Hər dəfə energetika açılıb - bağlanır. Bu hal tez - tez təkrarlanarsa, psixoloji şizofreniya xəstəliyinə tutula bilər. Ona görə ekstrasenslərə tez - tez müraciət etmək olmaz.
- Bir çox ekstrasenslər, falçılar açıq şəkildə fəaliyyət göstərmirlər. Sizdə belə deyil. Sosial şəbəkələrdə, gündəlik fəaliyyətinizdə aktivsiniz. Açıq şəkildə fəaliyyət göstərməniz sizə problem yaşatmır ki?
- Düzgün ekstrasens dövlət niyə problem yaratmalıdı? Mən dəfələrlə vergi orqanlarına fəaliyyətimlə bağlı vergi ödəmək istədiyimi bildirmişəm, bununla da əlaqədar çoxsaylı müraciətlərim olub. Vergilər Nazirliyindən mənim bu istəyimlə bağlı belə bir cavab verdilər ki, sizin sahənizə uyğun vergi ödənişi yoxdu. Mənə bu daha rahat olar. Çünki, rəsmi iş yerim yoxdu. Buna görə də mən kredit, ipoteka götürə bilmirəm. Belə deyək, mən Azərbaycanın bir fərdiyəm, amma həm də fərdi deyiləm. Vergi ödəmək mənim üçün sərfəlidi. Çünki, müəyyən yaşdan sonra, qocalanda artıq insanları qəbul edə bilməyəcəm. Gələcəkdə normal təqaüd almaq üçün vergi ödəmək istərdim. Mən vergidən qaçmıram.
- Ekstrasensliyiniz sizin özünüzə kömək olur, yəni, öz gələcəyinizi görə bilirsiniz?
- Təbii ki, özümə baxdığım anlar olur. Mən də insanam və müəyyən səhvlər edə bilərəm.Ekstrasensliyimin sayəsində bir çox məsələlərimi həll edirəm.
- Bir çox falçılar, ekstrasensler qəbul etdikləri insanı öncə "tərif atəşinə" tuturlar. Sizdə necədi bu durum?
- Mən də əksinədi. Heç vaxt insanı üzünə qarşı tərifləmirəm. Çünki, yaxşı olduğu cəhətləri o özü bilir, dostları deyir. Amm insanın pis cəhətini heç kim demir. Mən qəbul etdiyim insanların hər zaman pis cəhətlərini deyirəm. Çünki, mən ekstrasensəm, bunu deməliyəm. Qarşımdakı insan mənim dediklərimdən inciməyəcək, amma dostu, rəfiqəsi desə müəyyən inciklik yarana bilər. Fikrimcə, ekstrasenslər qəbul etdikləri insanlara hər bir şeyi doğru - düzgün deməlidilər.
Mən həmişə qarşımda əyləşən insanın keçmişdə buraxdığı səhvləri və mənfi cəhətlərini deməyə üstünlük verirəm.
Nigar