Pekində ''SOCAR GPC'' layihəsinə dair mühüm sənədlər imzalanıb

Pekində işə başlamış “Bir kəmər- bir yol” strategiyası çərçivəsində beynəlxalq forumda Azərbaycanın nümayəndə heyəti də iştirak edir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, forumda 29 ölkə dövlət və hökumət başçıları səviyyəsində təmsil olunur, 110 ölkədən dövlət və özəl sektor təmsilçiləri, sərmayədarlar, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Pekində işə başlamış "Bir kəmər- bir yol" strategiyası çərçivəsində beynəlxalq forumda Azərbaycanın nümayəndə heyəti də iştirak edir. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, forumda 29 ölkə dövlət və hökumət başçıları səviyyəsində təmsil olunur, 110 ölkədən dövlət və özəl sektor təmsilçiləri, sərmayədarlar, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forum çərçivəsində chr("39")chr("39")SOCAR GPCchr("39")chr("39") layihəsinə dair Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycan tərəfdən SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Çin tərəfdən Milli Neft Korporasiyasının (CNPC) sədri Vanq Yilin və Çin İnkişaf Bankının (CDB) sədri Hu Huaybanq imzalayıb. Mayın 15-də isə Pekində "Bir kəmər - bir yol" forumu çərçivəsində SOCAR, CNPC və "Technip" şirkətləri arasında "SOCAR GPC" layihəsinə dair "Qaz Emalı Zavodu və Polietilen Neft-kimya Kompleksi ilə əlaqədar İlkin Detallı Layihələndirmə" üzrə Xidmət Müqaviləsi imzalanıb. Bu müqavilə "SOCAR GPC" layihəsi üçün İlkin Detallı Layihələndirmə işlərinin icrası istiqamətində HQC (CNPC şirkətinin törəməsi) və "Technip Italy" şirkətlərinin göstərəcəyi xidmətləri tənzimləyəcək. İmzalanma mərasimində SOCAR və CNPC şirkətlərinin prezidentləri iştirak etmişlər. Bildirilmişdir ki, HQC və "Technip Italy" şirkətləri 15 may 2017-ci il tarixindən etibarən müqaviləyə əsasən xidmətlərin göstərilməsinə başlayacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31