“Space”dən Elnarə Xəlilovanın nazirə müraciətinə MÜNASİBƏT

“Elnarə Xəlilovanın aparıcısı olduğu veriliş “Space”də hazırlanmır. Bizim sadəcə verilişi yayımlamaq üçün Elnarə xanımla müqaviləmiz var”. Bunu  “Space” televiziyasının icraçı direktoru Kamil Şahverdiyev telekanlarda yayımlanan “Xanımlar və Cənablar” verilişində aktyorların iştirakına Opera və Balet teatrı rəhbərliyi tərəfindən qadağa qoyulmasına münasibət bildirərkən deyib.

"Elnarə Xəlilovanın aparıcısı olduğu veriliş "Space"də hazırlanmır. Bizim sadəcə verilişi yayımlamaq üçün Elnarə xanımla müqaviləmiz var". Bunu  "Space" televiziyasının icraçı direktoru Kamil Şahverdiyev telekanlarda yayımlanan "Xanımlar və Cənablar" verilişində aktyorların iştirakına Opera və Balet teatrı rəhbərliyi tərəfindən qadağa qoyulmasına münasibət bildirərkən deyib.

Teatr rəhbərinin hikkəsi

K.Şahverdiyev bildirib ki, "Xanımlar və cənablar" verilişi "Space"in efirində yayımlansa da, o prodakşn məhsuludur. "Elnarə Xəlilova ilə müqaviləmiz var, biz sadəcə hazır verilişi yayımlayırıq". Opera və Balet Teatrının verilişə dəvətə mənfi cavab verməsinə gəldikdə, K.Şahverdiyev məsələdən xəbərsiz olduğunu deyib: "Bu məsələdən xəbərim yoxdur, xəbəri sizdən eşidirəm. Çünki həmin verilişin bizə aidiyyəti yoxdur, onun mətbəxindən xəbərim yoxdur". Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31