Qızıl medalçımız: "Qələbəmi azadlığımız uğrunda canlarını fəda etmiş şəhidlərimizə həsr edirəm"

Bu gün sevincimin həddi-hüdudu yoxdur. Ölkəmə qızıl medal qazandırmışam. Bunu jurnalistlərə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında karate üzrə yarışlarda qızıl medal qazanmış idmançımız Ayxan Mamoyev deyib.

O bildirib ki, döyüşləri ağır keçib: "Amma şadam ki, qalib gəldim. Döyüşə yaxşı hazırlaşmışdım. Qələbəmi torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizə həsr edirəm. Qarşıda olimpiya oyunlarına hazırlaşacağam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31