Fabreqas: "Arsenal" əbədi ürəyimdə qalacaq"
"Çelsi" mövsümü "Qızıl dubl"la başa vurmaq üçün İngiltərə kubokunun finalında "Arsenal"ı məğlub etməlidir. Bu görüş "zadəganlar"ın oyunçusu Sesk Fabreqas üçün xüsusi olacaq. 2003-2011-ci illərdə "Arsenal"da forma geyinmiş ispaniyalı havbek bu barədə fikirlərini bildirib.
15 May 2017 14:20 İdman"Çelsi" mövsümü "Qızıl dubl"la başa vurmaq üçün İngiltərə kubokunun finalında "Arsenal"ı məğlub etməlidir. Bu görüş "zadəganlar"ın oyunçusu Sesk Fabreqas üçün xüsusi olacaq. 2003-2011-ci illərdə "Arsenal"da forma geyinmiş ispaniyalı havbek bu barədə fikirlərini bildirib. Fabreqas "topçular"la bağlı olmasına baxmyaraq peşəkar oyunçu olduğunu qeyd edib.
"Mənim üçün emosional oyun olacaq. "Arsenal" əbədi ürəyimdə qalacaq. Amma bizim də öz işimiz var. "Chelsea"nin kuboku qazanacağına ümid edirəm. Bu, mövsüm üçün əla sonluq olardı. Mən hissləri bir kənara qoyub peşəkarlıq göstərməliyəm. Xüsusi bir oyun olacaq". Goal.az