Azərbaycan yenə tarix yazdı
Mayın 12-də Azərbaycan daha bir tarix yazdı. Belə ki, hər kəsə bəlli olduğu kimi qeyd edilən tarixdə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi şəkildə açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də bir sıra müsəlman ölkələrinin rəsmiləri və idman federasiya rəhbərlərinin iştirak etdiyi açılış mərasimi öz möhtəşəmliyi, yada qalanlığı ilə seçildi.
15 May 2017 14:46 SiyasətMayın 12-də Azərbaycan daha bir tarix yazdı. Belə ki, hər kəsə bəlli olduğu kimi qeyd edilən tarixdə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi şəkildə açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də bir sıra müsəlman ölkələrinin rəsmiləri və idman federasiya rəhbərlərinin iştirak etdiyi açılış mərasimi öz möhtəşəmliyi, yada qalanlığı ilə seçildi. Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimini yüksək səviyyədə təşkil etməklə növbəti dəfə bir ilkə imza atmış oldu. Təsadüfi deyil ki, oyunların rəsmi açılış mərasimindən reportaj hazırlayan ayrı-ayrı ölkələrin televiziya kanalları da bu fikri xüsusi olaraq qeyd edirdilər. Elə millət vəkili Eldəniz Səlimov da bu fikirdədir ki, Azərbaycan dövləti IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil edərək aktivinə daha bir uğur əlavə etdi: "Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan idman ictimaiyyəti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında daha bir ilkə, daha bir uğura imza atdı. Möhtəşəm Birinci Avropa Oyunlarından sonra ölkəmiz bu dəfə, yəni, 4-cü İslam Həmrəyliyi Oyunlarının çox əzəmətli açılışını etdi. Elə bir açılış mərasimini ki, bunu sözlə ifadə etmək çox çətindir, sözlər bunu ifadə etməkdə çox acizdir. Həddindən ziyadə möhtəşəm və ecazkar bir açılış idi. İllər keçəcək, amma bu açılış mərsimi yaddaşlarda əbədi həkk olunacaq, hafizələrdən silinməyəcək". Eldəniz Səlimovbildirib ki, bu yarışın baş tutmasında, yüksək səviyyəli hazırlıq işlərində, həmçinin, möhtəşəm açılış mərasiminin düzənlənməsində ən böyük təşəkkürlər və minnətdarlıq ölkə başçısı ilə birinci vitse-prezident Mehriban xanım Əliyevaya düşür: "Məhz onların iradəsi, əzmkarlığı, yüksək təşkilatçılıq qabiliyyəti sayəsində Azərbaycan 4-cü İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edir. Azərbaycan 10 gün ərzində İslam ölkələri idmançılarının, bu yarşları izləməyə gələn azarkeşlərin, turistlərin doğma məkanına, belə demək mümkünsə, evinə, isti ocağına cevriləcək. Mehriban xanımın da açılış mərasimində qeyd etdiyi kimi, bu, onların Oyunlarıdır, Azərbaycan 10 gün ərzində onların da evi olacaq. Buna da heç kimin şübhəsi olmasın və ola da bilməz. Azərbaycan Birinci Avropa Oyunlarına necə layiqincə evsahibliyi etdisə və tarixə düşdüsə, İslam Həmrəyliyi Oyunlarını da elə, ondan da qat-qat yüksək səviyyədə reallaşdıracaq, ona daha layiqli və uğurlu evsahibliyi edəcək. Düzdür, bundan öncə İslam Həmrəyliyi Oyunlarına başqa bir nieçə ölkə evsahibliyi edib, amma yuxarıda da qeyd etdiyim kimi, ölkəmiz belə bir möhtəşəm açılış mərasimi ilə necə deyərlər, bir ilkə imza atıb və atdı. Bundan öncəki Oyunlarda belə bir açılış, belə bir əzəmət, möhtəşəmlik, çoşqu yaşanmamışdı, amma ölkəmiz bunu da etməyi bacardı, buna da nail oldu. Odur ki, belə bir tarixi və əlamətdar hadisənin, möhtəşəm idman yarışmasının Azərbaycanda keçirilməsi üçün göstərdikləri iradəyə, çəkdikləri əziyyətə və xidmətə görə ölkə Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin təşəkkür və minnətdarlıq bildirir, onlara Azərbaycan naminə yorulmaz fəaliyyətlərində bundan sonra da növbəti uğurlar, zəfərlər arzulayırıq".
Politoloq Ramiz Alıyev də deyib ki, Azərbaycan IV İslam Həmrəylik Oyunlarının açılışı ilə bir daha bütün dünyanın, xüsusilə də İslam aləminin diqqətini özünə cəlb etmiş oldu. Onun sözlərinə görə, möhtəşəm şəkildə təşkil olunan açılış mərasimi qonaqlarda, eləcə də ölkə ictimaiyyətində böyük maraq, coşqu yaratdı: "İslam Həmrəyliyi Oyunlarının tarixində ilk dəfə idi ki, belə bir möhtəşəm açılış mərasimi təşkil olunurdu. Bu ilki də yenə Azərbaycan öz aktivinə yazmış oldu". Ramiz Alıyev qeyd edib ki, belə bir möhtəşəm açılış mərasiminin təşkilində İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin, xüsusilə də Təşkilat Komitəsinin rəhbəri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əməyi xüsusi qeyd edilməlidir: "Məhz Mehriban xanım Əliyevanın Təşkilat Komitəsinə rəhbərlik etməsi bu mötəbər tədbirin açılış mərasiminin yüksək səviyyədə keçirilməsi ilə nəticələndi. Burada bir məqamı da qeyd etmək lazımdır ki, "Evrovision - 2012" mahnı yarışması və "Bakı-2015" Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə də məhz Mehriban xanın Əliyeva rəhbərlik edirdi və hər iki tədbirdə məhz Mehriban xanımın əməyi sayəsində yüksək səviyyədə reallaşdı. Ən son isə bunun IV İslam Həmrəylik Oyunlarının rəsmi açılış mərasimində əyani şahidinə çevrildik. Və bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan bundan sonra da neçə belə kütləvi tədbirlər, idman yarışlarınə yüksək səviyədə təşkil edə, onu reallaşdıra bilər. Çünki Azərbaycan buna qadirdir". Ramiz Alıyev onu da qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları İslam aləmi arasında birliyin, vəhdətin möhkəmlənməsinə xidmət edən başlıca amillərdəndir və bu proses günümüzdə Azərbaycanın fonunda reallaşır: "Bu gün bu mühüm missiyanı məhz Azərbaycan həyata keçirir. Bu da öz növbəsində ölkəmizin həm dünya miqyasında, həm də İslam aləmində nüfuzunu, çəkisini, yeri və rolunu daha da artırmış olur. Hər zaman dünyada sülhə və təhlükəsizliyə töhfə verən, bu prinsipləri əsas götürən Azərbaycan IV İslam Hərməylik Oyunlarını keçirməklə bu prosesi daha da sürətləndirmiş olur".
Süleyman