İş yerini itirənlər sığorta ödənişi alacaqlar
zərbaycanda həyata keçirilən sosial siyasət özündə yenilikləri ehtiva etməkdədir. Məhz bu siyasətin nəticəsidir ki, dövlət hətta iş yerini itirmiş vətəndaşların taleyinə biganə qalmayaraq onların yenidən əmək bazarına qaytarılması barədə müxtəlif tədbirlər həyata keçirməkdədir. Beləliklə bundan sonra işdın çıxarılan şəxslər yeni iş tapana qədər sığorta haqqı ala biləcəklər.
15 May 2017 15:27 Sosialİşçilərlə əmək müqaviləsi yeni qaydada bağlanacaq
Azərbaycanda həyata keçirilən sosial siyasət özündə yenilikləri ehtiva etməkdədir. Məhz bu siyasətin nəticəsidir ki, dövlət hətta iş yerini itirmiş vətəndaşların taleyinə biganə qalmayaraq onların yenidən əmək bazarına qaytarılması barədə müxtəlif tədbirlər həyata keçirməkdədir. Beləliklə bundan sonra işdın çıxarılan şəxslər yeni iş tapana qədər sığorta haqqı ala biləcəklər. Bu məsələ "İşsizlikdən sığorta haqqında" qanun layihəsində əksini tapıb. Həmin vəsaiti yeni yaradılan sığorta fondu ödəyəcək. Məlumat üçün qeyd edək ki, artıq sözügedən qanun layihəsinin parlament müzakirəsinə başlanılıb. Milli Məclisin əmək və sosial siyasət komitəsindən verilən məlumata görə, artıq işsizlərə sığortadan ödəniləcək vəsaitlərin mənbələri müəyyənləşib. Qanunvericiliyə əsasən işsizlikdən sığorta vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır: bu qanunla müəyyən qaydada ödənilən sığorta haqqları; bu qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara görə tətbiq olunan inzibati cərimələrdən daxilolmalar; "Qran haqqında" qanuna uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar; bank kreditləri; qanunla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulan digər mənbələr. Fonda toplanan vəsait davamlı olaraq artıqılacaq və özünəməşğulluq xidməti üçün istifadə ediləcək. İşsizliklə bağlı sığorta sistemi işsiz vətəndaşların uzun müddətli sığorta olunması üçün deyil, əksinə onların ixtisas və təhsilini artırmaqla yenidən əmək bazarına qaytarılmasını stimullaşdırılması məqsədi güdür. Sənədə əsasən sığorta ödənişi üçün müraciət edildikdə bu ödəniş 3 ay müddətində təyin ediləcək. Sığorta ödənişinin verilmə müddəti ilkin müraciət zamanı sığorta ödənişi təyin edildiyi aydan sonrakı 24 ay müddətinə 9 aydan artıq olmamaqla, eləcə də növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı sonrakı 12 ay sığorta stajı tələb olunacaq. Burada əsas məqsəd vətəndaşın iş yerini itirdiyi andan yeni iş yeri tapanadək olan müddətdə itirdiyi gəlirləri müəyyən hissəsinin kompensasiya olunması, eyni zamanda əmək bazarına qaytarılmasına kömək göstərməkdir. Yeri gəlmişkən xatırladaq ki, işsizlikdən sığorta sistemi bu və ya digər formada dünyanın 72 ölkəsində tətbiq edilməkdədir.
Paralel olaraq Azərbaycanda əmək müqaviləsinə xitam verilən işçilərin sonrakı təminatı ilə bağlı yeni qaydalar hazırlanıb. Bununla bağlı Əmək Məcəlləsinin 77-ci (Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları) maddəsinə dəyişikliklər layihəsi parlamentin müzakirəsinə tövsiyyə edilib. Dəyişikliyə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanacaq. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdırılmış müddətə bağlanacaq. Hazırkı varianta görə isə əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Layihədə göstərilir ki, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə əmək müqavilələrinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdarlıq edilməlidir: bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi. Bəndin hazırda qüvvədə olan variantı isə belədir: "Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir". Maddənin 3-cü bəndinin yeni təklif olunan variantına görə isə, əmək müqaviləsi bu məcəllənin 70-ci maddəsinin "a" və "b" bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:bir ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;on ildən çox əmək stajı olduqda - orta aylıq əmək haqqının azı iki misli miqdarında. Hazırda qüvvədə olan variant isə belədir: Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin "a" və "b" bəndləri ilə ləğv edilərkən işçilərə: orta əməkhaqqından az olmamaqla işdən çıxarma müavinəti; işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta aylıq əməkhaqqı ödənilir. Onu da qeyd edək ki, yeni qaydalara əsasən əgər işsiz olan adama yeni iş təklif olunarsa, müavinət avtomatik olaraq kəsiləcək. Ekspertlər hesab edirlər ki, bu zaman sui-istifadə halları çox ola bilər. Onların fikrincə, işsizlik sığortası tklif olunan zaman vətəndaşın əvvəlki işi və əmək haqqı nəzərə alınmalıdır.
Alim