Ermənistan danışıqlar prosesindən yayınmaq kursunu davam etdirir

Cəbhədə erməni təxribatı hər ötən gün daha da artır və geniş miqyas alır. Əgər son 1-2 aya qədər ermənilər tərəfindən atəşkəs rejimi sutka ərzində 60-70 dəfə pozulurdusa, artıq bu hal daha intensiv xarakter alıb.

İrəvanın hazırkı siyasəti yeni müharibənin başlanmasını sürətləndirir

Cəbhədə erməni təxribatı hər ötən gün daha da artır və geniş miqyas alır. Əgər son 1-2 aya qədər ermənilər tərəfindən atəşkəs rejimi sutka ərzində 60-70 dəfə pozulurdusa, artıq bu hal daha intensiv xarakter alıb. Müdafiə Nazirliyinin verdiyi son məlumatlardan aydın olur ki, düşmən sutka ərzində atəşkəs rejimini artıq 150-160 dəfə pozur. Həm də atəşkəsin pozulması zamanı əvvəlki vaxtlardan fərqli olaraq avtomat silahlardan deyil, eyni zamanda iriçaplı silahlar, pulemyot və minaatanlardan istifadə edilir. Eyni zamanda düşmən fürsət düşdükcə mövqelərimizə qarşı kəşfiyyat diversiya hərəkətlərinə də yol verir və əraziləriməz yeni hücum barədə düşünür. Elə bu günlərdə düşmənin Tərtər istiqamətində hücum planlarının üstünün açılması da deyilənləri təsdiqləyir. Bütün bunlara rəğmən isə problemin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu, eləcə də digər beynəlxalq təşkilatlar Ermənistanın aqressiyasına qarşı adekvat addım atmaq barədə düşünmürlər. Bu isə İrəvanın əl-qolunu daha da açır.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutnun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də hesab edir ki, Ermənistana qarşı təzyiq vasitəsindən istifadə edilməməsi İrəvanın aqressiv siyasətinin davam etməsi ilə nəticələnir. Politoloq deyir ki, xüsusilə Rusiya bu məsələdə Ermənistana qarşı öz təzyiq vasitələrindən istifadə etmir. Onun sözlərinə görə, tərəflər bu illər ərzində iki dəfə real sülh danışıqlarına yaxınlaşsa da, Rusiyanın basqısı nəticəsində baş tutmayıb: "Qeyd edim ki, Rusiya münaqişəni elə bir mürəkkəb vəziyyətə gətirib ki, etimad və qarşılıqlı anlaşma mühiti Ermənistan tərəfindən qəbul edilmir. Kompromis bir tərəfə, Ermənistan rəhbərliyi hazırda danışıqlar prosesindən yayınmaq kursunu davam etdirir. Əlbəttə ki, münaqişə ətrafında Ermənistan tərəfindən bütün siyasi spekulyasiyalar Rusiya tərəfindən idarə olunur. Ötən il Aprel savaşından sonra, danışıqlar prosesində müəyyən canlanma və Moskva tərəfindən diplomatik hərəkətlilik baş versədə, əvvəlcədən proqnozlsşdırıldığı kimi, münaqişə ətrafında müsbət irəliləyişlər əldə olunmadı. Bu müddət ərzində rəsmi Moskva üç ay diplomatik manevr edərək, Ermınistana vaxt qazandırmış oldu. Rusiya tərəfindən Ermənistana yeni silah partiyaları, "İsgəndər-M" taktiki-operativ raket sistemi və "TOS-1A" od saçan və "Smerç" artilleriya vasitələri ötürüldü. Danışıqlar prosesində Ermənistan müdafiə naziri və prezidenti Moskvaya gedərək, təlimatlandırıldı. Ötən ilin noyabrında Kreml Rusiya-Ermənistan qoşun növünü yaratmaqla işğalçı ölkəninsərt ritorika sərgiləməsinə nail oldu. Azərbaycanın güclü hərbi təzyiqi nəticəsində Aprel ərəfəsində danışıqlara və kompromisə hazır olan Ermənistan rəhbərliyi, Rusiyanın hərbi və siyasi dəstəyi ilə danışıqlar prosesindən sonradan geri çəkildi. Bununlada, Rusiya "Minsk qrupu" çərçivəsində 23 ildən artıq davam edən danışıqlar prosesini fiaskoya uğratdı". Politoloq bildirib ki, hazırda, rəsmi Kreml Azərbaycana qarşı çox ciddi siyasi təzyiqlərə start verib: "

Azərbaycanın Rusiyanın "Cənub Axını" qaz kəmərinə alternativ olan TAP və TANAP qaz kəmərinin tikintisində fəallığı, Avropa İttifaqı ilə başladılan danışıqlar, həmçinin Ermənistana cəbhə xəttində edilən təzyiqlər fonunda Moskvada ermənipərəst Kremldə müəyyən dairələrin ciddi narahatlığına səbəb olur. Rusiyada ÜmumiRusiya Azərbaycanlıları Konqrensinin bağlanmasına cəhdlər, gömrükdə Azərbaycandan aparılan yüklərə əngəllər, Ermənistana yeni hərbi texnikaların verilməsi, Abxaziya dəmir yolunun işə salınması üçün aparılan danışıqlar ən əsası isə, Ermənistan-Rusiya birgə qoşunlarının komandanı general Makaryanın dili ilə Azərbaycanı hədələməsi buna sübutdur. Baş verənlər, heç də təsdüfü deyil. Kreml tərəfindən Azərbaycana qarşı düşünülmüş təzyiq siyasətidir. Türkiyə-Azərbaycan birgə hərbi təlimlərindən sonra, general Makaryanın bəyanatı, birbaşa Kremlin mesajı idi". Məhəmməd Əsədullazadə qeyd edib ki, Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan Minsk qrupunun fəaliyyəti bundan sonra da imitasiya xarakterli olacaq: "Ermənistan rəhbərliyi sülh və diplomatik danışıqlardan uzaqdır. Serj Sərkisyan və komandası Qarabağ probleminin həllində müstəqil siyasətə malik deyil. Onlar bütün rıçaqları Moskvanın öhdəsinə buraxmaqla, əmr və təklifləri şimaldan alırlar. Rusiya son 23 ildə olduğundan daha artıq şəkildə Qarabağ münaqişəsinin nizamlanmasında təsiredici gücə malikdir. Çünki, bu münaqişə onun regionda geosiyasi maraqlarının qorunmasına cavab verir. Rusiya çalışır ki, atəşkəs rejimini davamlı saxlamaqla, gələcək perspektivdə geniş imkanlara sahib olsun. Hesab edirəm ki, beynəlxalq vəziyyətin gərginləşməsi, Rusiyanın artan aqressiv siyasətinin nəticəsidir. Ermənistanla Azərbaycan arasında 23illik atəşkəs rejiminin davamlı olması gözlənilmir.Cəbhədə susmayan atəş səsləri, yenidən artilleriya atəşi ilə müşayiət oluna bilər. Azərbaycanın bir il ərzində orduda casus şəbəkəsini neytrallaşdırması, yeni dönəmin başlaması deməkdir. Bu dəfə ordumuzun irəlləməsi böyük ərazilərin azad olunması ilə nəticələnə bilər. Ermənistanın hazırkı siyasəti yeni müharibənin başlanmasını sürətləndirir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31