Ali Riyaziyyat dərsliyi Moskvada nəşr olundu
Bu günlərdə Moskva şəhərində OOO “Prondo” nəşriyyatında AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Elmi–Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanovun, Nijnikov A.İ, Muxanova A.A, Muxanov S.A və AMEA RMİ "Qeyri-harmonik analiz" şöbəsinin aparıcı elmi işçisi, dosent Toğrul Muradovun müəllifliyi ilə “Ali riyaziyyat” beşcildliyin 5.1. cildi çapdan çıxıb.
15 May 2017 15:31 SosialBu günlərdə Moskva şəhərində OOO "Prondo" nəşriyyatında AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Elmi-Texniki İnformasiya" şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanovun, Nijnikov A.İ, Muxanova A.A, Muxanov S.A və AMEA RMİ "Qeyri-harmonik analiz" şöbəsinin aparıcı elmi işçisi, dosent Toğrul Muradovun müəllifliyi ilə "Ali riyaziyyat" beşcildliyin 5.1. cildi çapdan çıxıb. Vəsait ФГОС ВПО proqramına əsasən ali məktəb tələbələri üçün dərs vəsaiti kimi tövsiyə edilib. Akademiyadan "Olaylar" - a bildirlib ki, vəsaitə xətti cəbr və analitik həndəsə, limit və törəmə, birdəyişənli funksiyanın inteqral hesabı və çoxdəyişənli funksiya bölmələri daxildir. Dərs vəsaitindən "Keyfiyyətin idarəedilməsi", "Metrologiya və standartlaşma" və "İnnovasiya" istiqamətlər üzrə də istifadə etmək olar. Dərs vəsaitinə Rusiya Federasiyasının Əməkdər elm xadimi, Təhsil üzrə RF Prezidenti laureatı, professor A.G. Mordkoviç (Moskva Şəhər Pedaqoji Univ.) və professor M.V. Şamolin (M.V. Lomonosov adına Moskva Dövlət Universiteti) rəy veriblər.