ÜAK-ın ləğvi Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir

Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi üçün Ali Məhkəməyə etdiyi müraciətə hüquqi qiymətin verilmsi məsələsi  yenidən gündəmə gəlib. Artıq sözügedən məsələ ölkə ictimaiyyətini ciddi narahat etməkdədir. Belə ki, özündə çoxsaylı soydaşlarımızı birləşdirən, illərlə iki ölkə və xalqlar arasında körpü rolunu oynayan icmanın sənədlərindəki adi texniki səhvə görə ləğv edilməsi doğrudan da düşünməyə əsas verir.

Erməni lobbisi Rusiyanın məhkəmə sisteminə də nüfuz edir

Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi üçün Ali Məhkəməyə etdiyi müraciətə hüquqi qiymətin verilmsi məsələsi  yenidən gündəmə gəlib. Artıq sözügedən məsələ ölkə ictimaiyyətini ciddi narahat etməkdədir. Belə ki, özündə çoxsaylı soydaşlarımızı birləşdirən, illərlə iki ölkə və xalqlar arasında körpü rolunu oynayan icmanın sənədlərindəki adi texniki səhvə görə ləğv edilməsi doğrudan da düşünməyə əsas verir. Millət vəkili Siyaviş Novruzov bildirib ki, son günlər Azərbaycanı narahat edən məsələ Rusiyada olan Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciəti ilə bağlıdır. Oradakı hansısa qüvvələr iki ölkə arasında, əməkdaşlıq, dostluq  münasibətlərinə hər hansı bir xələl gətirmək istəyir. Deputat bildirib ki, Rusiyada olan Ümumrusiya Azərbaycan Konqresi hər zaman Rusiyanın ən çətin zamanlarında onun yanında olub, fəaliyyət göstərib.Onun sözlərinə görə, Azərbaycan bir dövlət kimi hər zaman Rusiya ilə bağlı məsələlərdə mütəffiqlik mövqeyindən geri çəkilməyib: "Azərbaycanda 300-dən artıq rus məktəbi, universitetlər, eləcə də digər ali məktəblərin filialları fəaliyyət göstərir. Azərbaycan hər zaman bu məsələyə diqqət və həssaslıqla yanaşıb. Ermənistan çıxmaq şərtilə öz qonşuları ilə müsbət münasibətlər saxlamağa tərəfdar olub.  Azərbaycan Prezidenti hər zaman bu siyasəti yürüdüb. Lakin bu gün bu cür məsələrin ortaya atılması, hanısa qüvvələrin bu cür məsələləri qızışdırması, iki ölkə və vətəndaşları arasında hər hansı bir narazılığına səbəb olur. Bunu edənlər başa düşməlidir ki, iki ölkə arasında münasibətlər hər zaman yüksələn xəttlə inkişaf edir". Onun sözlərinə görə,  Azərbaycan regionda xüsusi nüfuza malikdir. Ölkəmiz Rusiya Türkiyə münasibətlərinin yaxşılaşmasında mühüm rol oynayıb.  Bu münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycan Prezidentinə xüsusi təşəkkür bildirilib. Belə olan halda,  kiçik bir məsələ ilə insanlar və ölkələr arasında narazılıq yaratmaq düzgün deyil". Millət Vəkili Elmira Axundova bildirib ki, 22 iyun 2000-ci ildə yaradılan ÜAK ümummilli liderimiz Heydər Əliyevin yetirməsidir: "O, ÜAK-ın qurultaylarında, hətta bir dəfə də RF prezidenti Vladimir Putinlə birlikdə iştirak edərək onu hər mənada dəstəkləyib. Keçən 17 il ərzində ÜAK Rusiyanın ən güclü və ən şaxələnmiş təşkilatlarından birinə çevrilib. Onun tərkibində 74 regional təşkilat, yüz minlərlə üzv var. Konqres Rusiya prezidenti Putinin təşəbbüsü ilə yaradılmış Xalq Cəbhəsinin tərkibinə daxildir. Konres həmişə Rusiya prezidentinin siyasətini dəstəkləyib, seçkilərdə "Yedinaya Rossiya" partiyası ilə əlaqəli şəkildə hərəkət edib. Azərbaycan-Rusiya ikitərəfli əlaqələrinin müxtəlif səviyyələrdə inkişafı və dərinləşməsində Konqresin rolu danılmazdır. Rusiya ərazisində yüzlərlə xeyriyyə layihələri, orada məbədlərin, məktəblərin və xəstəxanaların bərpası, aztəminatlı ailələrə yardım - ÜAK-ın bütün xeyir əməllərini saymaqla bitməz. Və indi sənədləşdirmədə yol verilən hansısa texniki problemlərə görə kimsə belə bir ciddi təşkilatı məhv etmək istəyir. Bu yolverilməzdir". "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də hazırda Rusiya-Azərbaycan münasibətlərinin inkişaf etdiyini söyləyib. O qeyd edib ki, azərbaycanlıların Moskvadan gözləntisi Qarabağ məsələsinin tezliklə həllidir: "Bu gözləntilərin əksinə olaraq Rusiyadakı ən böyük Azərbaycan təşkilatı olan Ümumrusiya Azərbaycanlılar Konqresinin ləğvi cəhdləri Ermənistana hərbi yardımın artırılması fonunda Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına kölgə salır. Azərbaycandakı rus icması, Azərbaycan diaspor təşkilatları, ölkə ictimaiyyəti, media qurumları və QHT-lər  Rusiya hökumətini düşünülməmiş addımlar atmamağa, iki ölkə və iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməməyə çağırır. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinin ruhuna nəinki uyğun deyil, əksinə, ziddir. Mən əminəm ki, sonda məhkəmə prezident Vladimir Putinin strateji tərəfdaş kimi qəbul etdiyi Azərbaycanın maraqlarına zidd qərar verməyəcək. Əgər verilərsə, o zaman vətəndaş cəmiyyəti olaraq, biz də lazımı çağırışlar edib, addımlar atacağıq. Mən istisna etmirəm ki, ÜAK-ın sənələrində hansısa hüquqi çatışmazlıqlar var. Hər bir təşkilatın sənədlərində çatışmazlıqlar axtarsaq, tapmaq olar. Bizdə də rus icması, Rusiya Mədəniyyət Mərkəzi var və biz onlara ən yüksək şəraiti yaratmışıq. Əminəm ki, məhkəmə bütün bunları nəzərə alıb, sonda ədalətli qərar qəbul edəcək. Əks halda, ÜAK-ın ləğvi Azərbaycan tərəfindən simmetrik addımların atılmasına gətirib çıxaracaq".  Əldə etdiyimiz məlumata görə, Milli Məclis, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası, Azərbaycandakı rus icması və bir sıra digər təşkilatlar məslə ilə bağlı Rusiyanın aidiyyəti orqanlarına müraciət göndəriblər. Lakin ekspertlər hesab edirlər ki, məsələ təkcə müraciət göndərməklə bitməməlidir. Baxmayaraq ki, Rusiyadakı antiAzərbaycan qüvvələrinin qərəzli mövqeyi ortadadır, bu ölkədəki soydalşarımız çalışmalıdır ki, həmin dairələr Azərbaycana qarşı təxribat xarakterli əməllərini başa çatdıra bilməsinlər. Bir sözlə, icmada təmsil olunan nüfuzlu soydaşlarımız bütün vasitələrdən idtifadə etməlidirlər ki, bizi istəməyən qüvvələr Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməsilər.

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31