Gündəm

“Təhsil haqqında” qanuna dəyişikliklərin müsbət və mənfi tərəfləri

16 İyun 2017 14:40

Milli Məclisin bu günlərdə keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, qanuna bu məzmunda 26.5-1 maddəsi əlavə edilir: “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalaviriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkil qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”. Layihə səsə qoyularaq qəbul olunub. Sadə dillə desək, ali məktəbə qəbul olmayan oğlanlar 1 il ərzində xidmətdən möhlət hüququ qazanacaqlar ki, təkrarən hazırlıq kurslarında öz bilik və bacarıqlarını artırsınlar və növbəti il yenidən ali məktəblərə qəbul olunmaq üçün şanslarını sınasınlar.

"Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn”

16 İyun 2017 14:39

Bu gün Azərbaycanın sosial siyasət konsepsiyasının əsas istiqamətlərindən biri yeni iş yerlrinin açılması, əhalinin məşğulluğunun təmin olunması, məşğulluğun coğrafiyasının genişləndirilməsi, vətəndaşların ünvanlı sosial yardımdan asılılığının aradan qaldırılmasıdır.

Siyasi plüralizmin daha bir nümunəsi

16 İyun 2017 14:36

Müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması sahəsində xeyli işlər görülüb.

Prezident İlham Əliyevin Cocuq Mərcanlıya səfəri

16 İyun 2017 14:35

Artıq birmənalı şəkildə əksəriyyət beynəlxalq təşkilatlar və onların rəsmiləri açıq-aşkar Ermənistanın maraqlarına xidmət edən mövqe ortaya qoyur, sərgiləyirlər. Sanki ATƏT-in Minsk qrupunun həmsədrlərindən ilham almış kimi regiona səfər edən hər bir beynəlxalq təşkilat rəsmisi öz qərəzli, beynəlxalq hüquqa zidd və Azərbaycanın maraqlarına uyğun olmayan açıqlamalar, bəyanatlar verməklə bir növ işğalçı ölkəyə dəstək nümayiş etdirirlər. Bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı Qarabağda separatçı rejimin hərbiçiləri ilə görüşməsi də erməni maraqlarına xidmət edən addımlardan biri idi. Təəssüf doğuran hal ondan ibarətdir ki, bu mənfi tendensiya yenə də davam edir və bir-birini təkrarlayır.

İtaliyada nəqliyyat sistemi iflic oldu - TƏTİLLƏR

16 İyun 2017 14:31

İtaliyada nəqliyyat sektoru işçilərinin ümummilli tətili ölkənin iri şəhərlərində nəqliyyatın hərəkətini iflic edib. Nəqliyyat sistemindəki tətil aviaşirkətlərə də mənfi təsir göstərib. Belə ki, yerli "Alitalia" avişirkəti tətillə əlaqədar 160-dan çox daxili və beynəlxalq reysi təxirə salmalı olub. 24 saatlıq tətil bütün növ ictimai nəqliyyat - metro, yerüstü nəqliyyat, eləcə də dəmir yollarına şamil edilib.

UEFA-dan danışılmış oyunlarla bağlı yeni qərar

16 İyun 2017 14:30

UEFA rəhbərliyi Avropa Klublar Birliyinin üzvləri ilə Fransada bir araya gəlib. Qitənin 54 ölkə nümayəndəsinin iştirakı ilə "Marsel"in stadionu "Velodrom"da keçirilən görüşdə danışılmış oyunlarla bağlı müzakirələr aparılıb.

"Yuventus"un xanım azarkeşi dünyasını dəyişdi

16 İyun 2017 14:29

İyunun 3-də Çempionlar Liqasının finalını Turinin mərkəzi meydanında izləyən azarkeşlərdən biri dünyasını dəyişib. "Yuventus"un xanım azarkeşi San-Karlo meydanında baş verən izdiham nəticəsində xəsarət almışdı.

Mənşəyi məlum olmayan ət məhsulları və onun ətrafında yaradılan şər-böhtan kampaniyası

16 İyun 2017 14:27

2004-cü ildən etibarən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı özündə bir neçə müsbət cəhəti ehtiva etdi. Ölkədə qeyri-neft sektorunun inkişafına təkan verdi, regionların, ümumilikdə ölkənin simasını dəyişdi, yerlərdə yeni müəssisə və zavodlar açıldı, bütün bunların fonunda daxili istehsal artdı. Lakin öz işini səmərəli şəkildə qura bilməyən, yaxud istehsal etdiyi məhsulların istehlakçıları qane etməməsindən dolayı bəzi müəssisə və zavodlar rəqabətə davam gətirə bilmədi, istehsal etdikləri məhsullar bazarda reytinq göstəricilərində ən son sırada yer aldı. “Azərsun Holdinq” və onun istehsal etdiyi məhsullar isə bütün bunların fövqündə dayanırdı. Nədən ki, şirkət fəaliyyətini ümummilli lider Heydər Əliyevin “Azərsun Holdinq”in qurucusu Abdolbari Goozalı qəbul edərəkən qeyd etdiyi kimi fəaliyyətini düzlük üzərində qurmuşdu.

Yeni salınan yollarda sınaq yürüşlər keçirilir

16 İyun 2017 14:25

Füzuli meydanı və Təzəpir məscidi kompleksi ətrafında aparılan işlər çərçivəsində yeni salınan və yenidən qurulan yollarda hərəkətinin rahat və maneəsiz təşkili üçün "Azəravtoyol" ASC və Bakı Nəqliyyat Agentliyi avtonəqliyyat vasitələrinin sınaq test yürüşləri keçirilir. Bu barədə məlumatı “OLAYLAR”-a "Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli verib. Onun sözlərinə görə, sınaq yürüşlərin keçirilməsində məqsəd layihə üzrə yenidən qurulan və yeni salınan yollarda hərəkətin təşkilini real şəraitdə yoxlamaq və çatışmazlıqları aradan qaldırmaqdır.

"Ermənistan kimi monoetnik dövlət Dayanıqlı İnkişaf Məqsədlərini necə həyata keçirə bilər?"

16 İyun 2017 14:21

Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün bu gün monoetnik dövlətlərin yaranmasının qarşısı alınmalıdır. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriMübariz Qurbanlı Bakıda "Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi, milli prioritetlər və əməkdaşlıq" mövzusunda Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Qədim Səmərqənddə Azərbaycan mədəniyyət günlərinin açılışı olub

16 İyun 2017 14:13

Özbəkistandakı səfirliyimiz və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), diaspor təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi, Səmərqənd Vilayət Hakimiyyəti və Səmərqənd Dövlət Universitetinin təşəbbüsü ilə bu qədim şəhərdəki park – bulvarda Azərbaycan mədəniyyət günlərinin açılışı olub.

Rusiya Ali Məhkəməsi beynəlxalq terror təşkilatları ilə əməkdaşlıq edən Azərbaycan vətəndaşının həbs müddətini artırıb

16 İyun 2017 14:08

Rusiya Ali Məhkəməsi Azərbaycan vətəndaşı Ramil Mirzəmovun həbs müddətini artırıb. Məhkəmənin mətbuat xidmətindən bildiriblər ki, 4 tələbəni İraq və Suriyadakı beynəlxalq terror təşkilatlarına cəlb edən R. Mirzəmov 8 il əvəzinə 8 il 4 ay həbsdə olacaq.

Daşkənddə İslam Mədəniyyəti Mərkəzi açılacaq

16 İyun 2017 14:06

Özbəkistanın paytaxtı Daşkənddə İslam dinində sosial sabitliyin təmin edilməsi, bu dinin mahiyyətinə həsr edilən konfrans keçirilib. Konfransda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Özbəkistan Müsəlmanları İdarəsinin rəhbərləri, islamşünas alimlər, tanınmış din xadimləri, dini məktəblərin tələbələri iştirak ediblər.

Cavid yaradıcılığını öyrənən dəyərli əsər

16 İyun 2017 13:54

Filologiya elmləri doktoru, professor Əjdər Tağıoğlunun yaradıcılığında Hüseyn Cavid irsini öyrənmək, onu tədqiq etmək xüsusi yer tutur. Hətta qətiyyətlə demək olar ki, Əjdər Tağıoğlu Hüseyn Cavid irsinin gözəl tədqiqatçılarından biridir və o, Cavid yaradıcılığının bütün parametrləri ilə cəmiyyətə çatdıra bilib. Bu mənada Əjdər Tağıoğlunun “Dünya romantizm ənənələri və Hüseyn Cavid” adlı kitabı xüsusi vurğulanmalıdır. Məlumat üçün qeyd edək ki, Cavidşünaslıqda müstəsna yeri olan bu kitab 1983-cü il kiril qrafikalı nəşri əsasında oxucuların tələbini nəzərə alaraq latin qrafikasında Cavid İsmayılovun redaktorluğu və ideya müəllifliyi ilə yenidən çap olunub.

360 kiloqram zümrüdü gizlətdi: "Öldürərlər deyə, qorxdum"

16 İyun 2017 13:48

Keçən ay Braziliyanın şimalında yerləşən Carnaiba bölgəsində Bahia Şirkəti tərəfindən çıxarılan 1,3 metr uzunluğunda 360 kiloqramlıq zümrüd daşı naməlum şəxsə verilib. Qiymətli daş yerin 200 metr dərinliyindən çıxarılmışdı. Nəhəng zümrüd daşının oğurlanmasının qarşısını almaq üçün onu, adının gizli saxlanıldığı bir şəxsə veriblər.