Gündəm
Putin var-dövlətindən danışdı: "Öləndə tabutda..."
Amerikalı rejissor Oliver Stounun hazırladığı reportajlar silsiləsi çərçivəsində növbəti müsahibəsini verən Rusiya prezidenti Vladimir Putin var-dövlətindən danışıb. Putin iddia edildiyi qədər də varlı olmadığını deyib. Oliver Stounun Putinə "Sizi dünyanın ən varlı insanı hesab edirlər" sualına dövlət başçısı belə cavab verib: "Deyildiyi qədər var-dövlətim yoxdur. Kiprdə bank hesablarımın olması da uydurmadır. Hamısı axmaq sözlərdir və belə bir şey olsaydı, çoxdan hamıya bəlli olardı".
Yol polisinin gizli xidməti niyə ləğv olundu? - Vaqif Əsədov AÇIQLADI
Daxili İşlər Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilən yeni "Yol-patrul xidməti haqqında Təlimat"a əsasən patrul və əməliyyat-xidməti nəqliyyat vasitələri ilə aparılan nəzarətin gizli və qarışıq növləri ləğv olundu. Bunadək yol polisinin mülki geyimdə maşına əyləşərək və ya kənardan izləyərək sürücü tərəfindən yol verilən pozuntuların qeydə almaq hüququ var idi. Görəsən gizli xidmət növünün ləğv olunması yol polisinin işinə necə təsir edəcək?
Formula 1 yarışına hazırlıq işləri başa çatır
Bakıda Formula 1 trassının obyektlərinin inşası 99 faiz başa çatıb. Məlumata görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin obyektlərin tikintisi üzrə meneceri Tom Butçer deyib. O qeyd edib ki, hazırda tikinti və montaj işlərinin son mərhələsi gedir.
Şamaxıda zəncirvari qəza – 3 nəfər xəsarət alıb
Şamaxı rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə Bakı-Şamaxı yolunun 107-ci kilometrliyində qeydə alınıb. Xaçmaz rayon sakini Zülfüqar Baratovun idarə etdiyi “Daewoo”, İsmayıllı rayon sakinləri Adil Bağırovun idarə etdiyi “Mercedes” və Nicat Hüseynovun idarə etdiyi “VAZ 21015” markalı minik avtomobillər toqquşub.
Yağış yağacaq, şimşək çaxacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 15-18° isti, gündüz 21-25° isti, Bakıda gecə 16-18° isti, gündüz 23-25° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək.
Ötən ay 264 əcnəbinin Azərbaycana girişi məhdudlaşdrılıb
May ay ərzində 1856 əcnəbi tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, onlardan 27-nin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 220 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb.
Azərbaycan əhalisinin 6 faizi əlildir
“Hazırda Azərbaycanda əlilliyi olan şəxslərin sayı 600 minə yaxındır. Bu da ölkə əhalisinin təxminən 6 faizini təşkil edir. 600 min nəfərdən 72 mini 18 yaşadək olan şəxslərdir”. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı çərçivəsində keçirilmiş plenar iclasda bildirib. Nazir müavini deyib ki, əlilliyi olan şəxslərə müvafiq təqaüdlər ödənilir, əlilliyi olanların tibbi sosial reabilitasiyası ilə bağlı kompleks tədbirlər həyata keçirilir. İ. Rəhimov qeyd edib ki, Azərbaycanda 540 min ailəyə ünvanlı sosial yardım ödənilir, habelə 713 min nəfərə sosial müavinət təyin olunub.
Ahıl insanların sayı acıqlandı
Bu gün Azərbaycanda 451 min ahıl vətəndaş yaşayır. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bu gün Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı çərçivəsində keçirilmiş plenar iclasda deyib. O, qeyd edib ki, ahıl insanlar ölkə əhalisinin 4.6 faizini təşkil edir. Nazir müavini bildirib ki, hazırda Azərbaycanda əlilliyi olan şəxslərin sayı 600 minə yaxındır. Onun sözlərinə görə, bu, ölkə əhalisinin təxminən 6 faizini təşkil edir. 600 min nəfərdən 72 mini 18 yaşadək olan şəxslərdir. Nazir müavini deyib ki, əlilliyi olan şəxslərə müvafiq təqaüdlər ödənilir: “Azərbaycanda 540 min ailəyə ünvanlı sosial yardım ödənilir, habelə 713 min nəfərə sosial müavinət təyin olunub”.
Deputatlarımız Süleyman Dəmirəlin anım mərasimində iştirak edəcəklər
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Şəmsəddin Hacıyev Türkiyənin İsparta şəhərinə səfər ediblər. Milli Məclidən “Olaylar”a verilən məlumata görə, millət vəkilləri Türkiyə dövləti və Süleyman Dəmirəl adına Universitetin rektorluğu tərəfindən keçirilən sabiq prezident Süleyman Dəmirəlin anım mərasimində iştirak edəcəklər. Toplantıda görkəmli dövlət xadimi Süleyman Dəmirəlin həyatı və siyasi fəaliyyəti barədə xatirələr səsləndiriləcək, onun ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində rolundan bəhs olunacaq. Səfər iyunun 18-də başa çatacaq.
Ziyafət Əsgərov: “Avropa Parlamentinin qətnaməsi Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir”
“Avropa Parlamentində Azərbaycana qarşı belə bir addım atılmasından təəssüf hissi keçirirəm. Qətnamənin mətni ilə tanış olduqdan sonra məndə belə bir təəssürat yarandı ki, bu sənəd yoxlanılıb təsdiqlənməmiş məlumatlar, uydurma faktlar əsasında hazırlanmışdır”.
İsa Həbibbəyli Pey Çanxunu qəbul etdi
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Çin İctimai Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor Pey Çanxunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan dövləti söz və fikir azadlığının inkişafına dəstək verir
Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan Respublikası nəinki Avropada, hətta bütün dünyada əsas insan hüquq və azadlıqlarının, həm də söz və mətbuat azadlığının ən yüksək səviyyədə qorunduğu ölkələrdən biridir. Nəzərə almaq lazımdır ki, Azırbaycanda söz və fikir azadlığına dövlət təminatı var.
Sahibkarlar işçilərlə əmək müqaviləsi bağlamaqda maraqlı deyillər
Hər bir cəmiyyətin iqtisadi inkişafının səmərəlilik əmsalı onun aparılan sosial siyasətə və əhalinin həyat səviyyəsinə real təsiri, ümummilli məhsul artımının hər bir cəmiyyət üzvünün rifahında təcəssümünü tapması prinsipləri əsasında qiymətləndirilir. Prezident İlham Əliyevin iqtisadi inkişaf modelinin ən mühüm uğuru da iqtisadi dividentlərin ilk növbədə əhalinin rifah halının yüksəldilməsinə, vətəndaş firavanlığının təminatına və insan kapitalının inkişafına yönəldilməsi, dinamik iqtisadi tərəqqinin daim güclənən sosial siyasətlə tamamlanmasıdır. Məhz bui iqtiqamətdə görülən işlərin nəticəsidir ki, bu gün bütün mötəbər beynəlxalq maliyyə-iqtisadi qurumlar Azərbaycanı bəzi ölkələr üçün nümunə kimi göstərir. Vətəndaşların rifah halının yaxşılaşmasına yönələn növbəti addımlardan biri də“İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsinin hazırlanmasıdır. Bəs, yeni qanun özündə hansı sosial müddəaları ehtiva edir?
Biznesə başlama prosedurları sadələşdirilib
Azərbaycanın vergi sisteminin və inzibatçılığının rəqabət qabiliyyətliliyinə nail olunması üçün vergi xidmətində mütərəqqi beynəlxalq təcrübənin tətbiqi məsələləri daim diqqətdə saxlanılır.
Azərbaycanın çox böyük ixrac potensialı var
Qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi istiqamətində hökumət tərəfindən atılan addımlar həm daxili istehsalın artması, həm də ixrac potensialının çoxalmasına imkan yaradır. Sevindirici hal ondan ibarətdir ki, son bir neçə ildə, xüsusilə qlobal maliyyə və iqtisadi böhranından sonra daxili istehsalda artım tendensiyası müşahidə edilir ki, bu da dolların xaricə axınının qarşısını alan amillərdəndir.














