İsa Həbibbəyli Pey Çanxunu qəbul etdi

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Çin İctimai Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor Pey Çanxunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Çin İctimai Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor Pey Çanxunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Akademiyadan "Olaylar" - a bildirilib ki, akademik Çin Xalq Respublikası ilə yaradılan əlaqələrin, müxtəlif istiqamətlərdə qurulan münasibətlərin yüksələn xətlə inkişaf etdiyini deyib. Bu gün də əməkdaşlığımıza ciddi önəm verildiyini qeyd edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli ilk dəfə Ulu öndərin təşəbbüsü ilə "Tarixi İpək yolu"nun bərpasına dair beynəlxalq konfransın təşkil olunmasından bəhs edib, Akademiyanın hazırkı əlaqələrini də İpək yolu üzərindəki ölkələrlə olan əlaqələrin bir hissəsi kimi qiymətləndirib.
AMEA-da olmasından məmnunluğunu ifadə edən Çin İctimai Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor Pey Çanxun bu görüş vasitəsilə iqtisadiyyat elmi üzərindən əlaqələrimizin prioritet istiqamətlərinin müəyyənləşdiriləcəyini, müxtəlif elmi istiqamətlərdə mövcud problemlərin öyrənilməsinə öz töhfəsini verəcəyini bildirib.
Ölkəsinin iqtisadi vəziyyətindən danışan professor Çin iqtisadiyyatının müasir inkişafından, ölkələrində həyata keçirilən iqtisadi layihələrdən danışıb. Çinin təkcə qonşu ölkələrlə deyil, eləcə də Azərbaycanla iqtisadi əlaqələrini inkişaf etdirməyə, hər iki ölkənin iqtisadçı alimlərinin əməkdaşlıq perspektivlərini araşdırıb genişləndirməyə maraqlı olduğunu dilə gətirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31