Gündəm
Öz evlərindən külli miqdarda pul oğurlayan qız saxlanılıb
Daxili İşlər Nazirliyi öz evlərindən oğurluq edən qızla bağlı məlumat yayıb. "Olaylar” DİN-ə istinadən xəbər verir ki, bu il aprel ayının 15-dən iyunun 14-dək olan müddətdə Nərimanov rayonu ərazisindəki mənzillərdən birindən naməlum şəraitdə 12.000 manat pul və 4.000 manat dəyərində qızıl əşyalar oğurlanıb. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin qızı saxlanılıb və izahatı alındıqdan sonra buraxılıb.
“Neft Daşları”nda yeni quyu qazılır
“Neft Daşları” yatağında 620A nömrəli stasionar dəniz özülündən 2623 nömrəli quyuda qazma işlərinə başlanılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1820 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.
Əli Əhmədov Parlamentlərarası İttifaqın baş katibinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
İyunun 16-da Baş nazirin müavini Əli Əhmədov Azərbaycanda səfərdə olan Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, baş nazirin müavini Əli Əhmədov Parlamentlərarası İttifaqın baş katibinin Azərbaycana səfərinin yüksək qiymətləndirildiyini deyib. O, əmin olduğunu vurğulayıb ki, bu səfər parlamentlərarası əlaqələrin genişləndirilməsində mühüm rol oynayacaq, Azərbaycan ilə İttifaq arasında əməkdaşlığa töhfə verəcək. Ölkəmizin müstəqilliyinin bərpasının 25 illiyinin bu yaxınlarda qeyd edildiyini deyən Baş nazirin müavini bildirib ki, keçmiş SSRİ-nin süqutundan sonra yaranan dövlətlər arasında Azərbaycan ən uğurla inkişaf edən ölkədir. “İnanıram ki, Azərbaycana səfəriniz çərçivəsində ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin şahidi olacaqsınız”.
Baş Prokurorluq portal rəhbərinə növbəti xəbərdarlıq edildi
Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilib ki, “bastainfo.com” internet portalında yayılması qadağan edilən informasiyalar ictimailəşdirilməklə “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarının, habelə cinayət və cinayət-prosessual qanunvericiliyin müddəaları pozulub.
Marsda yeni tapıntılar
Günümüzə qədər belə bir bilgi var idi ki, Mars bütün yaşam boyu soyuq və həyata yarasız haldadır. Astronomlar tərəfindən onun üst səthində tapılan suyun digər səma cismlərinin düşməsi ilə yarandığı izah olunurdu. Amerikan alimlərinin səsləndirdiyi bu hipoteza “Marsda nə vaxtsa yaşayış olub” ümidlərini tamamilə puç edirdi.
12 milyon dollar mənimsəməkdə təqsirləndirilən iş adamı zərərçəkmişə etiraz etdi
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş iş adamı Zabir Əliyev ifadə verib. Zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxs onun 6 milyon 900 min dollarını və 2 milyon 122 min dollarlıq qeyri-yaşayış sahəsini ələ keçirib.
Türkiyədən narkotik gətirən qadınlara HÖKM OXUNDU
Türkiyədən narkotik vasitə gətirməkdə təqsirləndirilən Nisə Babayeva ilə Səyanə Nağıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cianyətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.
"MTN-nin vəsiqəsini göstərib dedi, başınıza oyun açacam" - Qadın şirkət rəhbəri
Dələduzluqda təqsirləndirilən "Topstap LTD" MMC-nin təsisçisi Mətanət Həsənovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
İcraçı direktor: "ÜAK Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayətinin müsbət həllinə ümid edir"
Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarı ilə bağlı verilən apellyasiya şikayətinin müsbət həll olunacağına ümid edir. Milli.Az xəbər verir ki, bunu ÜAK-ın icraçı direktoru İlqar Hacıyev deyib.
Şahin Mustafayev beynəlxalq konfransda
Qazaxstanın Almatı şəhərində UNESCO-nun Orta Asiya ölkələri üzrə klaster bürosu və Qazaxstanın “Mədəniyyətlərin yaxınlaşması” Mərkəzi Dövlət Muzeyi tərəfindən ortaq təşkil edilmiş “İpək Yolu üzərində Qazaxstanda və Orta Asiyada dinlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransın işində Qazaxstanlı elm adamları ilə yanaşı, müxtəlif ölkələrdən, o cümlədən, İtaliya, Belçika, ABŞ, Rusiya, Özbəkistan, Qırğızıstan və Azərbaycandan dəvət edilmiş alimlər iştirak ediblər. Ölkəmizi bu elmi tədbirdə AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, AMEA-nın həqiqi üzvü Şahin Mustafayev təmsil edib. Akademiyadan “Olaylar” – a bildirilib ki, Şahin Mustafayev “Monqol dövründə Azərbaycanda və Cənubi Qafqazda dini vəziyyətin bəzi cəhətləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.
Aşıqlar Birliyində çinli alimlə görüş
Çin Xalq Respublikasının Etnik Ədəbiyyat İnstitutunun professoru Xuan Gün Şan Aşıqlar Birliyində olub. Bu haqda “Olaylar” – a məlumat verən AAB-nin katibi, əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Türk xalqlarının qədim ədəbiyyatı və mədəniyyəti sahəsində tədqiqatlar aparan alimin bu görüşdə məqsədi Azərbaycan aşıq sənəti ilə daha yaxından tanış olmaq olub. Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı çinli alimə Azərbaycan aşıq sənətinin dünəni və bu günü, bu sənətə dövlətin qayğısı və onun inkişafı və beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib. M.Qasımlı eyni zamanda çinli alimə AAB-nin nəşri olan “Günümüzün ustad aşıqları” seriyasından kitablar və “Folklor və etnoqrafiya” jurnalının son saylarını, Aşıq Şəmşirin lent yazılarından ibarət diski hədiyyə edib.
Regional Tranzit Ticarətin Asanlaşdırılması üzrə Seminar öz işinə başlayıb
İyunun 16-da Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (MARİƏ) Proqramı çərçivəsində "Regional Tranzit Ticarətin Asanlaşdirilmasi üzrə Seminar ( MARİƏ-nin qabaqcıl tranzit sistemi və ümumi gömrük məlumatlarının mübadiləsi)" öz işinə başlayıb.
Ağstafa və Göygöl rayonlarında zona müşavirəsi keçiriləcək
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 2017-ci ilin iyun ayının 20-də Ağstafa rayonunda (Tovuz, Şəmkir, Ağstafa, Qazax və Gədəbəy rayonları üzrə), iyun ayının 21-də isə Göygöl rayonunda (Göygöl, Samux, Kəlbəcər, Goranboy və Daşkəsən rayonları üzrə) heyvandarlıqla məşğul olan fermerlər, süni mayalanma və baytarlıq mütəxəssislərinin iştirakı ilə zona müşavirələri keçiriləcək.
İspaniyada qeyri-adi hadisə: 25 qol vurduqlarına görə qovuldu
İspaniya futbolunda qeyri-adi hadisə baş verib. Böyük hesabla qalib gələn komanda baş məşqçisini qovub. Gənc liqasında mübarizə aparan "Serranos" komandası "Benikalap" üzərində nə az, nə çox, düz 25:0 hesablı qələbə qazanıb. Lakin komandanın baş məşqçisi buna sevinə bilməyib. Çünki rəhbərlik onu məhz belə hesaba görə qovub.
"Biləyimdən tutaraq yatağa uzatdı" - Elmlər namizədinin zorlamaq istədiyi tələbə qız
Türkiyənin Bolu şəhərində tezis (çıxış) hazırlamaq üçün evində gələn 29 yaşlı N.D. adlı qızı zorlamaq iddiasıyla mühakimə olunan elmlər namizədi M.D. həbs olunub. N.D. məhkəmə prosesində onu yatağa yıxan müəlliminin əlindən güclə xilas olduğunu deyib.














