Əli Əhmədov Parlamentlərarası İttifaqın baş katibinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
İyunun 16-da Baş nazirin müavini Əli Əhmədov Azərbaycanda səfərdə olan Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, baş nazirin müavini Əli Əhmədov Parlamentlərarası İttifaqın baş katibinin Azərbaycana səfərinin yüksək qiymətləndirildiyini deyib. O, əmin olduğunu vurğulayıb ki, bu səfər parlamentlərarası əlaqələrin genişləndirilməsində mühüm rol oynayacaq, Azərbaycan ilə İttifaq arasında əməkdaşlığa töhfə verəcək. Ölkəmizin müstəqilliyinin bərpasının 25 illiyinin bu yaxınlarda qeyd edildiyini deyən Baş nazirin müavini bildirib ki, keçmiş SSRİ-nin süqutundan sonra yaranan dövlətlər arasında Azərbaycan ən uğurla inkişaf edən ölkədir. “İnanıram ki, Azərbaycana səfəriniz çərçivəsində ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin şahidi olacaqsınız”.
16 İyun 2017 15:54 Sosialİyunun 16-da Baş nazirin müavini Əli Əhmədov Azərbaycanda səfərdə olan Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, baş nazirin müavini Əli Əhmədov Parlamentlərarası İttifaqın baş katibinin Azərbaycana səfərinin yüksək qiymətləndirildiyini deyib. O, əmin olduğunu vurğulayıb ki, bu səfər parlamentlərarası əlaqələrin genişləndirilməsində mühüm rol oynayacaq, Azərbaycan ilə İttifaq arasında əməkdaşlığa töhfə verəcək. Ölkəmizin müstəqilliyinin bərpasının 25 illiyinin bu yaxınlarda qeyd edildiyini deyən Baş nazirin müavini bildirib ki, keçmiş SSRİ-nin süqutundan sonra yaranan dövlətlər arasında Azərbaycan ən uğurla inkişaf edən ölkədir. "İnanıram ki, Azərbaycana səfəriniz çərçivəsində ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin şahidi olacaqsınız".
Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini qeyd edib.
"Səfərim çərçivəsində ölkənizin hərtərəfli inkişafının şahidi oldum və bu, mənə deməyə əsas verir ki, Azərbaycan bütövlükdə regionun inkişafı üçün lokomotiv rolu oynayır".