Regional Tranzit Ticarətin Asanlaşdırılması üzrə Seminar öz işinə başlayıb
İyunun 16-da Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (MARİƏ) Proqramı çərçivəsində "Regional Tranzit Ticarətin Asanlaşdirilmasi üzrə Seminar ( MARİƏ-nin qabaqcıl tranzit sistemi və ümumi gömrük məlumatlarının mübadiləsi)" öz işinə başlayıb.
16 İyun 2017 15:28 Sosialİyunun 16-da Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (MARİƏ) Proqramı çərçivəsində "Regional Tranzit Ticarətin Asanlaşdirilmasi üzrə Seminar ( MARİƏ-nin qabaqcıl tranzit sistemi və ümumi gömrük məlumatlarının mübadiləsi)" öz işinə başlayıb. DDGK-dan verilən məlumata görə, seminarda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev, AİB-nin və ÜGT-nin nümayəndələri, Azərbaycan, Qazaxıstan və Gürcüstan gömrük xidmətlərinin əməkdaşları iştirak edib. Tədbirdə dünyada baş verən iqtisadi proseslər, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar Prezident İlham Əliyevin ölkəmizin iqtisadi inkişafının davamlılığını təmin etmək məqsədilə həyata keçirdiyi proqram və islahatlardan bəhs edən Aydın Əliyev qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının və tranzit imkanlarının inkişaf etdirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib.Komitə sədri Azərbaycan tərəfindən Qazaxıstanın Aktau limanında görülən işlər, Azərbaycan-Gürcüstan arasındakı "Qırmızı Körpü" sərhəd-gömrük keçid məntəqəsində aparılan təkmilləşdirmələrlə bağlı məlumat verərək həyata keçirilən tədbirlərin regional tranzit imkanlarını daha da gücləndirəcəyini, "Bakı-Tbilisi-Qars" dəmiryolu xəttinin fəaliyyətə başlamasından sonra isə bu sahədə ciddi inkişafın müşahidə ediləcəyini diqqətə çatdırıb. ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisinin rəhbəri Roger Hermann çıxışında regional tranzit imkanlarının gücləndirilməsinin ticarətin inkişafında mühüm rol oynayacağını, bunun da öz növbəsində ölkələrin iqtisadiyyatının çiçəklənməsinə müsbət təsir göstərəcəyini bildirib. AİB-nin nümayəndəsi Nəriman Manafbəyov son dövrlərdə Azərbaycan hökumətinin bu sahədəki innovativ yanaşmaları gücləndirməsinin ümumi işə fayda verdiyini bildirdi. Daha sonra AİB-nin nümayəndəsi regionun beynəlxalq ticarətin inkişafındakı rolu və regional tranzitin əhəmiyyəti, MARİƏ-nin bu sahədəki fəaliyyətinin ümumi müddəaları barədə məlumat verib.