Ağstafa və Göygöl rayonlarında zona müşavirəsi keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 2017-ci ilin iyun ayının 20-də Ağstafa  rayonunda (Tovuz, Şəmkir, Ağstafa, Qazax və Gədəbəy rayonları üzrə), iyun ayının 21-də isə Göygöl rayonunda (Göygöl, Samux, Kəlbəcər, Goranboy və Daşkəsən rayonları üzrə) heyvandarlıqla məşğul olan fermerlər, süni mayalanma və baytarlıq mütəxəssislərinin iştirakı ilə zona müşavirələri  keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 2017-ci ilin iyun ayının 20-də Ağstafa  rayonunda (Tovuz, Şəmkir, Ağstafa, Qazax və Gədəbəy rayonları üzrə), iyun ayının 21-də isə Göygöl rayonunda (Göygöl, Samux, Kəlbəcər, Goranboy və Daşkəsən rayonları üzrə) heyvandarlıqla məşğul olan fermerlər, süni mayalanma və baytarlıq mütəxəssislərinin iştirakı ilə zona müşavirələri  keçiriləcək. Bazirlikdən "Olaylar"a verilən məlumata görə, zona müşavirələrində Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik, Heyvandarlıq və Baytarlıq Elmi-Tədqiqat İnstitutlarının və Respublika Süni Mayalama Mərkəzinin əməkdaşları tərəfindən rayonlar üzrə heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili mövzusunda məruzələr təqdim olunacaq, o cümlədən yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə fəaliyyətlərin genişləndirilməsi, istifadə olunan genetik materialın müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan  heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri müzakirə ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31