Gündəm

Fehruz Şamıyev “Kinoman nələri bilməlidir?” adlı seminarda

16 İyun 2017 16:47

İyunun 17 – də saat 17:00 – da Dialogue Cafedə  “Kinoman nələri bilməlidir?” adlı seminar təşkil olunacaq. Seminarda filmsevərlər  filmləri hansı xüsusiyyətlərinə görə seçməli, baxarkən nələrə diqqət etməli, ümumiyyətə filmləri bir-birindən məktəblərinə görə necə ayırd etməli suallarına cavab tapmaq tapacaqlar. Seminar Bakı Film İnstitutunun rəhbəri, kinoprodüser və rejissor Fehruz Şamıyevin iştirakı ilə həyata keçiriləcək.

Su pəriləri haqda həqiqət ÜZƏ ÇIXDI: sən demə...

16 İyun 2017 16:43

Sizcə su pərisinin qızartması daha dadlı olar, yoxsa şorbası? Maraqlıdır, görəsən bu iki tamamilə fərqli canlını birləşdirmək fikri ilk dəfə kimin ağlına gəlib? Həqiqətənmi tarixdə su pəriləri adlı canlı yaşayıb, yoxsa bu xalq nağıllarının xəyali personajıdır?

Mobil telefon oğrusu saxlanıb

16 İyun 2017 16:40

İyunun 14-də Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Xəyyam Qiyasbəylini döyərək mobil telefonunu alıb. DİN-dən “Olaylar”a verilən məlumata görə,  Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Ayaz Babayev tutulub.

Keçmiş məhkumdan marixuana götürülüb

16 İyun 2017 16:39

Sumqayıt sakinindən narkotik vasitə götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Azad Allahverdiyevin şəhər ərazisində yaşadığı evə baxış zamanı oradan 405 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilən 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Akkumlyattor oğrusunun digər əməlləri aşkar edilib

16 İyun 2017 16:38

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də Sarvan Qayıbova məxsus "Kranex" markalı traktordan akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Oqtay Şirinov tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun yanvarın 26-dan martın 10-dək olan müddətdə Kimyaçılar qəsəbəsi ərazisində Sumqayıt Telekommunikasiya Qovşağına məxsus 103 metr rabitə kabelini və Stansiya Sumqayıt qəsəbəsinin ərazisində şəhər telekommunikasiya qovşağına məxsus 65 metr elektrik kabelini, habelə bir nəfərə məxsus evdən 1300 manat pul oğurlaması da  müəyyən edilib.

Abşeronda sex yanıb

16 İyun 2017 16:36

Abşeronda yanğın hadisəsi qeydə alınıb. FHN-dən “Olaylar”a verilən məlumata görə, hadisə rayonun Hökməli qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 750 kv.m olan sexin içərisində 100 kv.m sahədə taxta tullantıları və 120 kv.m sahədə tavanın yanması nəticəsində baş verib.Yanğınsöndürənlər tərəfindən sexin qalan hissəsi və dəzgahlar yanğından mühafizə olunub.

Gədəbəy sakinindən ov tüfəngi götürülüb

16 İyun 2017 16:35

Gədəbəy sakinində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Gədəbəy rayonunun Mor-mor kəndində yaşayan Şəmşəd Qurbanovdan müvafiq 2 ədəd "İJ" markalı ov tüfəngləri, 31 ədəd patron və 18 ədəd giliz aşkar edilərək götürülüb. Götürülən silahların müvafiq sənədləri olmayıb. 

“Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”

16 İyun 2017 16:28

Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov iyunun 16-da Azərbaycanda səfərdə olan Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Elmar Məmmədyarov: "Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır"

16 İyun 2017 16:27

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Kəmaləddin Heydərov Cəlilabadda qəbul keçirəcək

16 İyun 2017 16:27

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən iyun 20-də Cəlilabad şəhərində Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək. Bu barədə FHN-in mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 19 iyun 2017-ci il tarixində saat 09.00-da başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

İstanbulda elektromobil taksilər fəaliyyətə başladı

16 İyun 2017 16:25

Türkiyənin İstanbul şəhərində elektromobil taksilər fəaliyyətə başlayıb. Hazırda İstanbulda ümumilikdə 60 elektromobil taksi xidmət göstərir. Perspektivdə belə taksilərin sayının 2 minədək artırılacağı bildirilir. Yaxın aylarda Ankarada da elektromobil taksilərin fəaliyyətə başlayacağı gözlənilir. Bəzi mənbələr 2018-ci ilədək İstanbul və Ankaranın taksi parklarının tamamilə elektrik avtomobillərə keçəcəyini qeyd edir.

İki dövlət universiteti birləşdirilə bilər

16 İyun 2017 16:23

İki ali təhsil müəssisəsinin - Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universitetinin birləşdiriləcəyi barədə xəbərlər dolaşmaqdadır. O səbəbdən ki, hər iki universitet profil baxımından uyğundur. Digər tərəfdən 1990-cı illərdən əvvəl bu universitetlər bir olub. Bəzi məlumatlara görə, belə bir rəsmi qərarın veriləcəyi gözlənilir.  Maraqlıdır, bu universitetlərin birləşməsi hansı meyarlar əsasında gerçək ola bilər?

Məcburi köçkünlər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər

16 İyun 2017 16:21

Gürcüstanın işğal olunmuş Abxaziya və Cənubi Osetiya bölgələrindən olan bir qrup məcburi köçkün iyunun 16-da Tbilisidə etiraz aksiyası keçirib. Abxaziyadan olan məcburi köçkünlərin yaratdıqları "İşğala qarşı hərəkat" qeyri-hökumət təşkilatının təşəbbüsü ilə keçirilən aksiyanın iştirakçıları metronun Marcanaşvili stansiyasından Ermənistan səfirliyinin binasının qarşısınadək yürüş ediblər. Səfirliyin qarşısında etiraz bəyanatı oxunub və "İşğala qarşı hərəkat"ın sədri Onise Gerqadava sənədi səfirliyin əməkdaşına təqdim edib.

İnternet vasitəsilə bankdan pul çıxaran tutulub

16 İyun 2017 16:19

Cari ilin may ayının 11-də Bakı şəhər sakini Qızqayıt Abbasova Nəsimi RPİ 22-ci Polis Bölməsinə müraciət edərək banklardan birindəki hesabından 207 manat pulunun yoxa çıxmasını bildirib. DİN-dən verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Q.Abbasovanın pulunun Qazax rayon sakini Əli Əliyev tərəfindən internet vasitəsi ilə çıxarılması müəyyən edilib və o, iyunun 12-də  Nəsimi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Lukaşenkodan İrəvana zərbə: Slavyan- Türk ittifaqının Qarabağ planı

16 İyun 2017 16:15

Belarus prezidenti Aleksandr Lukaşenko Dağlıq Qarabağ münaqişəsinin xarici müdaxilə olmadan həll edilməli olduğunu açıqlayıb. Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) Təhlükəsizlik Şurasının katibləri ilə görüşən Lukaşenko “Qarabağ, Dnestryanı, Ukrayna kimi münaqişələr bizim problemlərimizdir və bu münaqişələri xarici müdaxilə olmadan həll etməliyik” deyə o vurğulayıb.