Gündəm
Çin Suriyada gedən müharibəyə qoşula bilər
Bu gün dünyanın ən böyük qüvvələri Suriya münaqişəsinə cəlb edilib. 2014-cü ilin əvvəlində ABŞ mütəffiqləri ilə birlikdə İŞİD terrorçularının mövqelərini bombalamağa başlayıb.
Püskürən vulkanın ətrafındakı evlər siyahıya alınır
Keyrəki palçıq vulkanı ətrafındakı evlər nəzarətdə saxlanılır. Binəqədi Rayon İcra Hakimiyyətindən cavab olaraq bildirilib ki, hazırda ərazidə yerləşən evlərin siyahıya alınması işləri aparılır. Məlumatda qeyd edilib ki, Keyrəki vulkanı Bakıdan 12 km şimalda, Binəqədi qəsəbəsindən bir qədər aralıda yerləşir.
"Vətəndaşların müraciətləri haqqında" qanunda dəyişiklik edildi
Prezident İlham Əliyev "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 623-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
"Rabitə işi" təxirə salındı - Təqsirləndirilən şəxsin şəkəri yüksəldi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir Təchizat Servis MMC-nin direktoruBayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Alman ekspert: Ermənilərin məntiqi ilə yanaşsaq, gərək dünyada 3 mindən çox dövlət olsun
BMT beynəlxalq hüquqa əməl etməyən və bu beynəlxalq təşkilatın qərarlarını yerinə yetirməyən ölkələrə təzyiq göstərməlidir. Bunu Bakıda Almaniyanın Bohum Universitetinin beynəlxalq hüquq üzrə professoru Hans Yoahim Hayns Ermənistan tərəfindən uzun illərdir BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsinə münasibət bildirərkən deyib.
İntiharçı-terrorçu məsciddə özünü partlatdı - Ölən və yaralanan var
Suriyanın İdlib şəhərində intiharçı-terrorçu məsciddə partlayış törədib. Partlayış nəticəsində dinc sakinlər arasında ölənlər və yaralananlar olduğu bildirilib. Hadisənin təfərrüatı barədə hələlik məlumat verilmir. Hadisə yerinə polis və təcili tibbi yardım cəlb olunub.
Prezident İlham Əliyev “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanunu təsdiq etdi
Prezident İlham Əliyev “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 677-VQ nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Mənşəyi məlum olmayan ət satan 10 nəfər azadlıqdan məhrum edilib
Mənşəyi məlum olmayan əti isatışa çıxardığı üçün artıq 10 nəfər azadlıqdan məhrum edilib. Bunu kənd təsərrüfatı naziriHeydər Əsədov bildirib. Nazirin sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi sərt addımların nəticəsi olaraq mənşəyi məlum olmayan ət aşkarlanır.
AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı
İyunun 16-da Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib. Akademiyadan “Olaylar” – a bildirilib ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, büro üzvləri, elmi müəssisələrin rəhbərləri iştirak ediblər.
Rus tankları Ermənistanı qorxuya saldı: düşmənin sahələri məhv edildi
Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının tankları Marmaşen Şiraksko kəndinin əkin sahələrini məhv edib. Kənd sakinləri qəzetə bildiriblər ki, “rusların tankları və yük maşınları hər şeyi məhv edir, əkin sahələrini əzir”. Onların sözlərinə görə, Ermənistan torpaqları rusların işğalı altındadır: “Tanklar istədikləri vaxt əkin sahələrinə girib-çıxırlar. Hətta təlimlər zamanı tankların poliqona getməsi üçün asfalt yol çəkilib, lakin onlar yanacağa qənaət etmək üçün əkin sahələrinin içindən qısa yolla gedirlər”.
Merkeldən ABŞ-a etiraz: “Rusiyaya qarşı sanksiyalar...”
Almaniyanın kansleri Angela Merkel ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaları tənqid edib. Kanslerin mövqeyi haqqında Almaniya hökumətinin nümayəndəsi Şteffen Zaybert bildirib. Onun sözlərinə görə, Merkel ABŞ-ın addımını “qəribə” adlandırıb və bildirib ki, Avropa iqtisadiyyatı Rusiyaya qarşı sanksiyalardan əziyyət çəkməməlidir.
Londonda çoxmərtəbəli binanın yanması nəticəsində ölənlərin sayı 30-a çatıb
Londonda 24 mərtəbəli yanması nəticəsində ölənlərin sayı 30-a çatıb. Bu barədə şəhər polisinin nümayəndəsi Stüart Kandi bildirib. O deyib ki, xəstəxanalarda olan daha 12 nəfərin vəziyyəti ağırdır. Xəstəxanalarda ümumilikdə 24 nəfər müalicə alır. BBC-nin məlumatına görə, hadisə nəticəsində 76 nəfər itkin düşüb.
“Xoş arzularla” kompaniyası Böyük Britaniyada
Böyük Britaniyada keçirilmiş parlament seçkilərindən sonra Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü ilə Azərbaycanın bir milyona yaxın məcburi köçkün və qaçqınlarının acınacaqlı vəziyyəti barədə məlumatı özündə əks etdirən açıqca parlamentin yeni 650 üzvünün hər birinə göndərilib. Avropa azərbaycan Cəmiyyətindən “Olaylar” – a bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsin nəticəsində öz doğma yurdundan məcburi köçkün və qaçqın düşmüş azərbaycanlılara həsr olunmuş açıqcada 10 yaşlı Nəzrin Xanlarovanın fotoşəkli yer alıb. O, Pirşağa qəsəbəsindəki Qızılqum məcburi köçkün düşərgəsində anadan olub və onun ailəsi əslən Xocalıdandır. TEAS-ın dəstəyi ilə həyata keçirilən, məşhur alman fotoqrafı Filip Ratmerin “Evə aparan beş yol” (Five Roads Back Home) foto layihəsində azərbaycanlı məcburi köçkünlərin portretləri yer alıb. Bu təsirli və emosional fotoşəkillərdə köçkünlərin üz şəkilləri qara fonda yaxın rakursdan çəkilib.
Həsən Ruhani prezident İlham Əliyevə məktub göndərib
İran İslam Respublikasının prezidenti Həsən RuhaniAzərbaycan prezidenti İlham Əliyevə məktub göndərib. Məktubda deyilir: "Zati-aliləri. İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaranmasının 25-ci ildönümü münasibətilə göndərdiyiniz təbrik məktubu mənə çatdırılmış və minnətdarlıqla qarşılanıb. Mən də öz növbəmdə ölkələrimiz arasında diplomatik əlaqələrin yaranmasının 25-ci ildönümü münasibətilə Zati-alinizi səmimi qəlbdən təbrik edirəm.
Nigar Arpadarai: “Bu il Bakıya gələcək xaricilərin sayı 2 dəfə çox olacaq”
“Formula 1 üzrə Azərbaycan Qran-Prisinin başlanmasına 1 həftə qalıb. Artıq trek və trek ətrafında hazırlıq işləri yekunlaşmaq üzrədir. Paddok binasında da son tamamlama işləri aparılır. Komandaların avadanlıqları buraya gətirilir”. Bunu jurnalistlərə açıqlamasında “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai deyib.








.jpg)





