Gündəm
Prezident səhiyyə işçilərinə fəxri adlar verib - SİYAHI
Prezident İlham Əliyev səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Pentaqona hücum edən hakerin adı açıqlandı
Böyük Britaniya hakeri Şon Kefri Birmingemdə məhkəmə iclasında peyk rabitə sisteminin qırılmasında, həmçinin ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) əməkdaşlarının şəxsi məlumatlarının oğurlanmasında günahını etiraf edib.
"Formula-1"in iştirakçıları və qonaqları üçün iki xəstəxana ayrıldı - Nazir əmr imzaladı
Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda "Formula-1" Azərbaycan Qran-prisi" yarışının keçirilməsi ilə bağlı tədbirin iştirakçılarına və qonaqlara tibbi yardımı yüksək səviyyədə təmin edilməsi məqsədi ilə əmr imzalayıb.
Rusiya FHN-dən qəzaya uğramış azərbaycanlıların vəziyyətilə bağlı AÇIQLAMA
Kalmıkiyanın Çernozemelsk rayonunda qəzaya uğrayan Azərbaycan vətəndaşları Komsomolsk qəsəbəsində xəstəxanaya yerləşdirilib. Bu barədə özəl olaraq Kalmıkiyanın Fövqəladə Xidmət nümayəndələri məlumat veriblər. Məlumatda qeyd olunur ki, xəsarət alanların həyatına heç bir təhlükə yoxdur. Xəsarət alan qadınlardan birinin hamilə olduğu bildirilib. Hazırda bütün sərnişinlərə tibbi yardım göstərildiyi qeyd edilib. Qəzanın baş vermə səbəbləri hələ məlum deyil.
Göyçayda 4 bal gücündə zəlzələ olub - YENİLƏNİB
“Göyçay rayonunda baş vermişzəlzələ elə də güclü zəlzələdeyil”. Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. Direktor bildirib ki, zəlzələ bu gün saat 17:41-də qeydə alınıb. Yeraltı təkanın dərinliyi 50 km, maqnitudası 4,3 olub. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Ata dostu ilə 2 yaşlı qızını dəfələrlə ZORLADI, VİDEOYA ÇƏKDİ, sonra...
Şlezviq-Holsteyn vilayətində məhkəmə öz qızını qrup şəklində zorlayan və bu hadisəni onlayn efirə verən atayla bağlı qərar qəbul edib. Lyubek şəhərinin məhkəməsinin qərarına görə, 29 yaşlı ataya və onun 47 yaşlı dostuna 10 il həbs verilib.
Millət vəkili: Azərbaycan Aİ-nin üzvü olmadığından Avropa Parlamentinin qətnaməsinin hüquqi yükü yoxdur
"Heç bir əsası olmayan sənədin qəbul edilməsi məlumatsızlıq və qərəzdən irəli gəlir. Bu gün bizə də məlumdur ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərini korlamaq istəyən qüvvələr var".
Fidan Qasımova "İstiqlal" ordeni ilə təltif edildi
Prezident İlham Əliyev F.Ə.Qasımovanın "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
150 ölkəyə hücumun arxasından Koreya çıxdı
"VannaKray" virusu vasitəsilə təşkil edilən qlobal kiberhücumun arxasında Şimali Koreya hakerləri dayanır. Bu barədə informasiyanı BBC televiziyası Britaniyanın Kibertəhlükəsizlik üzrə Milli Mərkəzindəki mənbəsinə istinadən yayıb. Televiziya qlobal kiberhücumu təşkil edən haker qrupunun adının "Lazarus" olduğunu bildirib. Bu qrupun həmçinin beynəlxalq banklara və Banqladeşin Mərkəzi Bankına hücumda da iştirak edə biləcəyini iddia edilir.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 624-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Keçən ay ərzində 1856 əcnəbi tərəfindən ölkə qanunvericiliyi pozulub
Keçən ay ərzində 1856 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, onlardan 27-nin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 220 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb. İnzibati qaydada ölkə ərazisindən çıxarılmamaqla cərimə tətbiq olunma ilə bağlı 887, inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaqla cərimə tətbiq olunma ilə bağlı 458, Miqrasiya Məcəlləsin 16.1.8-ci maddəsinə əsasən ölkə ərzisinə girişinin məhdudlaşdırılması ilə bağlı 264 şəxs barədə qərarlar qəbul edilib.
Bakı Ali Neft Məktəbində “Açıq qapı günü” keçirilib
Bakı Ali Neft Məktəbinin yeni kampusunda “Açıq qapı günü» keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə 50-dən artıq məktəbli və onların valideynləri iştirak edib. Şagirdlər akt zalı, üzgüçülük hovuzu, iki idman zalı, auditoriyalar, müasir tədris laboratoriyaları, kitabxana, üzmə hovuzu, fitnes mərkəzi, kafe, süni örtüklü stadion, tennis kortu, voleybol, basketbol və yüngül atletika meydançaları və Tələbə evi ilə tanış olmuşlar.
Zakir Həsənov: “Ordu qarşısında bir vəzifə dayanır - müharibəyə hazır olmaq”
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin növbəti buraxılışının məzunları ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov məzunlar qarşısında çıxış edərək ilk zabit rütbələri almaları münasibətilə onları təbrik edib.
“İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zərdab şəhər Heydər Əliyev Mərkəzində “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, konfransda çıxış edən Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ramo Hacıyev ölkəmizdə dinə dövlət qayğısından bəhs edib. R.Hacıyev Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyini, ölkədə milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıb. O, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bunun təzahürü olaraq 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunduğunu bildirib.
“Ekologiyadan əvvəlki “ekologiya” adlı monoqrafiya çap olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə “Ekologiyadan əvvəlki “ekologiya” adlı monoqrafiya çap olunub. Kitabın müəllifləri Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, professor Qara Mustafayev, BDU-nun dosenti, şair-publisist Аnar Məmmədov və AMEA-nın Tarix İnstitutunun dissertantı Yusif Mahmudovdur.














