Pentaqona hücum edən hakerin adı açıqlandı
Böyük Britaniya hakeri Şon Kefri Birmingemdə məhkəmə iclasında peyk rabitə sisteminin qırılmasında, həmçinin ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) əməkdaşlarının şəxsi məlumatlarının oğurlanmasında günahını etiraf edib.
16 İyun 2017 18:29 DünyaBöyük Britaniya hakeri Şon Kefri Birmingemdə məhkəmə iclasında peyk rabitə sisteminin qırılmasında, həmçinin ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) əməkdaşlarının şəxsi məlumatlarının oğurlanmasında günahını etiraf edib. Bu haqda Böyük Britaniya Milli Kriminal Agentliyinin bəyanatında deyilir.
Məlumata görə, Kefri cinayəti 2014-cü ilin iyununda törədib. Polis onu hadisədən 9 ay sonra - 2015-ci ilin martında həbs edib. Oğurlanmış məlumatlar sərt disklərdə aşkarlanıb. Britaniya hakimiyyəti məhkəmə iclasına qədər onun şəxsiyyətini açıqlamırdı. Pentaqon hücuma görə dəyən zərəri 638 min dollar qiymətləndirib. Publika.az "Röyters" agentliyinə istinadən xəbər verir.