Bakı Ali Neft Məktəbində “Açıq qapı günü” keçirilib
Bakı Ali Neft Məktəbinin yeni kampusunda “Açıq qapı günü» keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə 50-dən artıq məktəbli və onların valideynləri iştirak edib. Şagirdlər akt zalı, üzgüçülük hovuzu, iki idman zalı, auditoriyalar, müasir tədris laboratoriyaları, kitabxana, üzmə hovuzu, fitnes mərkəzi, kafe, süni örtüklü stadion, tennis kortu, voleybol, basketbol və yüngül atletika meydançaları və Tələbə evi ilə tanış olmuşlar.
16 İyun 2017 17:47 SosialBakı Ali Neft Məktəbinin yeni kampusunda "Açıq qapı günü" keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə 50-dən artıq məktəbli və onların valideynləri iştirak edib. Şagirdlər akt zalı, üzgüçülük hovuzu, iki idman zalı, auditoriyalar, müasir tədris laboratoriyaları, kitabxana, üzmə hovuzu, fitnes mərkəzi, kafe, süni örtüklü stadion, tennis kortu, voleybol, basketbol və yüngül atletika meydançaları və Tələbə evi ilə tanış olmuşlar. Daha sonra görüş BANM-in Senat otağında davam edib. BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Hacıyeva audio-vizual təqdimatla çıxış edərək, şagirdlərə BANM-in yaranma tarixi, fəaliyyət istiqamətləri, BANM-də ixtisaslar üzrə minimal keçid balları, əməkdaşlıq etdiyi xarici şirkətlər və ali təhsil müəssisələri, tədris proqramları, daxili intizam qaydaları, yerli və transmilli şirkətlərdə təşkil olunan təcrübələr, seminarlar və BANM-in fəaliyyətinin digər istiqamətləri haqqında geniş məlumat vermişdir. H.Hacıyeva Ali Məktəbin tələbə həyatı, sosial-ictimai sahədə tələbələrin fəaliyyəti haqqında da danışıb.