Gündəm

Diyetoloqlar: Saqqız çeynəmək təbii arıqlamaya kömək edir

16 İyun 2017 19:43

ABŞ-ın Rod-Aylend Universitetinin diyetoloqları şəkərsiz saqqızın təsirini öyrənərək bu qənaətə gəliblər ki, saqqız kalori qəbulunu azaldaraq, enerji sərfini çoxaldır və təbii arıqlamaya kömək edir.

Rusiyalı alimlər: Klaviaturada 10 milyonadək bakteriya olur

16 İyun 2017 19:39

Amerika alimlərinin fikrincə, kompyuter klaviaturasının yalnız künc-bucağında 400-dən artıq növdə bakteriya vardır. Rusiya mütəxəssiləri isə bildiriblər ki, ümumilikdə klaviaturada 10 milyonadək bakteriya olur. Hər gün hər yerdə biz bakteriyaların əhatəsindəyik. Amma kompyuterin klaviaturasında olan bakteriyalar daha təhlükəlidir. Çünki insanlar onlarla işləyərkən, daha yaxın təmasda olurular.

“Google” mobil prosessor hazırlayır

16 İyun 2017 19:34

İndi smartfon istehsalçıları başqa şirkətlərin hazır həllərindən imtina edərək öz komponentlərini yaratmağa üstünlük verirlər. Bu, xüsusilə prosessorlara aiddir: prosessor istehsalı ilə məşğul olan istehsalçılar sistemi aparat üçün daha yaxşı optimallaşdırmaq imkanı əldə edirlər. İndi “Apple”, “Samsung”, “Huawei” və hətta “Xiaomi” şirkətləri öz prosessorlarını istehsal edirlər. Şayiələrə görə, “Apple” və “Samsung” şirkətləri, həmçinin qrafik sürətləndiricilər hazırlamaq niyyətindədirlər. İndi isə məlum olub ki, ötən il “Pixel” və “Pixel XL” smartfonlarını təqdim etmiş “Google” şirkəti mobil prosessor hazırlamaq niyyətindədir.

Elektron mürəkkəblə işləyən elastik ekran nümayiş edilib

16 İyun 2017 19:30

Elektron mürəkkəb texnologiyaları əsasında ekranların yaradılması ilə məşğul olan “E Ink” şirkəti elektron mürəkkəbli elastik ekran prototipini nümayiş etdirib. Yeni texnologiya perspektivdə istehsalçılara qatlanan elektron kitablar buraxmağa imkan verəcək.

İsveç alimləri: Dəri ayaqqabı sağlamlığa ziyan vurur

16 İyun 2017 19:26

Adi dəri ayaqqabının tərkibində öldürücü maddələr vardır. İsveç alimləri 20 cüt ayaqqabının materialını öyrəniblər. Ayaqqabıların 12 cütü İsveçdə, qalanları isə CAR, Uqanda və Belarusda istehsal edilib.

Darıxmaq insanda ciddi xəstəliklər yaradır...

16 İyun 2017 19:20

Britaniya alimlərinin 25 il ərzində apardığı araşdırma darıxmağın insana ölümcül təsir göstərdiyini üzə çıxarıb.. 

“İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” mövzusunda konfrans keçirilib

16 İyun 2017 19:15

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) birgə təşkilatçılığı ilə “İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” mövzusunda konfrans keçirilib. Məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatları elmi ictimayyətin diqqətinə çatdırmaq, müvafiq istiqamətlər üzrə fəaliyyət göstərən alim və mütəxəssislərin təkliflərini dinləmək olub. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə AMEA ilə İİTKM-in əməkdaşlığından danışıb. Bildirib ki, bu əməkdaşlıq elmin kommersiyalaşdırılmasına, elmlə istehsalatın qarşılıqlı əlaqəsinin təşkilinə, eləcə də bu istiqamətdə qarşılıqlı faydalı münasibətləri inkişaf etdirməyə zəmin yaradacaq. Akademik AMEA Yüksək Texnologiyalar Parkının ərazisində sahibkarlıq fəaliyyətinin səmərəli təşkili üçün bir sıra tədbirlərin həyata keçirilməkdə olduğunu da deyib.

Həftədə 3 dəfə yeyib Günəşlə qidalanan ailə: "Bizi səma doydurur"

16 İyun 2017 19:09

Biz kainatın enerjisindən qidalanırıq və özümüzü çox gümrah, sağlam hiss edirik. İki övlad anası Kamila Kastello belə deyir. Kamila və əri Akahi Rikardo həftədə cəmi 3 dəfə yemək yediklərini, "kainatın enerjisi" ilə qidalandıqlarını deyirlər.

Savadlı cütlüklər arasında boşanma az olur

16 İyun 2017 19:04

Virciniya Universitetinin tədqiqatçıları nikah istəyinin birbaşa təhsildən asılı olması qənaətindədirlər. Onların məlumatına görə, son 30 ildə nikahdankənar doğuşların səviyyəsi 13 faizdən 44 faizə yüksəlmişdir. Dünyaya nikahdankənar uşaq gətirənlərin valideynləri yalnız məktəb təhsili alan “orta amerikalılardır”. Nisbətən azsavadlı amerikalı cütlüklər arasında da boşanma halları çoxluq təşkil edir. Əvəllər onlar arasında ilk nikahın pozulmaması 73 faiz idisə, indi bu göstərici 45 faizə düşmüşdür.

Günün ən qəribə olayı: 13 nəfər gəlinlikdən zəhərləndi

16 İyun 2017 19:00

Türkiyənin Uğla bölgəsində yerləşən geyim mağazalarının birində kütləvi zəhərlənmə qeydə alınıb. Geyim mağazasına kuryer tərəfindən gətirilən, içərisində gəlinlik olan qutudan ətrafa yayılan qoxu insanları narahat edib.

Başını timsahın ağzına saldı: Canı bu qədər dəyərsizmiş...- VİDEO

16 İyun 2017 18:55

Taylandda şou göstərən gənc az qala canından olurdu. Nəhəng timsahla tamaşa göstərən cavan oğlan başını timsahın ağzına salaraq dəhşətli anlar yaşadıb. Qəflətən ağzını bağlayan timsah oğlanın başını dişləyib.

Arvadının deyinməsindən bezib bank yarmışdı ki, həbs olunsun

16 İyun 2017 18:50

Amerika Birləşmiş Ştatlarının Kanzas əyalətində qəribə oğurluq hadisəsi baş verib. Oğurluğu 70 yaşlı Lourens Con Ripl törədib. İstintaq zamanı məlum olub ki, oğurluğa səbəb heç də Lourens Conun maddi ehtiyacları və buna bənzər səbəblər deyilmiş. Lourens öz ifadəsində bildirib ki, arvadı həddən artıq deyingən insandır və buna görə də evdən qurtulmaq üçün cinayət törətməyə qərar verib.

Millimiz erməniləri darmadağın etdi - 18 TOP

16 İyun 2017 18:45

Bolqarıstanda kişi həndbolçular arasında İnkişaf etməkdə olan ölkələrin çempionatı davam edir. Qrup mərhələsində uğursuz çıxış edən Azərbaycan yığması 9-16-cı yerlər uğrunda ilk matçda Ermənistan millisi ilə üz-üzə gəliblər.

Podolski rəsmən Yapon klubunda

16 İyun 2017 18:40

"Qalatasaray"ın hücumçusu Lukas Podolskinin Yaponiyanın "Vissel Kobe" klubuna keçidi rəsmiləşib. Bu barədə klubun saytı məlumat yayıb. 32 yaşlı hücumçu iyunun 6-da ictimaiyyətə təqdim olunacaq. Müqavilə müddəti və maliyyə şərtləri barədə məlumat verilməyib. 

"Borca girib almışıq" -  Demet 18 milyonluq evi haqda

16 İyun 2017 18:35

Müğənni Demet Akalın 18 milyon lirəyə (təxminən 9 milyon manat) aldığı villası ilə bağlı danışıb.  Suvenir dukanlarının birindən çıxarkən görüntülənən Akalın evi borca girərək aldıqlarını deyib: “Biz də normal ailələr kimi borca girib ev almışıq. Xərclərimizi bir az azaltmalıyıq. Bu yay həftədə 3 dəfə çalışacağıq. Pul lazımdır. Işləməkdən şikayətlənməyin.