Gündəm

Mübariz İbrahimovun şəhadətindən 7 il ötür

18 İyun 2017 15:33

Bu gün Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

Türkiyə  2 şəhid verdi

17 İyun 2017 21:28

Türkiyənin Hakkari əyələtində, Çukurca rayonunda partlayıcı qurğunun partlaması nəticəsində 2 Türkiyə hərbçisi həlak olub, 7-si isə yaralanıb. Partlayış bombanın zərərsizləşdirilməsi zamanı baş verib.

Bolqarıstanda “Əzəmət nümunələri – Azərbaycan xalq sənəti”

17 İyun 2017 21:09

Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlaqədar Sofiya şəhərində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Xalça Muzeyinin dəstəyi ilə Azərbaycanın Bolqarıstandakı Səfirliyi tərəfindən Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyində “Əzəmət nümunələri – Azərbaycan xalq sənəti” adlı sərgi təşkil olunub. Sərgidə ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, gündəlik məişəti və incəsənətini əks etdirən müxtəlif çeşidli eksponatlar – xalçalar , milli geyimlər, keramika , zərgərlik, misgərlik məmulatları nümayiş etdirildi. Sərginin açılışında Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyinin direktoru Petko Xristov və Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış ediblər.

76636 şagird üçün buraxılış imtahanı keçirildi

17 İyun 2017 14:20

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 17-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonları və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 76636 şagird (IX sinif üzrə 43781, XI sinif üzrə 32855) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.  9-cu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10:00-da başlanıb və 1 saat 30 dəqiqə davam edib. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanıb. İmtahanın müddəti 2 saat 45 dəqiqə olub.

Rusiyada və Türkiyədə zəlzələ

17 İyun 2017 13:37

Türkiyədə, Ege dənizində 4,5 bal gücündə zəlzələ olub. Yeraltı təkanların mərkəzi İzmir əyalətinin Karaburun rayonu olub. Yeraltı təkanların ocağı 11,88 km-də yerləşib. Rusiyanın Krasnodar diyarında 4,4 bal gücündə zəlzələ baş verib.Yeraltı təkanların episentri Qara dənizdə yerləşib. Zəlzələ Anapa şəhərində hiss olunub.

1029 məhkumu əfv edildi

17 İyun 2017 12:58

Türkmənistan prezident Qurbanqulu Berdıməhəmmədov Qədir gecəsi münasibətilə əfv fərmanı imzalayıb. Bu fərmanla 1029 nəfər Türkmənistan vətəndaşı olan məhbus azadlığa buraxılacaq. Q. Berdıməhəmmədov əfv olunmuş məhkumların işlə təmin olunması üçün müvafiq qurumlara tapşırıqlar verib.

Ermənistan ordusu daha bir itki verdi – DÜŞMƏN TƏŞVİŞDƏ

17 İyun 2017 12:30

Bu gün səhər saat 09:40-də təmas xəttində daha bir erməni əsgər məhv edilib. Öldürülən erməni əsgər 1997-ci il təvəllüdlü Tiqran Qasparyandır.

Trampın  borcu var

17 İyun 2017 11:45

ABŞ prezidenti Donald Trampın şirkətləri son 16 ayda 596 milyon dollar gəlir əldə edib. Eyni zamanda onun korporasiyasının 315 milyon dollar borcu var. ABŞ hökuməti Etika Bürosunun açıqlamasında Trampın öz istəyi ilə bu məlumatı açıqladığı qeyd olunub. 2016-cı ilin yanvarından 2017-ci ilin aprelinə qədər olan dövrdə 596 milyon dollar gəlir əldə edən Tramp bu məbləğin yarısını qolf komplekslərindən qazanıb.

Muğam Mərkəzində Xalq artisti Yaqub Məmmədovun  xatirə gecəsi 

17 İyun 2017 10:30

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, “Şöhrət”ordenli, Azərbaycan xanəndəlik sənətində yerini tutmuş sənətkar Yaqub Məmmədovun xatirə gecəsi keçirilib. Mərkəzdən "Olaylar" - a bildirilib ki, sənətkarın xatirə  gecəsi Mədəniyyət kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. İlk olaraq sənətkarın ifasında “Şur” muğamının Simayi-Şəms şöbəsi videoçarx vasitəsilə tamaşaçılara çatdırıldı. Daha sonra səhnəyə tədbirin aparıcısı Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, Filologiya və fəlsəfə doktoru Gülhüseyn Kazımlı çıxaraq sənətkarın Azərbaycan musiqi mədəniyyəti tarixində klassik muğam ifaçılığı sənətindəki gördüyü işlərdən, tutduğu yerdən danışdı.

Muğam Mərkəzində Qurtuluş gününə həsr olunmuş konsert

16 İyun 2017 23:29

Beynəlxalq Muğam Mərkəzində  Milli Qurtuluş gününə həsr olunmuş  Niyazi adına Uşaq Musiqi məktəbinin şagirdlərinin möhtəşəm çıxışı baş tutub. Mərkəzdən "Olaylar" - a bildirilib ki, tədbir  Mədəniyyət və Turizm Nazirliyi,  Mədəniyyət Və Turizm  Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirildi. Tədbir zamanı məktəbin şagird və müəllim heyəti maraqlı və rəngarəng proqramla çıxış etdilər. Şagirdlərin ifasında V. Adıgözəlovun  “Lay-lay”, “Qərənfil”,  S.Raxmaninovun “Rapsodiya”, H.Rzayevin “Çahargah” rapsodiyası, T.Quliyevin “Marş”, “Bağçamız”,”Gəzinti”, M.Maqomayevin “Odlar yurdu”, Q.Forenin “Apres un reve”, Y.Doqanın “Vals”, E.Qriqin “Vals”,  Azərbaycan xalq mahnısı “Sarı gəlin” və digər unudulmaz əsərlər səsləndi.

"Günümüzün ustad aşıqları"- sonuncu kitab

16 İyun 2017 23:25

Azərbaycan Aşıqalr Birliyinin yeni layihəsi olan “Günümüzün ustad aşıqları” seüriyasından sonuncu – doqquzuncu kitab da işıq üzü görüb. Birlikdən "Olaylar" - a bildirilib ki, 2016-cı ilin sonlarından başlayan layihə çərçivəsində çağdaş dövrümüzdə Azərbaycan aşıq sənətində öz dəst-xətti ilə seçilən Əməkdar İncəsənət xadimi Ədalət Nəsibov, Əməkdar Mədəniyyət İşçiləri İsfəndiyar Rüstəmov, Ulduz Sönməz, Mahmud Məmmədov, Xanmusa Musayev, Yanvar Bədəlov, Haşım Qubalı, Fətulla Əliyev və Əli Quliyevin hər birinə ayrıca kitab həsr olunub. Xatırladırıq ki, bu ustad aşıqlardan dördü – Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov və Ulduz Sönməz həm də Prezident təqaüdçüləridir.

Axşam yeməyində badımcan yeyin - 4 FAYDASI

16 İyun 2017 20:15

Badımcan bədən sağlamlığı üçün olduqca faydalı bir tərəvəzdir. Üstəlik digər tərəvəzlərdən fərqli olaraq badımcanın kalorisi də azdır. Salatlarınıza, yeməyinizə badımcan əlavə edərək həm də yeməklərinizi dadlandıra bilərsiniz. Sağlamlığımız üçün faydalı olan badımcanın 92%-i sudan ibarət olduğu üçün xüsusilə Ramazan ayında iftar zamanı yeyilməsi məsləhətdir. Badımcan su ehtiyacının böyük qismini qarşılayır.

Uşağın yaşa uyğun boyunu və çəkisini öyrənin - CƏDVƏL

16 İyun 2017 20:03

Tibb elmləri üzrə fəlsəfə doktoru, pediatr Şəhla Rüstəmovanın məqaləsini təqdim edirik. Valideynlər arasında övladlarının boyu və inkişafı ilə əlaqədar kifayət qədər narahatçılıqlar var. Bəzən uşaqların bir qismində fiziki inkişafdan geri qalma müşahidə olunur. Məsələn, 8 yaşı olan uşağa 5-6 yaşda nəzərdə tutulmuş geyim alınır.

Oruc tutanlar üçün xüsusi RAMAZAN PƏHRİZİ

16 İyun 2017 19:53

Oruc tutanlar iftarı gec saatlarda açdıqları üçün kökələ biləcəklərindən şikayət edirlər. Oruc tutanlara həm sağlam, həm də formalarını qorumaqda kömək edəcək “Ramazan” pəhrizi təqdim edirik.

Pişiklər sahibinin səsini tanıyır

16 İyun 2017 19:48

Tokio Universitetinin professorlarının uzun müddət davam edən araşdırmaları nəticəsində məlum olub ki, pişiklər sahiblərinin səsini tanıyırlar, lakin onları eşitmək istəmirlər.