Trampın borcu var
ABŞ prezidenti Donald Trampın şirkətləri son 16 ayda 596 milyon dollar gəlir əldə edib. Eyni zamanda onun korporasiyasının 315 milyon dollar borcu var. ABŞ hökuməti Etika Bürosunun açıqlamasında Trampın öz istəyi ilə bu məlumatı açıqladığı qeyd olunub. 2016-cı ilin yanvarından 2017-ci ilin aprelinə qədər olan dövrdə 596 milyon dollar gəlir əldə edən Tramp bu məbləğin yarısını qolf komplekslərindən qazanıb.
17 İyun 2017 11:45 DünyaABŞ prezidenti Donald Trampın şirkətləri son 16 ayda 596 milyon dollar gəlir əldə edib. Eyni zamanda onun korporasiyasının 315 milyon dollar borcu var. ABŞ hökuməti Etika Bürosunun açıqlamasında Trampın öz istəyi ilə bu məlumatı açıqladığı qeyd olunub. 2016-cı ilin yanvarından 2017-ci ilin aprelinə qədər olan dövrdə 596 milyon dollar gəlir əldə edən Tramp bu məbləğin yarısını qolf komplekslərindən qazanıb.
"Forbes"ə görə, Trampın sərvəti 4,5 milyard dollardır. ABŞ prezidenti özü isə əmlakları ilə birlikdə ümumi sərvətinin 8-10 milyard dollar olduğunu iddia etmişdi.