Muğam Mərkəzində Qurtuluş gününə həsr olunmuş konsert
Beynəlxalq Muğam Mərkəzində Milli Qurtuluş gününə həsr olunmuş Niyazi adına Uşaq Musiqi məktəbinin şagirdlərinin möhtəşəm çıxışı baş tutub. Mərkəzdən "Olaylar" - a bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət Və Turizm Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirildi. Tədbir zamanı məktəbin şagird və müəllim heyəti maraqlı və rəngarəng proqramla çıxış etdilər. Şagirdlərin ifasında V. Adıgözəlovun “Lay-lay”, “Qərənfil”, S.Raxmaninovun “Rapsodiya”, H.Rzayevin “Çahargah” rapsodiyası, T.Quliyevin “Marş”, “Bağçamız”,”Gəzinti”, M.Maqomayevin “Odlar yurdu”, Q.Forenin “Apres un reve”, Y.Doqanın “Vals”, E.Qriqin “Vals”, Azərbaycan xalq mahnısı “Sarı gəlin” və digər unudulmaz əsərlər səsləndi.
16 İyun 2017 23:29 İncəsənətBeynəlxalq Muğam Mərkəzində Milli Qurtuluş gününə həsr olunmuş Niyazi adına Uşaq Musiqi məktəbinin şagirdlərinin möhtəşəm çıxışı baş tutub. Mərkəzdən "Olaylar" - a bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət Və Turizm Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirildi.
Tədbir zamanı məktəbin şagird və müəllim heyəti maraqlı və rəngarəng proqramla çıxış etdilər. Şagirdlərin ifasında V. Adıgözəlovun "Lay-lay", "Qərənfil", S.Raxmaninovun "Rapsodiya", H.Rzayevin "Çahargah" rapsodiyası, T.Quliyevin "Marş", "Bağçamız","Gəzinti", M.Maqomayevin "Odlar yurdu", Q.Forenin "Apres un reve", Y.Doqanın "Vals", E.Qriqin "Vals", Azərbaycan xalq mahnısı "Sarı gəlin" və digər unudulmaz əsərlər səsləndi.
Konsertdə tamaşaçılar qarşısına məktəbin şagirdləri Ayla Qaracayeva ,Fərid İslamlı ,Samir Pənahov , Eldar Bayramov , Amin Məhərrəmzadə ,Zərifə Alxazova ,Ağaşirin Həsənov , Kamil Mikayılov ,Fəqan Həsənli ,Nərmin Quliyev ,Sevil Kəngərli ,Rövşən Zülfüqarov , Xanim Kərimova və "İncilər" violençel ansamblı çıxış etdilər.
İfalar piano, tar, kamança, skripka və digər musiqi alətlərinin müşaiyəti ilə səsləndi.