Gündəm
Azərbaycan adam oğurlamaq istəyən şəxsi axtarışa verdi
Azərbaycan Respublkası daha bir şəxsi "İnterpol" xətti ilə beynəlxalq axtarışa verib. 30 yaşlı Kamil Əmirov adam oğurluğuna cəhddə və xuliqanlıqda ittiham olunur.
ABŞ Suriyanın qırıcısını vurdu
ABŞ Tabka şəhərin yaxınlığında Suriya Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni vurub. Suriyanın qırıcısı əməliyyatdan qayıdarkən vurulub. Xəsarət alanlar barədə məlumat verilmir.
Bəhreyndə partlayış - Ölən və yaralananlar var
Bəhreynin paytaxtı Manamada partlayış olub. Partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi "Tvitter" hesabında məlumat yayıb. Partlayışla bağlı hələ ki, heç kim məsuliyyəti üzərinə götürməyib.
Rusiyadan Qarabağda MÜHARİBƏ ANONSU: döyüşlər qaçılmazdır və bu yay...
Düşmən təxribatı nəticəsində cəbhədə vəziyyət qaynar olaraq qalır. Erməni hərbi birləşmələrinin təxribat hücumu nəticəsində ordumuz bir şəhid verdi. Cavab atəşi isə Ermənistan üçün ağır itkilərə gətirib çıxartdı. 6 erməni hərbçi məhv edildi, bununla yanaşı, ağır yaralı olan əsgərlər var, hansı ki, onlar İrəvan hospitallarına köçürülüb.
“Bu, müharibənin yeni aktıdır!” - Moskvadan SƏRT REAKSİYA
Rusiya Suriya Hərbi-Hava Qüvvələrinə məxsus qırıcının ABŞ tərəfindən vurulmasına sərt reaksiya göstərib. Rusiya Federasiya Şurasının informasiya siyasəti üzrə komissiyasının sədri Aleksey Puşkiv ABŞ-ın hərəkətlərini “müharibənin yeni aktı” adlandırıb. “ABŞ Suriyanın Su-22 qırıcısını Rakka səmaları üzərində vurmaqla Suriyaya qarşı müharibənin yeni aktını həyata keçirib. Hansı “müdafiə”? Rakka Suriya şəhəridir, Amerika şəhəri deyil”, - Puşkov Tvitter hesabında yazıb.
Nigar Camaldan yol polislərini "ağ yudu, qara sərdi"
Azərbaycanlı müğənni Nigar Camal Dövlət Yol Polisinin əməkdaşlarından şikayətçidir. 56-cı “Avroviziya” Mahnı Müsabiqəsinin qalibi bu barədə şəxsi “Feysbuk” hesabında status yazıb. 37 yaşlı müğənni DYP əməkdaşlarından narazılığını belə ifadə edib: “DYP – axır zamanlar çox qudurublar! Daha susmaq istəmirəm. İdeal olmasa da, mən həmişə qaydalara əməl etməyə çalışıram. Qaydanı da pozanda deyirəm ki, cəriməmi yazın. Sənədlərim də həmişə qaydasında olur. Amma bütün bunlara bizim DYP əhəmiyyət vermir. Onlar yollarda təhlükəsizliyi təmin etmək əvəzinə, özləri qaydaları pozurlar. Düz getdiyin yolda səni səbəbsiz yerə saxlayırlar. Xüsusilə axşam saatlarında ümumiyyətlə, maşın sürmək mümkün deyil. Yolda “inomarka” görən kimi arxasınca sürüb, saxlatdırırlar. İlk olaraq, kobud tonda kəmərə ilişir.
Bəhreyndə partlayış
Bəhreynin paytaxtı Manamada partlayış olub. Partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi "Tvitter" hesabında məlumat yayıb. Partlayışla bağlı hələ ki, heç kim məsuliyyəti üzərinə götürməyib.
Kamal Kılıçdaroğlunun qardaşı aclığa başladı
Türkyənin müxalifət Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun qardaşı Cəlal Kılıçdaroğlu aclıq aksiyasına başlayıb. Türkiyə mətbuatı aclıq aksiyasının səbəbi olaraq Cəlal Kılıçdaroğlunun öz qardaşına etiraz etməsi göstərilir. Belə ki, Cəlal Kılıçdaroğlunun müxalifətçi qardaşının Gülən hərəkətini dəstəkləməsinə etiraz olaraq aclıq aksiyasına başlaması bildirilir. Trend.az
Cocuq Mərcanlıda 6891 ədəd qəlpə tapıldı
Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində 13-18 iyun 2017-ci il tarixlərində 6 891 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib, nəticə etibarilə 149 455 kv.m (14.95 ha) ərazi tam təmizlənib, 73 900 kv.m (7.39 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıbdır (Cəmi: 223 355 kv.m (22.34 ha)). Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Matəm elan olundu
Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb, 59 nəfər xəsarət alıb. Rəsmi şəxslər qurbanların çoxunun gəzintiyə çıxan şəxslər olduğunu bildiriblər. Portuqaliyanın Baş naziri Antonio Kosta bildirib ki, hazırda yanğınları söndürmək üçün 1800-dən çox yanğınsöndürən çalışır. Alovların sürətlə yayılması işi çətinləşdirir: "Təəssüf ki, bu meşə yanğınları baxımından son illərdə gördüyümüz ən böyük faciə kimi görünür. Ölənlərin sayı arta bilər. Prioritetimiz hələ də təhlükədə olan insanları xilas etməkdi".
Yəmən bombalandı
731 əsgər xəstəxanaya yerləşdirildi, 21 nəfər tutuldu
Gecə Türkiyənin Manisa bölgəsində xidmət edən 500 əsgər xəstəxanalara yerləşdirilib. Hadisə ilə bağlı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb. Açıqlamada bildirilir ki, hadisəyə səbəb qida zəhərlənməsinin olduğu ehtimal edilir. Hazırda əsgərlərin müalicə və müayinəsi davam edir.
Ticarət mərkəzində dəhşətli partlayış - ÖLƏNLƏR VAR
Kolumbiyanın paytaxtı Bogotadaki bir alış-veriş mərkəzində qadın tualetinin olduğu hissədə baş verən partlayışda 3 qadın həyatını itirib, 9-u ağır yaralanıb. Kolumbiya prezidenti Xuan Manuel Santos hadisə ilə bağlı sosial media hesabından açıqlama yayıb.
16 terrorçu zərərsizləşdirildi
Türkiyə Hərbi Qüvvələri son sutka ərazində ölkə ərazisində və onun xaricində keçirdiyi antiterror əməliyyatı çərçivəsində 16 terrorçunu zərərsizləşdirib. Bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumatda qeyd olunur ki, məhv edilmiş terrorçular arasında Türkiyənin hakimiyyət orqanlarının axtardığı cinayətkarlar da var. Türkiyə Hərbi Hava Qüvvələrinin terrorçuların İraqın Zap bölgəsindəki mövqelərinə endirdiyi zərbələr nəticəsində PKK-nın 6 silahlısı məhv edilib. Daha 5 terrorçu Nirva Şeyt dağları ərazisində öldürülüb.
Bakı metrosunda DƏHŞƏT
Bu gün Bakı metrosunda faciəvi hadisə baş verib. Saat 12:30 radələrində bədbəxt hadisə nəticəsində qatarın altına yıxılan 1934-cü il təvəllüdlü Xəlilov Səyyad Şirin oğlu həkimlərin səyinə baxmayaraq ölüb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, 83 yaşlı kişi intihar məqsədi ilə özünü qatarın altına atıb. Belə ki, S.Xəlilov saat 12:33-də özünü qatarın altına atıb. Dərhal platformaya daxil olan qatar cərəyandan ayrılıb və saat 12:50-də S.Xəlilov huşsuz vəziyyətdə qatarın altından çıxarılıb.








.jpg)


2fmanisa-askarar.jpg)


