Matəm elan olundu

 Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb, 59 nəfər xəsarət alıb. Rəsmi şəxslər qurbanların çoxunun gəzintiyə çıxan şəxslər olduğunu bildiriblər. Portuqaliyanın Baş naziri Antonio Kosta bildirib ki, hazırda yanğınları söndürmək üçün 1800-dən çox yanğınsöndürən çalışır. Alovların sürətlə yayılması işi çətinləşdirir: "Təəssüf ki, bu meşə yanğınları baxımından son illərdə gördüyümüz ən böyük faciə kimi görünür. Ölənlərin sayı arta bilər. Prioritetimiz hələ də təhlükədə olan insanları xilas etməkdi".

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb, 59 nəfər xəsarət alıb. Rəsmi şəxslər qurbanların çoxunun gəzintiyə çıxan şəxslər olduğunu bildiriblər.

Portuqaliyanın Baş naziri Antonio Kosta bildirib ki, hazırda yanğınları söndürmək üçün 1800-dən çox yanğınsöndürən çalışır. Alovların sürətlə yayılması işi çətinləşdirir:

"Təəssüf ki, bu meşə yanğınları baxımından son illərdə gördüyümüz ən böyük faciə kimi görünür. Ölənlərin sayı arta bilər. Prioritetimiz hələ də təhlükədə olan insanları xilas etməkdi".

İlkin məlumata görə, 30-a yaxın şəxs avtomobillərlə fəlakət zonasından çıxmağa cəhd edərkən ölüb. Bundan əvvəl meşə yanğınları zamanı 25 nəfərin öldüyü açıqlanmışdı. Ölkədə 3 günlük matəm ealn olunub.

Qeyd edək ki, şənbə günü ölkənin bir sıra regionlarında temperatur 40 dərəcəyə çatıb. Meşə yanğınları Pedroqan-Qrandi bələdiyyəsində başlayıb. Yanğın sürətlə yayılıb, bir neçə yaşayış məntəqəsini əhatə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31