Gündəm
ƏƏSMN 58 min nəfəri peşə hazırlığı kurslarına cəlb edib
Cari ilin 5 ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən peşə hazırlığı, əlavə təhsil kurslarının təşkili və peşəyönümü tədbirlərinə cəlb olunanların sayı 58 032 nəfər təşkil edib.
Tailandda PARTLAYIŞ: hərbçilər həlak oldular
Tailandın cənubunda Pattani əyalətində baş vermiş partlayış 5 hərbçinin həyatına son qoyub. Kustar üsulla hazırlanmış bombanın partlaması nəticəsində daha 4 hərbçi yaralanıb.
Fransada ermənilərdən ibarət cinayətkar qrup həbs edildi
Fransanın Bordo, Nant, Nitsa, Puate və Paris şəhərlərində ermənilərdən ibarət 14 nəfərlik cinayətkar qrup həbs edilib. Həbs olunan ermənilərin hansı ölkələrin vətəndaşı olduqları açıqlanmayıb.
Londonda müsəlmanları əzən şəxsin qorxulu istəyi : "Bütün müsəlmanları..."
Londonda naməlum şəxsin avtomobili məsciddən çıxan insanların üzərinə sürməsi nəticəsində azı bir nəfərin öldüyü, daha 10 nəfərin isə yaralanması barədə məlumat vermişdik.
"Röyanın sevgilisi kimdir?" - VİDEO
İnsanlara hər zaman maraqlı olacaq ki, Röyanın sevgilisi kimdir? Yoxdur, hələ axtarışdayam. Bu sözləri əməkdar artist Röya Ayxan "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib.
Bakı-Quba avtomobil yolunda körpü təmir edilir
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlər sərhədi avtomobil yolunun 146 km-də Vəlvələ çayı üzərində yerləşən körpüdə təmir-bərpa işlərinə başlanılır. “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, təmir-bərpa işlərinin başlanılmasına səbəb körpünün uzun müddət istismarda olması, həmçinin körpü üzərində mütamadi olaraq iri tonnajlaı yük maşınlarının hərəkəti və yaz-yay aylarında leysan yağışlar nəticəsində çayda sululuğun artmasıdır.
Türk dillərinin müqayisəli lüğəti dərc edilib
Beynəlxalq Türk Akademiyası (TWESCO) Astanada görkəmli türkoloq alim, qədim və müasir Türk dilləri üzrə mütəxəssis Əmir Nacibin "XIV əsr Türk dillərinin tarixi-müqayisəli lüğəti. Qütbun “Xosrov və Şirin” əsəri əsasında" adlı 4 cildlik kitabının təqdimatını keçirib.
Deputatlarımız Qazaxıstana səfər edəcəklər
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat İlham Əliyev “İnnovativ iqtisadiyyata qanunvericilik dəstəyi” adlı beynəlxalq konfransda iştirak etmək üçün iyunun 19-da Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcəklər.
Binəqədi rayon İcra Hakimiyyətində ingilis dili tədris olunur
Binəqədi rayon İcra Hakimiyyətində əməkdaşlar üçün ingilis dili kurslarına start verilib. “OLAYLAR”-a Rayon İcra Hakimiyyətindən daxil olan məlumata görə, bu məqsədlə qrupları müəyyən etmək üçün sınaq testi keçirilib.
Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir. “OLAYLAR”-ın xəbərinə görə, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 22-də Qəbələ rayonunda Oğuz, Şəki və Qəbələ rayon sakinlərini qəbul edəcək. Qəbul Qəbələ şəhəri Mədəniyyət Mərkəzində saat 11:00-da keçiriləcək.
Əhliman Əmiraslanov Süleyman Dəmirəlin xatirəsinə həsr olunan anım tədbirində
Türkiyənin görkəmli siyasi xadimi, Türkiyə Respublikasının 9-cu Prezidenti, AMEA-nın Fəxri üzvü Süleyman Dəmirəlin vəfatının ikinci ildönümü ilə əlaqədar anım mərasimi təşkil olunub. Görkəmli siyasi və dövlət xadiminin doğulduğu İsparta şəhərində yerləşən Süleyman Dəmirəl Universitetində keçirilən tədbirdə ölkəmizi Milli Məclisin komitə sədri, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov və deputat Şəmsəddin Hacıyev təmsil ediblər.
Ermənistanın siyasi təxribatı
Ermənistan mətbuatının verdiyi məlumata görə, 14-17 sentyabr, 2017-ci il tarixlərində Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində beynəlxalq gənclər konfransının keçirilməsi nəzərdə tutulub. Ermənistan İdman və Gənclərlə İş üzrə Nazirliyi tərəfindən təşkil ediləcək bu konfransın məqsədi guya gənc alim və mütəxəssislərin iştirakı ilə qondarma rejimin tanınmasının problem və perspektivlərini müzakirə etməkdir.
ABŞ-da yaşayış binası uçdu: 50 yaralı
ABŞ-ın Montana ştatında yaşayış binasının qismən uçması nəticəsində azı 50 nəfər xəsarət alıb. İnsident Leyksayd yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, meşə massivində yerləşən kottecin eyvanı uçub. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Onlardan 2-in vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır.
Kənanla Pərvin sevgilidir? - Aygündən açıqlama
Müğənni Aygün Mahmudova rejissor həyat yoldaşı Kənan M.M.-lə aktrisa Pərvin Abıyeva arasında yayılan şayiələrə cavab verib. Sənətçi "ATV maqazin onlarla" verilişinə açıqlamasında bildirib ki, ərinə ləkə yaxmağa çalışırlar.
Azərbaycanda 4 bal gücündə zəlzələ oldu
Ucarda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verir. İlkin məlumatlara əsasən, yerli vaxtla saat 17:41:13 - də Zərdab stansiyasından 32 km şimal-qərbdə, Ucar ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub. Təkanların maqnitudası 4.4, dərinliyi 34 km olub.














