Gündəm

Siyasi şərhçi: “Ermənilər müstəqil Azərbaycanın döyüşkən ordusundan qorxurlar” 

19 İyun 2017 12:37

“Naxçıvanda keçən Azərbaycan-Türkiyə taktiki təlimlərin əsas əhəmiyyəti ilk növbədə ordunun yeni döyüş texnikasının necə mənsiməsini yoxlamaq, döyüş şəraitinə yaxın və uyğun olaraq hərbi əməlyyatların keçirilməsini mükəmməlləşdirməkdir”. Bunu  siyasi şərhçi Arzu Nağıyev deyib.

Natavan Həbibinin ailə quracağı məşhur bəyin kimliyi ortaya çıxdı FOTOLAR

19 İyun 2017 12:35

Xəbər verdiyimiz kimi, müğənni Natavan Həbibi ailə qurmağa hazırlaşır. Sənətçi xeyli müddət idi ki, ərə gedəcəyi şəxsin kimliyini gizli saxlayırdı. Lakin ifaçı həmin kəsin kimliyini üzə çıxarıb. Belə ki, o, ailə quracağı şəxslə əl-ələ tutaraq, masada adlarının baş hərfləri yazılmış foto çəkdirib. Natavan həmin fotonu "İnstagram" səhifəsində paylaşıb.

PSJ Ronaldu üçün hərəkətə keçdi

19 İyun 2017 12:32

PSJ son günlər "Real"dan getmək istədiyi deyilən Kriştianu Ronaldunu ələ keçirmək pul xərcləməkdən çəkinmir. Paris klubu ulduz futbolçunu 150 milyon avroya transfer edib ona illik 30 milyon avro məvacib ödəməyə hazırdır. Bu barədə klubun prezidenti Naser Əl-XəlaifiRonaldunun agenti Jorje Mendeşə məlumat verib. Qətərli funksionerlə Mendeş arasında görüş iyunun 3-də Kardifdə baş tutub.

Yusuf Məmmədəliyev: "İlham Əliyev və Birinci-vitse prezident Mehriban Əliyeva tərəfindən həyata keçirilən siyasət sayəsində uğur qazanan məhz gənclik olacaq"

19 İyun 2017 12:30

Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib.

İçməli suyun verilməsində məhdudiyyətlər olacaq

19 İyun 2017 12:27

Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsindən keçən 350 mm diametrli magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar iyunun 19-u axşam saatlarına qədər paytaxtın bir neçə ünvanına içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Silahlı Qüvvələrdə genişmiqyaslı təlimlər başlayıb

19 İyun 2017 12:25

İyunun 19-da qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyi yayıb. Təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.

5 ayda QDM 1 faiz azalıb

19 İyun 2017 12:23

2017-ci ilin yanvar-may aylarında 25338,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,9 faiz az ümumi daxili məhsul istehsal ediib. Bu barədə “Olaylar”a məlumat Dövlət Statistika Komitəsindən verilib. Məlumatda bildirilir ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,3 faiz artıb, neft sektorunda isə 6,5 faiz azalıb. Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 58,9 faiz təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 2610,3 manata bərabər olub.

Gənclər Təşkilatları Milli Şurası hesabat verdi

19 İyun 2017 12:20

Gənclər Təşkilatları Milli Şurasının üzv təşkilatlarının növbəti Məclisi baş tutub. Tədbirdə Milli Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahiyyətli nümayəndələri iştirak edib. “OLAYLAR”-ın xəbərinə görə, Məclisin geditaşında Gənclər Təşkilatları Milli Şurasının katibliyi adından Pərvin Qasımov Milli Şuranın 2017-ci ilin yanvar-iyun ayları üzrə fəaliyyətlərinin hesabatını verib.

Vyetnam Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti ölkəmizdə səfərdədi

19 İyun 2017 12:19

Bakıda səfərdə olan Vyetnam Sosialist Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrini ziyarət edib. “OLAYLAR”-ın xəbərinə görə, əvvəlcə vyetnamlı qonaqlar ümummilli liderimiz Heydər Əliyevin Hərbi Dəniz Qüvvələri bazası ərazisində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.

Züleyxa Nadir yazır... Yaxşılıq gəlir gətirən sərmayədi

19 İyun 2017 12:18

Zaman o zamandı ki, “azan səsini eşitmək istəmirəm” deyə fikirlərini sosial şəbəkədə paylaşanlar var. Guya azad söz demək üçün hər cür cəfəngiyyat yazmaq istəyinin qarşısını boğa bilməyənlər içimizdə kök salıblar. Təbii ki, hadisələrə hər kəsin öz baxışı, öz dünyagörüşü var. Hər kəs öz “çərçivəsindən” boylanaraq qiymət verdiyi olayda özünü haqlı sayır. Amma elə şeylər var ki, toxunulmazdı, onların haqqında Allah tərəfindən tabu elan edilib.

ADMİU-nun professor-müəllim və tələbə heyətinin konserti

19 İyun 2017 12:18

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və İncəsənət Universitetinin İnstrumental ifaçılıq kafedrasının professor-müəllim, tələbələrinin iştirakı ilə konsert keçirilib. Universitetdən “Olaylar” – a bildirilib ki, konsertdə Teymur Göyçayevin rəhbərliyi altında Q.Qarayev adına  Dövlət Kamera Orkestrinin müşayiəti ilə İnstrumental ifaçılıq kafedrasının müəllimi Leyla Əliyevanın, II kurs tələbəsi Zülfiyyə Muxtarova və I kurs magistr tələbəsi Günel Quliyevanın, III kurs tələbələri Lalə Əhmədova və İlahə Salmanzadənin ifasında İ.S.Baxın müxtəlif əsərləri səslənib.

Ermənistan işğal edilmiş ərazilərdə terror düşərgəsi yaradıb

19 İyun 2017 12:14

Bir müddət əvvəl İran İslam Respublikasının paytaxtı Tehran şəhərində İŞİD terror təşkilatı tərəfindən həyata keçirilən terror aksiyası ətrafında müzakirələr davam edir. Düzdür, terraktı İŞİD öz üzərinə götürsə də, lakin Tehran terrorunun arxasında digər gizli məqamların olması ilə bağlı da bəzi ehtimallar səslənir, iddialar irəli sürülür. Əsas irəli sürülən fikirlərdən biri Tehranda məlum terraktı həyata keçirən terrorçuların İslam Respublikasına işğalçı Ermənistandan keçməsi ilə bağlıdır.

DYP-dən sürücülərə xəbərdarlıq - Çəkələklə maşın sürməyin

19 İyun 2017 12:05

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi çimərlik mövsümünün başlanması ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib. İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, çimərlik mövsümünün başlanması ilə əlaqədar yollarda nəqliyyat vasitələrinin hərəkəti intensivləşəcək: "Yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün sürücülərə sürət həddinin aşağı endirilməsini, ara məsafəsinin normadan artıq saxlanılmasını tövsiyə edirik".

Aydın Əliyev vətəndaşları qəbul edəcək

19 İyun 2017 12:01

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev iyunun 23-də saat 10:30-da Oğuz şəhərindəki Olimpiya İdman Kompleksində (Heydər Əliyev küç. 1) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Gəncədə kitabsevərlər və gənc yazıçılar ilə görüş

19 İyun 2017 12:02

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz Gəncə şəhərində kitabsevərlər və gənc yazıçılarla “Sözün gücü” mövzusunda görüş təşkil edilib. Mərkəzdən “Olaylar” – a bildirilib ki, Metodiki Mərkəzin 2017-ci ilin iş planına əsasən keçirilmiş tədbir müasir informasiya bolluğu dövründə gənclərin kitaba, mütaliəyə marağının artırılması, habelə kitabxanalara oxucuların cəlb edilməsi məqsədi ilə Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində baş tutub.