İçməli suyun verilməsində məhdudiyyətlər olacaq
Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsindən keçən 350 mm diametrli magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar iyunun 19-u axşam saatlarına qədər paytaxtın bir neçə ünvanına içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
19 İyun 2017 12:27 SosialBakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsindən keçən 350 mm diametrli magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar iyunun 19-u axşam saatlarına qədər paytaxtın bir neçə ünvanına içməli suyun verilməsində məhdudiyyətlər olacaq. "OLAYLAR"-ın xəbərinə görə, məlumatı "Azərsu" ASC-nin mətbuat xidməti yayıb. Bildirilib ki, məhdudiyyətlə Bülbül prospekti, Səməd Vurğun, Nəcəf bəy Vəzirov, Şövqi Abdullayev, Ruhulla Axundov və Sarabski küçələrində olacaq. Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.