Gündəm

Yardımçı təsərrüfat 375 min manata satışa çıxarılıb

19 İyun 2017 13:21

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iyulun 18-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirəcək. Komitədən “Olaylar"a verilən məlumata görə, hərraca 25-i səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisə və obyekti, 73-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsi olmaqla ümumilikdə 124 əmlak çıxarılıb. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir.

7 kiloqramdan artıq qızıl külçələr aşkar edilib

19 İyun 2017 13:20

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl külçənin ölkə ərazisindən çıxarılmasının qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, idarənin “Qoşa Təpə” gömrük postunda Azərbaycan Respublikasından İran İslam Respublikasına gedən Azərbaycan vətəndaşı Cəfərov Vidadi Feyzulla oğlunun idarə etdiyi “Toyoto Prado” markalı, 85-CE-076 dövlət qeydiyyat nişanlı minik avtomobilinə gömrük nəzarətini həyata keçirmək məqsədilə “Heimann Cargo Vision” rentgen qurğusunda baxış keçirilib.

Dövlət Sərhəd Xidməti Yardımlıda iki xarici vətəndaşı saxlayıb

19 İyun 2017 13:19

Yardımlı rayonunun Alar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan İrana dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər xarici vətəndaş saxlanılıb. Dövlət Sərhəd Xidmətindən “Olaylar”a verilən məlumata görə, həmin şəxslər Banqladeş Xalq Respublikası vətəndaşları - 1991-ci il təvəllüdlü Amin MD Tacul, 1985-ci il təvəllüdlü Muhammad Bahauddin və onlara bələdçilik edən İran İslam Respublikası vətəndaşı 1963-cü il təvəllüdlü Həsənli Fateh Həmid oğludur.

Almaniya millisinin sabiq üzvü karyerasını başa vuracaq

19 İyun 2017 13:15

"Bayer Leverkusen"in hücumçusu Ştefan Kisslinq növbəti mövsüm karyerasını başa vurmaq qərarına gəlib.  Almaniya millisinin sabiq üzvü bu qərarını baş məşqçi Hayko Herrlixə də çatdırıb. Herrlix onun ən azı 1 mövsüm oynamasını istəyirdi. "Yeni məşqçimiz ilə danışdım. Konstruktiv söhbət alındı. Onun futboldan məlumatı böyük olmaqla bərabər, həm də özü keçmişdə futbolçu olub. Növbəti mövsüm mənim üçün son olacaq" - 33 yaşlı Kisslinq qeyd edib. O, 2006-cı ildən Leverkuzen klubunun şərəfini qoruyur. 

Türkiyədə TERROR aktının qarşısı alındı

19 İyun 2017 13:14

Türkiyənin Diyarbəkir vilayətində iri terror aktının qarşısı alınıb. Bu barədə vilayətin polis idarəsi bəyan edib.

"Liverpul" ən bahalı transferini reallaşdırır

19 İyun 2017 13:12

"Roma" "Liverpul"un Məhəmməd Salah üçün etdiyi transfer təklifini qəbul edib. Paytaxt təmsilçisi "Liverpul"un 45 milyon avroluq təklifi ilə razılaşıb. Salah yaxın günlərdə tibbi müayinədən keçmək üçün İngiltərəyə yollanacaq və "qırmızılar"la 5 illik müqavilə imzalayacaq. 

Leysan yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq

19 İyun 2017 13:10

İyunun 20-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Dövlət başçısının  Azərbaycan dilinin  tarixi inkişafına aid  möhtəşəm  dilçilik əsəri

19 İyun 2017 13:07

Müəllifi  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olan  bu Fərman Azərbaycan ədəbi dilinin keçdiyi şərəfli inkişaf yolunu  elmi cəhətdən işıqlandıran  ən mühüm sənədlərdən biridir.

Dolların bahalaşması manata necə təsir göstərəcək?

19 İyun 2017 13:02

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) Direktorlar Şurası baza faiz dərəcəsini 0,25 faiz bəndi, 0,75-1 faizdən 1-1,25 faizə qədər artırmaq qərarına gəlib. Bu qərar “Reuters” və “Bloomberg”in sorğuladığı analitiklərin konsensus-proqnozları ilə üst-üstə düşüb. Bu arada ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cannet Yellenin uçot dərəcəsinin “2020-ci ilə qədər 3,5%, 10 illik dövlət istiqrazları üzrə gəlirliyin 4% həddinə yüksəlməsini gözləyirik" açıqlamasından sonra "Fitch" beynəlxalq reytinq agentliyi  FED-in uçot dərəcəsini gözləniləndən daha sürətlə artıracağını bəyan edib. Bunun əksinə olaraq Rusiya Bankı uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 9% səviyyəsində təsdiq edib.

Banklar əhali ilə münasibətlərini dəyişməlidir

19 İyun 2017 12:58

Dünyada baş verən iqtisadi geriləmənin təsiri nəticəsində ölkənin kredit sistemində yaranan problemin həlli məqsədilə qanunvericilik aktlarında xeyli sayda dəyişiklik edilib. Xüsusən, “Banklar haqqında” qanunda xeyli sayda dəyişiklik edilib ki, bununla da pul-kredit siyasətinin və manatın məzənnəsinin qorunub saxlanması mümkün olub.

Filmdə milli təbliğat əsasdır

19 İyun 2017 12:55

Hal-hazırda çəkilişləri davam edən, bu il ərzində təqdim olunması planlaşdırılan, yeni milli, ideoloji, vətənpərvər film olan “Mənim adım Azər” filminin ilk xəbəri yayıldığı zamandan filmsevərlərin böyük marağına səbəb olduğu üçün, hələ film haqqında ilk reportajımızda bildirmişdik ki, filmin bütün yaradıcı heyətini sizlərə ardıcıl olaraq tanıdacağıq. Və nəhayət, başlayırıq.

Növbəti erməni həyasızlığı

19 İyun 2017 12:47

Son günlər işğalçı Ermənistanın cəbhə xəttindəki təxribat cəhdləri intensivləşib. Atəşkəs rejimini iriçaplı silahlar və minaatanlardan istifadə etməklə pozmaqda davam edən düşmən müntəzəm olaraq yaşayış mənətəqlərini də hədəf seçib. Bu günlərdə düşmən qüvvələri daha bir təxribata cəhd göstərsələr də, lakin Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi ilə erməni təxribatının qarşısı alınıb. Düşmən ciddi şəkildə itgi verərək məkirli planını reallaşdıra bilməyib. Düzdür, Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən ordumuz bir nəfər şəhid versə də, lakin şəhidimizin qanı yerdə qalmayıb. Belə ki, görülən qətiyyətli cavab tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib. Həmçinin erməni hərbiçilərdən bir neçəsi yaralanıb.

Ekspert: “Həmsədrlər lazım olmayan hesabatlar tərtib edib gedəcəklər”

19 İyun 2017 12:45

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 25 ildir davam edən siyasi və hərbi gedişatlar artıq dalana dirənib”. Bunu Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media eksperti Səbuhi Abbasov ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana səfərinə münasibət bildirərkən deyib.

"Beynəlxalq təşkilatların subyektiv maraqlara dayanaraq, mövqe sərgiləməsi ədalətli deyil"

19 İyun 2017 12:43

“3 aylıq həbs qətimkan tədbiri seçilmiş Əfqan Muxtarlının azad edilməsi və ona qarşı irəli sürülmüş ittihamların ləğvi ilə bağlı Avropa Parlamentinin Azərbaycana etdiyi çağırışı ədalətli qərar hesab etmək olmaz. Bu, Azərbaycanın hüquq müstəvisinə müdaxilədir və qərəzli xarakter daşıyır”. Bunu Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.

Müşfiq Ələsgərli “Formula-1”-in siyasi əhəmiyyətindən danışdı

19 İyun 2017 12:38

“2012-ci ildə Azərbaycanda keçirilən “Avroviziya” mahnı müsabiqəsindən başlayaraq, Azərbaycan demək olar ki, hər il hansısa beynəlxalq yarışmaya ev sahibliyi edir”. Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.