Gündəm

Türkiyə prezidenti Almaniyaya səfər edəcək

19 İyun 2017 14:18

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya səfər edəcək. Bu haqda "Haber7" məlumat yayıb. İnformasiyaya görə, Türkiyə prezidentinin səfəri iyulun 7-də başlayacaq və 8-dək davam edəcək.

Məleykə Abbaszadə: “Dövlət qulluğunda çalışanlar hər 5 ildən bir attestasiyadan keçəcək”

19 İyun 2017 14:16

“Dövlət qulluğunda işləyən şəxs hər 5 ildən bir attestasiya imtahanı verəcək”. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.  

Həmsədr: "Prezidentlər sülh danışıqlarının davam etdirilməsinin tərəfdarıdır"

19 İyun 2017 14:14

"ATƏT-nın Minsk qrupu münaqişə tərəfləri arasında siyasi dialoqun davam etdirilməsinə ümid edir". Bunu Bakıda ATƏT-nın Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib. "Siyasi dialoqun bərpası ilə bağlı biz həm Bakı, həm də İrəvanda müzakirələr aparmışıq.

Popov: "Son bəyanatımız hər iki tərəfə ünvanlanmışdı"

19 İyun 2017 14:12

ATƏT-nın Minsk qrupunun həmsədrləri cəbhədə yaşanan son gərginlikdən dərin təəssüf hissi keçirir. Bu barədə rusiyalı həmsədr İqor Popov bildirib. Diplomat cəbhədəki son gərginliyi Azərbaycan prezidenti və müdafiə naziri ilə müzakirə etdiklərini deyib. "Həmsədrlərin regiona səfəri öncəsi cəbhədə atəşkəs rejiminin ciddi şəkildə pozulması hallarının baş verməsinə çox təəssüf edirik.

Yol polisi müğənni Nigar Camalın sosial şəbəkədə yazdığı statusla bağlı araşdırmaya başlayıb

19 İyun 2017 14:10

Yol polisi müğənni Nigar Camalın sosial şəbəkədə paylaşması ilə bağlı araşdırmaya başlayıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov  bildirib ki, iyunun 18-də tanınmış müğənni Nigar Camalın şəxsi “facebook” hesabında yol polisi ilə bağlı paylaşdığı ifadələrlə əlaqədar araşdırma aparılması üçün iki gün ərzində onunla əlaqə saxlamaq cəhdləri baş tutmayıb: “Müğənni iddia etdiyi vəziyyətlə bağlı araşdırılma aparılması və həqiqətin üzə çıxması üçün ilk növbədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət etməli olduğu halda, status paylaşmasını dərin təəssüf hissi ilə qarşılayırıq.

“Gənclər narkotiklərə YOX deyirlər!” mövzusunda yürüş keçirilib

19 İyun 2017 14:05

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Ekoloq-2010” Ekoloji Maarifləndirmə İctiami Birliyi tərəfindən icra olunan  “İnsan ekologiyası : Gənclər narkotiklərər YOX deyirlər! yürüşünün təşkili” mövzusunda layihəyənin icrası uğurla başa çatıb. İctiami Birlikdən “Olaylar”a verilən məlumatda  qeyd olunur ki, aprel ayından   icra olunan layihə əsasən ölkəmizin cənub bölgəsində- Lənkəran və  Astara  rayonlarının  seçilmiş məktəblərində  iki mərhələdə həyata keçirilib.  Layinənin birinci mərhələsi  çərçıvəsində Lənkəran şəhər 8 saylı tam orta məktəbi və Astara rayonu Suparibağ kənd orta  məktəbinin  yuxarı sinif şagirdlərin iştirakı ilə maarifləndirici seminarlar təşkil olunub.

"Formula 1"-lə əlaqədar Bakının mərkəzi küçələri nəqliyyatın hərəkəti üçün bağlanıb - SİYAHI

19 İyun 2017 14:02

"Formula 1" Azərbaycan "Qran-prisi" ilə əlaqədar Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti bu gündən məhdudlaşdırılıb.  Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, "Formula 1" yarışları Azadlıq meydanından başlayaraq Puşkin, Xəqani, Bülbül küçələri, Zərifə Əliyeva prospekti, Rəsul Rza küçəsi, Neftçilər prospekti, Əziz Əliyev küçəsi, Qoşa Qala qapısı-Gənclər meydanı, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi, Azneft meydanı, Neftçilər prospekti ilə eyni marşrut üzrə nəzərdə tutulduğundan bu istiqamət üzrə avtomobillərin istifadəsinə məhdudiyyət qoyulub.

Sabirabad sakinləri ov tüfəngini könüllü polisə təhvil veriblər

19 İyun 2017 13:58

Sabirabad rayonunun Qaratəpə və Şıxsalahlı kənd sakinləri ov tüfəngələrini könüllü olaraq təhvil veriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabirabad rayonunun Qaratəpə kənd sakini Təbriz Hacıyev nömrəsi silinmiş və lüləsi kəsilmiş “TOZ-B” markalı, Şıxsalahlı kənd sakini Xamis Məmmədov isə nömrəsi silinmiş “TOZ-16” markalı tüfəngləri könüllü olaraq RPŞ-yə təhvil veriblər.

Şahtaxtı gömrük-sərhəd keçid məntəqəsində 93 kq heroin aşkar edilib

19 İyun 2017 13:57

Naxçıvan Muxtar Respublikasının gömrük əməkdaşları külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, narkotik qaçaqmalçılığı faktı Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Şahtaxtı gömrük-sərhəd keçid məntəqəsində qeydə alınıb.

I sinifə qəbul üzrə müsabiqə iyunun 30-da yekunlaşır

19 İyun 2017 13:54

Paytaxtda I sinfə qəbul üzrə müsabiqə mərhələsi davam edir. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də BŞTİ-nin tabeliyindəki 287 nömrəli "Zəkalar" liseyi və 160 nömrəli Klassik Gimnaziyaya I sinifə qəbul üzrə müsabiqə iyunun 6-dan başlayıb və iyunun 30-da yekunlaşacaq.

Portuqaliyada meşələr kül olur: 61 ölü - VİDEO

19 İyun 2017 13:52

Portuqaliyada ölkə tarixinin ən güclü meşə yanğınlarından biri yaşanır. Yanğınlarda həlak olanların sayı artıq 61-ə çatıb. Ölənlər arasında üç uşaq var. Yanğınlar Eştremadura vilayətindəki Leyriya bölgəsində tüğyan edir.

Müsahibəni sertifikat əvəz edəcək

19 İyun 2017 13:43

"Dövlət qulluğuna qəbuldan keçən namizədin aldığı sertifikat həmin vəzifə və onun alt qrupuna daxil olan bir neçə vəzifə üzrə keçərli olacaq". “Olaylar” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov deyib.

Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini ədalətsiz hesab edir

19 İyun 2017 13:40

"Azərbaycan dövləti siyasətini öz xalqının maraqları üzərində qurur. Bizim üçün əsas Azərbaycan xalqının, Azərbaycan ictimaiyyətinin rəyidir. Əlbəttə, beynəlxalq təşkilatlar bu və ya digər məsələlərə münasibət bildirir, bu onların işi, onların mövqeyidir". 

Prezidentin köməkçisi: "Cəbhədə baş verənlər Ermənistan hakimiyyətinin növbəti təxribatıdır"

19 İyun 2017 13:37

"Ermənistanın təcavüzkar siyasəti daim davam edib. Onlar heç vaxt bu siyasətə ara verməyiblər. Sadəcə olaraq, bəlli məqamlarda bir az geri çəkilib, öz mövqelərini gizlətməyə, beynəlxalq ictimaiyyəti aldatmağa çalışıblar". 

Əli Həsənov: "Beynəlxalq hüququn pozulmaz prinsipi olan ərazi bütövlüyü məsələsindən heç vaxt vaz keçməyəcəyik"

19 İyun 2017 13:36

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi aydındır. Bu mövqe həmsədrlərə, BMT Təhlükəsizlik Şurasına, ATƏT-ə, Avropa Şurasına, bütün dünya ictimaiyyətinə çatdırılıb.