Gündəm
Evlənmək istəyən 279383 nəfər müayinədən keçib
Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan may ayının sonuna qədər müayinədən 279383 nəfər keçib. Nazirlikdən “Olaylar” – a bildirilib ki, 1 iyun 2015-ci il – 31 may 2017-ci il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub. İndiyə qədər müayinədən keçmiş 11773 nəfərdə talassemiya daşıyıcılığı, 1101 nəfərdə sifilis, 203 nəfərdə isə QİÇS aşkar olunub.
Böyrək Xəstəlikləri və Transplantasiya Mərkəzində ilk böyrək transplantasiyası
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) yeni açılan "Böyrək Xəstəlikləri və Transplantasiya" Mərkəzində ilk böyrək transplantasiyası uğurla həyata keçirilib. Nazirlikdən “Olaylar” – a bildirilib ki, xroniki böyrək xəstəliyindən əziyyət çəkən vətəndaşa qardaşının böyrəyi köçürülüb. Mərkəzin müdiri, cərrah-uroloq, t.ü.f.d. Rəşad Şolan və transplant-nefroloq Orxan Quliyev bu barədə məlumat verib: "Mərkəzimizdə böyrək köçürülməsi üçün lazım olan şərait və avadanlıqlar dünya standartlarına uyğundur. Böyrək transplantasiyasına namizəd olan xəstə və donor çox ciddi bir şəkildə araşdırılır. Xüsusən də immunoloji testlər və digər müayinələrdən keçəndən sonra xəstə xüsusi yaradılmış konsiliumda müzakirəyə çıxarılır. Bütün əlaqədar mütəxəssislərin müsbət rəyindən sonra xəstəyə böyrək köçürülür."
Opera və Balet Teatrı mövsümü başa vurur
Akademik Opera və Balet Teatrı 108-ci mövsümünü iyunun 21-də teatrın balet truppasının çıxışı - Qala-konsertlə başa vuracaq. Teatrdan “Olaylar” – a bildirilib ki, konsertdə truppanın aparıcı solistləri və gənc balet artistlərinin ifasında P.Çaykovski, N.Rimski-Korsakov, Ş-K. Sen-Sans, L.Minkus, M.Ravel, F.Şopen, S.Puni, E.Helsted və başqa bəstəkarların musiqiləri əsasında balet nömrələri nümayiş olunacaq.
Yerli istehsal və ixracatın stimullaşdırılması
On ildən artıqdır ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı əsas diqqət mərkəzində olan məsələlərdən biridir. 2004-cü ildən etibarən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları ilə əsası qoyulan bu prosesin müsbət nəticələri də artıq özünü göstərməkdədir. 2014-cü ildən bəri dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən sonra iqtisadi sahədə baş verən qlobal böhranın Azərbaycana minimum səviyyədə təsir göstərməsinin də təməlində məhz sözügedən dövlət proqramları dayanırdı. Zamanında həyata keçirilən regional proqramlarin uğurla icrası nəticəsində istər paytaxt, istərsə də əyalətlərdə yeni istehsal müəssisələrinin açılmasının məntiqi nəticəsi idi ki, böhran zamanı Azərbaycanda digər ölkələrdə olduğu kimi kəskin ərzaq qıtlığı və bahalaşması müşahidə edilmədi. Bu müsbət tendensiya bir tərəfdən də hökumətin zamanında atdığı antiböhran tədbirləri nəticəsində mümkün oldu.
Ermənistanın işğalçılıq siyasəti və ona rəvac verən başlıca amillər
Sürətli inkişaf yolu keçən, əldə etdiyi iqtisadi göstəricilərə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada addımlayan Azərbaycan Respublikası bu gün qarşısına çıxan bütün çətinliklər, problemləri də dəf etmək iqtidarındadır. İstər siyasi, istər iqtisadi, istərsə də mədəni və humanitar sahədə Azərbaycan qarşısına çıxan hər bir əngəli, maneəni aradan qaldırmaq gücündədir. Yalnız bir problem, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən başqa. Əslində Azərbaycan bu problemin də öhdəsindən gəlmək, onu həll etmək gücü və iqtidarındadır və bunun üçün bütün imkanlara malikdir. Lakin həmin problemi yaradanlar, regiona münaqişə toxumu səpənlər bunda maraqlı deyillər.
Elçin Hüseynbəyli yazır... Belə-belə işlər
Ötən yazımda bəziləri elə başa düşüblər ki, “bizim” deyəndə öz həyətimizi nəzərdə tuturam və “vosmoy bazarı”nın altından uzanan “Heydər Parkı”ndakı çayxana-kafelər, atraksionlar mənə məxsusdur, ona görə də iradlarımdan nəticə çıxarmayıblar: yenə də skamyaların ətrafı tum qabıqlarıyla doludur, çips qutuları elədən elə-belədən belə parkın ortasında fırlanır. Və sən demə, parkın dərd-sərini də elə oranı süpürənlər, siqaret kötüklərini dənləyənlər, ağac və çiçəkləri sulayanlar çəkir. Parkın səlirə-sahmanına məsul nəzarətçilər isə əlləri ciblərində gəzirlər.
Akademikdən “Azadlıq Radiosu”na: “Gəlin, siz də tərəfsiz jurnalist olun”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun “Azadlıq Radiosu”na müsahibəsi. Qeyd edək ki, akademik “Azadlıq Radiosu”nun tərəf tutan suallarını ciddi arqumentlərlə darmadağın edib.
"Donnarumma hətta ölümlə təhdid olunurdu"
"Milan"ın gənc qapıçısı Canluici Donnarummanın agenti Mino Rayola ötən gün mətbuat konfransı keçirib. İtaliyalı menecer bunları deyib: "Başqa yol yox idi. İstəmədiyimiz qərar qəbul etməli olduq. Pul məsələsi deyil. Bizi təhdid edirdilər. Donnarummanın ailəsinə hədə-qorxu gəlirdilər. Hətta ölüm təhdidləri də vardı. Amma bunlarla futbolçunu saxlamaq qeyri-mümkündür. Donnarumma növbəti mövsüm oynamaya bilər. Onun ustalığını nəzərə alsaq, bu qərar inanılmazdır.
“Qərbi Abşeron” yatağında yeni quyu istismara verilib
“Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 32 nömrəli quyu qazmadan sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, quyu Qirməki Altı Lay Dəstəsindən elektrikli dalma nasosu üsulu ilə məhsul vermiş, 678-726 metr intervaldan sutkalıq 8 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
Həmkəndlisini balta ilə qətlə yetirərək basdırıb
Göyçay rayonunun Çərəkə kəndində kənd sakinini qətlə yetirməkdə şübhəli bilinən Ucar rayon sakini tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyunun 18-də Göyçay rayonunun Çərəkə kəndində kənd sakini Sadiq Musayevin iyunun 14-də evdən çıxması və itkin düşməsi barədə RPŞ-yə müraciət olunub.Göyçay rayon prokurorluğunun və RPŞ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə iyunun 14-də S.Musayevin evində Ucar rayon sakini Seymur Xanməmmədov tərəfindən balta ilə qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib. Belə ki, meyit eksqumasiya edilib. Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri ilə S.Xanmaməmədov tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.
Dövlət Komitəsinin sədri Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 19-da Gürcüstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni qəbul edib. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, görüş zamanı Azərbaycan ilə Gürcüstan arasında dini sahədə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda dövlətin din siyasəti bütün dini konfessiyalara bərabər şəraitin yaradılması, dini icmalara və ibadət yerlərinə dövlət qayğısı əsasında formalaşıb. Azərbaycanda ikisi gürcü pravoslav xristian dini icması olmaqla 28 qeyri-müsəlman dini icmanın dövlət qeydiyyatından keçdiyini qeyd edən Komitə sədri müsəlman dini icmalarla yanaşı qeyri-müsəlman dini icmalara da hərtərəfli diqqət və yardım göstərildiyini vurğulayıb.
Zakir Həsənov həmsədrlərlə görüşüb
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 19-da ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa Respublikası) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, görüşdə Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttindəki əməliyyat şəraiti müzakirə olunub.
5, 53 və 65 nömrəli marşrut xətti üzrə avtobuslar gecə saat 02:00-dək sərnişinlərə xidmət göstərəcək
Bakı Nəqliyyat Agentliyi 23-25 iyun tarixlərində paytaxtımızda keçiriləcək Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz və rahat faəliyyətini təmin etmək məqsədi ilə zəruri tədbirlərin icrasını davam etdirir.
Girişi pullu olan çimərliklərimiz
İyunun 15-dən etibarən respublika ərazisində çimərlik mövsümünə rəsmən start verilib. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə paytaxtda iyunun 15-dən çimərlik mövsümü açıq elan edilib. Havaların hələ də sərin və küləkli keçməsinə baxmayaraq dəniz sahilinə gedən insanlar tapılır. Düzdür, insanlar kütləvi şəkildə dənizdə çimməsələr də sahildə dincəlməyə üstünlük verirlər. Amma qaçılmaz reallıqdır ki, qısa müddədən sonra əsil çimərlik mövsümü başlanacaq. Həm də nəzərə almaq lazımdır ki, artıq bir neçə ildir ki, ənənvi xarakter almış amillər çimərliklərdən istifadəyə maneəçilik yaradır. Çimərliklərin ekoloji vəziyyəti, girişin pullu olması, eləcə də bəzi çimərliklərin ətrafına hasar çəkilməsi vətəndaşların bu hüquqdan istifadəsini məhdudlaşdırır. Belə bir şəraitdə çimərlik ərazilərimiz mövsümə hazırdırmı?
Təhlükəli və müəmmalı hadisələr: İranla müharibə başlayacaq?
ABŞ qüvvələri ötən ay Suriyada İran tərəfindən dəstəklənən qüvvələrə üç dəfə zərbə endirib və bəzi müşahidəçilərin fikrincə, artmaqda olan bu gərginlik "planlaşdırılmayan" münaqişəyə yol aça bilər. Bu haqda "The Guardian" yazır.














