Gündəm

Yavər Camalov Belarus səfirini qəbul edib

19 İyun 2017 15:57

İyunun 19-da müdafiə sənayesi naziri Yavər Camalov Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüş zamanı nazir Yavər Camalov Azərbaycan ilə Belarus arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb. Nazir Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verib.  Səmimi və mehribançılıq şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Belarusun Azərbaycandakı hərbi attaşesi polkovnik Andrey Lemeşevski də görüşdə iştirak edib.

Səmərqənddə Puşkin adına İnformasiya-Kitabxana Mərkəzinə  Azərbaycanla bağlı kitablar təqdim edilib

19 İyun 2017 15:47

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), diaspor təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi, Səmərqənd Vilayət Hakimiyyəti və Səmərqənd Dövlət Universitetinin təşəbbüsü, Özbəkistandakı səfirliyimizin dəstəyi ilə bu qədim şəhərdə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Puşkin adına İnformasiya-Kitabxana Mərkəzinə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı kitablar təqdim olunub.

Əli Həsənov: "Üzv olduğumuz və tərəfdaşlıq etdiyimiz əksər beynəlxalq təşkilat Azərbaycan ərazilərinin işğalı faktını tanıyıb"

19 İyun 2017 15:46

Qarabağ Araşdırmalar Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası layihəsi çərçivəsində KİV nümayəndələri üçün “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri” mövzusunda qısamüddətli elmi maarifləndirmə və təbliğat kursları başa çatıb. 

Rusiyalı həmsədr: “Qəbul edəcəyimiz bəyanatda cəbhədə yaranmış vəziyyəti əks etdirəcəyik”

19 İyun 2017 15:41

“Həmsədrlərin Azərbaycana səfəri ərəfəsində baş verən bu ciddi atəşkəs pozuntusu dərin təəssüf hissi doğurur”. Bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov həmsədrlərin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı deyib. “Biz səfərimizin yekunu olaraq qəbul edəcəyimiz bəyanatda bu vəziyyəti əks etdirəcəyik”, - deyə o vurğulayıb.

ADU rektoru: "Süni surətdə tələbələrin kəsirlərinin saxlanmasına imkan verilməyəcək"

19 İyun 2017 15:40

“Süni surətdə tələbələrin kəsirlərinin saxlanmasına imkan verilməyəcək”. Bunu Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla deyib. Rektor ADU-nun kitabxanasının yaxşılaşdırılması istiqamətində də addımlar atılacağını bildirib: “Təhsil naziri Mikayıl Cabbarov məni Azərbaycan Dillər Universitetinin (ADU) kollektivinə təqdim edib getdikdən sonra dedim ki, kitabxananı görmək istəyirəm. Mənə dedilər ki, əsas binada kitabxana yoxdur, kitabxana universitetin başqa binasına köçürülüb. Mən buna çox təəccübləndim. Təsəvvür edin, bu binada təhsil alan tələbə kitab üçün başqa binaya gedir”.

Azərbaycan prezidenti: "Ermənistan həmsədrlərin fəaliyyətini pozmağa çalışır"

19 İyun 2017 15:37

"Sizin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinizdən sonra və Azərbaycana gəlişiniz ərəfəsində Ermənistan təmas xəttində Azərbaycana qarşı növbəti hərbi təxribat törədib və bunun nəticəsində bir Azərbaycan əsgəri həlak olub. Azərbaycan Ordusu həmişə olduğu kimi, adekvat cavab verib və bunun nəticəsi sizə məlumdur. Bu, mənim üçün təəccüblü deyil, çünki Ermənistan tərəfi həmişə hansısa mühüm tədbir və ya sizin səfəriniz ərəfəsində bu cür təxribatlar törədir və biz bunun bir neçə dəfə - 2014-cü, 2016-cı illərdə və indi də şahidi olmuşuq. Onlar, sözsüz, bilirlər ki, mülki əhali və hərbi qulluqçularımıza qarşı istənilən hərbi təxribata biz adekvat cavab verəcəyik”. Bunu Azərbaycan prezidenti İlham ƏliyevATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popovu, Riçard Hoqlandı və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən deyib.

Fikir, söz və məlumat azadlığının təminatçısı

19 İyun 2017 15:35

Azərbaycan tarixində ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra əsas diqqət yetirdiyi məsələlərdən biri də müstəqillik ənənələrinə xas xüsusisyyətləri, demokratik prinsipləri inkişaf etdirmək, demokratiyaya sadiqliyini nümayiş etdirmək idi. Demokratik ənənələr, pirinsiplər isə ilk növbədə fikir, söz, ifadə məlumat azadlığının necə təmin olunmasında özünü göstərirdi. 

"19 yaşımda düşünmədən ailə qurdum" -  Samira ağladı

19 İyun 2017 15:33

“Özümə çox qapanan insanam. Ağılla iş görürəm. Çünki özümə yaxın qoyduğum insanı sonra buraxmaq istəmirəm”.  bu sözləri müğənni Samira Allahverdi “Hər şey daxil” verilişində deyib. 

"Sənsiz ilk Atalar günüm..." - "Güdük Necmi"nin qızı

19 İyun 2017 15:24

Bir neçə ay əvvəl dünyasını dəyişən aktyor Halit Akçatepenin qızı Ebru Atalar günündə sosial mediadakı paylaşımı ilə diqqət çəkib.

Azərbaycanlılar üçün darıxan ermənilərdən İNANILMAZ SÖZLƏR

19 İyun 2017 15:22

Rusiyanın "Şimal həqiqəti" (Pravda Severa) qəzetinin əməkdaşı Aleksey Morozov Ermənistana səfər edərək, bu ölkədən reportaj hazırlayıb. Reportajda diqqət çəkən məqam ermənilərin Dağlıq Qarabağ münaqişəsindən yorulduqları və azərbaycanlılarla keçmişdə olan yaxşı münasibətlər üçün darıxdığı haqda dedikləridir.

Londonda binanın yanması nəticəsində ölənlərin sayı artdı

19 İyun 2017 15:21

Londonda "Grenfell Tower" adlı çoxmərtəbəli binanın yanması nəticəsində ölənlərin sayı 79-a çatıb. Çoxlu sayda sakin isə hələ də itkin düşmüş sayılır. Xəstəxanaya yerləşdirilən 19 nəfərdən 10-nun vəziyəti ağır qıymətləndirlib.

Politoloq: “Onların iddialarının içərisində əsas yeri həmsədrlərə saxta məlumatlar vermək tutur”

19 İyun 2017 15:15

“Ermənilər hər zaman bu taktikaya əl atırlar. Onların iddialarının içərisində əsas yeri atəşkəsin guya azərbaycanlılar tərəfindən pozulması haqqında həmsədrlərə yanlış saxta məlumatlar vermək tutur”.

Dənizkənarı Milli Parka giriş iyunun 20-dən 26-dək bağlı olacaq

19 İyun 2017 15:04

Bakıda keçiriləcək "Formula 1” yarışları ilə əlaqədar olaraq Dənizkənarı Milli Park ərazisinin bir hissəsinə giriş qadağan olunacaq. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov  bildirib ki, ümumi ərazisi 14 km olan Dənizkənarı Milli Parkın yalnız 3 km-dən bir qədər az – “köhnə bulvar” olan hissəsi bağlanacaq.

Bəzi hakimlərin səlahiyyət müddəti başa çatır

19 İyun 2017 14:58

“Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilir. Parlamentdən  verilən məlumatda bildirilib ki, bəzi hakimlərin seçilmə müddəti başa çatır. Bununla əlaqədar konkret təyinatlar olacaq. Bir sıra səlahiyyət müddəti tamam olmuş hakimlərin təyinat məsələlərinə baxılacaq.  Bunlar əsasən apelyasiya və digər məhkəmələrin hakimləridir. Qanuna dəyişiklik Milli Məclisin iyunun 30-da keçirləcək növbədənkənar iclasında müzakirə ediləcək.

Muğam Mərkəzində  “Etnik musiqi inciləri” layihəsi təqdim edildi

19 İyun 2017 14:56

Beynəlxalq Muğam Mərkəzində  “Etnik musiqi inciləri” adlı yeni layihə təqdim edilib.  Mərkəzdən “Olaylar” – a bildirilib ki, tədbir Azərbaycan və Rumıniya ölkələrinin diplomatik əlaqələrinin 25 illiyinə həsr olunub. Səhnəyə Rumıniyanın Bakıdakı səfiri Dan Lanku çıxaraq iki ölkə arasında olan diplomatik fəaliyyət və davam edən mədəni və siyasi əlaqələrdən danışıb.