"Sənsiz ilk Atalar günüm..." - "Güdük Necmi"nin qızı
Bir neçə ay əvvəl dünyasını dəyişən aktyor Halit Akçatepenin qızı Ebru Atalar günündə sosial mediadakı paylaşımı ilə diqqət çəkib.
19 İyun 2017 15:24 DünyaBir neçə ay əvvəl dünyasını dəyişən aktyor Halit Akçatepenin qızı Ebru Atalar günündə sosial mediadakı paylaşımı ilə diqqət çəkib.
Atasının fotolarının ibarət slayd şou hazırlayan Ebru sözləri ilə izləyiciləri kövrəldib:
"Sənsiz ilk Atalar günüm. Bizlərə gülümsəməyi öyrədən, gələcəyə ümidlə baxmamıza səbəb olan "Halit ata"sız ilk dəfə Türkiyə... Sevgin o qədər istidir ki... Nə danışılır, necə təsəvvür edilir... Həsrətin boğazımda düyünlənir... Atalar günün mübarək olsun, ata". Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31