Gündəm

Almaniya səfiri: "Dağlıq Qarabağla bağlı "status-kvo" dəyişməlidir"

19 İyun 2017 16:32

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı "status-kvo" olduğu kimi qalmamalıdır". Bunu Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab deyib. Diplomat bildirib ki, münaqişə danışıqlar yolu ilə həllini tapmalıdır.

69 yaşlı Şvarsneqqer keçmiş xanımı və uşaqları ilə

19 İyun 2017 16:30

69 yaşlı aktyor Arnold Şvarsneqqer keçmiş xanımı Mariya Şrayverlə bir araya gəlib. 25 il evli qalan cütlük uşaqları Ketrin, Kristina və Patriklə görüşüblər.  Onlar Arnolda Atalar günü sürprizi ediblər.

İslam həmrəyliyi və müasir çağırışlar mövzusunda tədbir keçirilib

19 İyun 2017 16:12

Oğuzda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 19-da “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, konfransda Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yusif Naxçıvanski konfransı giriş sözü ilə açaraq rayondakı sabit dini durum barədə məlumat verib.

BMT-nin Dəniz hüququ haqqında konvensiyası”nın iştirakçı dövlətlərinin 27 – ci iclası keçirilib

19 İyun 2017 16:11

Nyu – York şəhərində “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında konvensiyası”nın iştirakçı dövlətlərinin 27 – ci iclası keçirilib. “OLAYLAR”-ın Dövlət Dəniz Administrasiyasına istinadən verdiyi xəbərə görə, sessiyada DDA-nın rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Azərbaycanlı alim ABŞ – da tətqiqat aparacaq 

19 İyun 2017 16:10

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Səidə Şərifova ABŞ-ın Azərbaycandakı səfirliyinin 2017-2018-ci il üçün elan etdiyi “Fulbrayt” Elmi-Tədqiqat Proqramının qalibi olub.

“Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

19 İyun 2017 16:08

Bakı Dövlət Universitetində bu ali təhsil ocağının professor-müəllim heyətinin, bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələrinin iştirakı ilə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.Universitetdən “Olaylar” – a bildirilib ki,  Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən tədbiri açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 11 aprel 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən dövlət qulluğu susteminin mahiyyəti və əhəmiyyəti haqqında ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə keçirilir.

“Hərənin öz ulduzu”  Ağdama səfər edəcək

19 İyun 2017 16:09

Musiqili Teatrı sabah növbəti səfərə yola düşür. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Musiqili Teatrının kollektivi 20 iyun tarixində cəbhə bölgəsində - Ağdam şəhərində çıxış edəcək. Qastrol səfəri “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” ölkə Prezidentinin sərəncamına əsasən baş tutatcaq. Teatrın kollektivi Ağdam sakinləri qarşısında Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” iki hissəli musiqili komediyası ilə çıxış edəcək.

ƏMDK ilə VXSİDA arasında memorandum imzalanacaq

19 İyun 2017 16:07

İyunun 20-də Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq istiqamətləri, iki tərəfli əlaqələrin perspektivləri müəyyən edilməsi ilə bağlı tədbir keçiriləcəkdir.

“Azərbaycan Dəmir Yolları” Çin şirkəti ilə protokol imzalayıb

19 İyun 2017 16:05

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Çinin Ningxia Kommersiya Departamentinin baş direktor müavini, Ningxia Liman Ofisinin direktoru cənab Kong Guohuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. “OLAYLAR”-a Səhmdar Cəmiyyətdən daxil olan məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək, Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, o cümlədən inşası bu il başa çatacaq Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan tərəfi Çinin “Bir kəmər-bir yol” strategiyasının iki istiqamətindən biri olan və Qədim İpək Yolu üzərində yerləşən ölkələr arasında iqtisadi sahədə münasibətlərin daha da genişləndirilməsini nəzərdə tutan “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsünün reallaşmasına böyük töhfələr verə bilər. Azərbaycan ərazisindən keçən marşrutlar daha çox iqtisadi potensiala malikdir. Sonra “Beynəlxalq yükdaşımalarının səmərəliliyinin artırılması və təşkili” məsələsi müzakirə olunub.

Mərkəzi Asiyada münaqişələrin qarşısının alınmasında qadınların və gənclərin rolundan danışılacaq

19 İyun 2017 16:04

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Dr. Gülşən Paşayeva Mərkəzi Asiya üçün BMT-nin Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin və BMT Qadınlar təşkilatının birgə təşkilatçılığı ilə “Mərkəzi Asiyada münaqişələrin qarşısının alınmasında qadınların və gənclərin rolu” mövzusunda keçiriləcək seminarda iştirak etmək üçün Qazaxıstana səfər edəcək. “OLAYLAR”-ın SAM-a istinadən verdiyi xəbərə görə, mərkəzin direktor müavini konfransda çıxış edəcək.

Evləri qarət edən dəstə ifşa edilib

19 İyun 2017 16:02

Sabunçu rayonunda oğurluqda şübhəli bilinən dəstə saxlanıb. DİN-dən verilən məlumata görə,  dəstə üzvləri Qafur Quliyevin, Rəfayel Bəşirovun, Elmar Nəzərovun və Amir Nəsirovun ətraflarında Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların fevralın 4-dən mayın 13-dək olan müddətdə rayon ərazisindəki 3 evdən pul oğurlamaları da müəyyən edilib.

Kultivasiya yolu ilə yetişdirilən 31 ədəd çətənə kolu aşkar edilib

19 İyun 2017 16:01

Lənkəran sakinin həyətində çəətənə kolu aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, daxil olan məlumat əsasında Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səpnəkəran kənd sakini Əziz Fətullayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 31 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Biləsuvar sakinindən “Makarov” götürülüb

19 İyun 2017 16:00

Biləsuvar şəhər sakini dən odlu silah götürülüb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Razi İsayevdən "Makarov" markalı tapança və 7 ədəd patron götürülüb. Hazırda silahın haradan əldə edilməsi istiqamətində araşdırmalar davam etdirilir.  

Azərbaycanda elmi kadrların hazırlanması ilə 2102 nəfər elmi rəhbər məşğul olur

19 İyun 2017 15:58

Bu gün Azərbaycanda elmi kadrların hazırlanması ilə 2102 nəfər elmi rəhbər məşğul olur ki, onların da 59-u Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,  84-ü müxbir üzvü, 1528-i professor, 273-ü isə dosentdir.

Azərbaycanda yürüdülən plüralizim siyasəti öz nəticəsini verməkdədir

19 İyun 2017 15:57

Bir qayda olaraq demokratiya yolunu tutmuş ölkələrdə demokratik ənənələr, prinsiplər ən yüksək səviyyədə qorunur, onlara əməl edilir. Bu ənənələr, prinsiplər sırasında  fikir, söz, məlumat və ifadə azadlığı, plüralizm xüsusi yer tutur. Azərbaycan da demokratik cəmiyyətin bir üzvü olduğu, bu yolda addımladığı üçün qeyd edilən prinsiplər, ənənələr qorunur, onlara əməl edilir.