Gündəm
Həmsədrlər həqiqətən də münaqişənin ədalətli həllini istəyirlərsə...
"Dünyadakı mövcud beynəlxalq təşkilatlar münaqişələrin həllində fəal iştirak edə bilərlər. Amma təəssüflər olsun ki, ayrı-ayrı münaqişələrə fərqli münasibətlər göstərilir. Elə məsələ var ki, BMT Təhlükəsizlik Şurası qətnamə qəbul edən kimi dərhal icra olunmağa başlayır. Amma Dağlıq Qarabağ münaqişəsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə hələ də kağız üzərində qalıb.
Deputat: Səhiyyə sahəsində aparılan islahatlar müsbət nəticələr verməkdədir
“Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verir”. Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Azərbaycanda gender siyasəti uğurla həyata keçirilir
“Hazırda əsas beynəlxalq sənədlərdə cinslər arasında bərabərlik insanın başlıca hüquqlarından biri kimi təsbit edilir. Beynəlxalq hüquqda haqlı olaraq, qadınlar xüsusi subyekt kimi dəyərləndirilir, onlara hüquqlarının həyata keçirilməsi üçün geniş təminatlar müəyyən olunur.
Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilmə tarixi hələ məlum deyil
İyulun əvvəlində Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilmə tarixi məlum olacaq. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, iyulun 4 ya 5-də Türkiyənin Qars vilayətində Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan, Gürcüstanın dəmir yolu rəisi və nəqliyyat naziri ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi müəyyən ediləcək: “Bu görüşdən sonra artıq dəqiq tarix barədə məlumat verə biləcəyik”.
Sintetik narkotik vasitələr hazırlayan şəxslər saxlanılıb
Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində paytaxt sakini Rəsul Hacıyev şübhəli şəxs qismində saxlanılıb.
Bağlanan 11 bankın əmanətçilərinə 734,2 mln. manat kompensasiya ödənilib
Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan bankların qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb. Fonddan “Olaylar”a verilən məlumata görə, iyunun 16-na “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 mln. 222 min manat (ümumi kompensasiya öhdəliyinin 98,5%-i), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 58 mln. 971 min manat (ümumi kompensasiya öhdəliyinin 85%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 mln. 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 87 min manat (ümumi kompensasiya öhdəliyinin 98,7%-dan çox) kompensasiya ödənilib.
Dövlət Dəniz Administrasiyasının nümayəndələri Nyu-Yorkda olublar
Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarının Nyu - York şəhərində keçirilən “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında konvensiyası”nın iştirakçı dövlətlərinin 27 – ci iclasında iştirak edib.
Bu şəhərin əhalisi 2 dəfə İFTAR edir
Ramazan ayında gün ərzində iki dəfə (imsak və iftar) yemək yeyilir. Lakin bəzi ərazilərdə yaşayan insanları məzhəb fərqinə görə iki dəfə iftar süfrəsinə əyləşir. Türkiyənin İran, Naxçıvan və Ermənistanla sərhəddə yerləşən Iğdır şəhərində insanlar Ramazan ayında gün ərzində iki dəfə iftar edir. Buna səbəb ərazidə yaşayan insanların sünni və şiə olaraq qruplara ayrılmasıdır.
Maliyyə Monitorinqi Xidməti İŞİD-lə əlaqəli olan şəxsi "qara siyahı"ya salıb
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi Xidməti BMTTəhlükəsizlik Şurasının İŞİD və "Əl-Qaidə" Sanksiya Komitəsinin iyunun 16-da qəbul edilmiş qərarlarına uyğun olaraq ümumi siyahını yeniləyib. MBNP-dən verilən xəbərə görə, ümumi siyahı Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş "Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası"na əsasən yenilənib. Məlumata görə, 1 nəfərin adı siyahıya əlavə olunub. Həmin şəxs Fared Saaldır.
Qurban Qurbanov: "5 potensial rəqibdən ən çətini düşdü"
"5 potensial rəqibdən ən çətini düşdü. "Samtredia" bizi daha yaxşı tanıyır. Ötən mövsüm rəqibin "Qəbələ"ylə cavab matçında göstərdiyi futbolu gördük. Xarakterli komandadır". Bunu "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
Dünyamin Xəlilovun vəkilləri məhkəməyə gəlmədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək həbs edilən iş adamı və sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov, Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Formula-1" bolidlərinin Bakıya gətirilməsinə başlanılıb
"Formula-1" Azərbaycan Qran-prisi çərçivəsində Bakı Heydər Əliyev Beynəlxalq HavaLimanına yüklərin gətirilməsinə başlanılıb. Hava limanının mətbuat xidmətindən verilən məlumata görə, yarış bolidləri, onlara xidmət üçün və yarışların təşkili üçün lazım olan avadanlıq da daxil olmaqla 600 tondan çox yük altı reyslə Monreal şəhərindən gətirilib. Daha iki reys bu həftə yerinə yetiriləcək. Reysləri "Silk Way Airlines", "Cargolux", "Qatar Cargo" və "AirBridgeCargo" yük aviaşirkətləri yerinə yetirirlər. "Formula-1" Azərbaycan Qran-prisinin başlanmasına qədər ümumilikdə 800 tondan çox yükün gətirilməsi planlaşdırılır.
"Qarabağ" ilk dəfə
Avrokuboklar tarixində 7-ci dəfə Azərbaycan və Gürcüstan klubları üz-üzə gələcək. Çempionlar Liqasının bu gün keçirilən püşkü "Qarabağ" və "Samtredia"nı II təsnifat mərhələsində üz-üzə qoyub. Bunadək iki ölkə təmsilçilərinin 6 dueli baş tutub. Təmsilçilərimizin üstünlüyü ilə keçən görüşlərdə 4 dəfə komandalarımız mərhələ keçib. Gürcüstanlılar isə yalnız iki dəfə bunu bacarıb. Qonşularımızın qənimləri "Neftçi" və "Qəbələ"dir. Bu klublar hərəyə 2 dəfə rəqibini mübarizədən kənarlaşdırıb. Bakılılar "Zestafoni" və "Çixura"nı, "Qəbələ" isə Tiflis "Dinamo"su ilə "Samtredia"nı keçib.
2 nəfər istidən öldü - İspaniyada
Pireney yarımadasında hökm sürən şiddətli istilər insan itkisinə səbəb olub. İspaniyada iki nəfər günvurma nəticəsində həyatını itirib. Bundan başqa, Kataloniya regionunda 150-yə yaxın adam xəstəxanaya müraciət edib.
Bakı və Abşeronda sürüşmələr aktivləşib, çökmə və uçqun baş verib
Ötən həftənin sonu atmosfer yağıntılarından sonra Bakı və Abşeron yarımadasındakı sürüşmə sahələri aktivləşib, bəzi yerlərdə çökmə və uçqun prosesləri baş verib.














