Gündəm

Həmsədrlər iyulun 3-də Vyanada Minsk qrupu üzvlərini danışıqlar prosesi barədə məlumatlandıracaqlar

19 İyun 2017 18:22

ATƏT-in Minsk qrupu həmsədrləri Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) iyulun 3-də Vyanada Minsk qrupunun üzvlərini regiona son səfərləri barədə məlumatlandıracaqlar. Bu barədə həmsədrlərin regiona səfərlərinin yekunlarına dair bəyanatda bildirilir.

Vidadi Zeynalov evini sataraq ziyanın daha bir hissəsini ödəyib

19 İyun 2017 18:20

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov dövlətə vurduğu ziyanın daha bir hissəsini ödəyib. Bu barədə açıqlama verən V. Zeynalovun vəkili Elxan Süleymanlı deyib ki, müdafiə etdiyi şəxsin ailəsi yaşadığı mənzil satılıb və dövlətə 2 milyon 200 min manat ödəniş edilib. V. Zeynalovun qalan borcu 2 milyondur.

ATƏT tərəfləri gərginliyi azaltmağa çağırdı

19 İyun 2017 18:15

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tərəflərini qoşunların qarşıdurma xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılmasına gətirib çıxaracaq tədbirləri nəzərdən keçirməyə çağırıb.

Azərbaycanda qeyri-rəsmi nikahdan doğulanların sayı artıb

19 İyun 2017 18:05

Azərbaycanda son 4 ildə ilk dəfə olaraq, qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı yenidən ən yüksək səviyyəyə çatıb. Rəsmi qeydiyyata alınmamış nikahda olan qadınlar tərəfindən 2012-ci ildə 27 031 uşaq dünyaya gətirilib.

Tağı Əhmədova vəzifə verildi

19 İyun 2017 18:00

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi "Əməkdar mühəndis", Texnika elmləri namizədi, "Şöhrət" ordenli Tağı Əhmədov...

Nigeriyada terror aktı nəticəsində 12 nəfər ölüb, 11 sakin yaralanıb

19 İyun 2017 17:51

Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında terrorçu-kamikadzelərin silsilə hücumları nəticəsində 12 nəfər ölüb, 11 nəfər yaralanıb.  Bu barədə ştatın polis idarəsinin nümayəndəsi Viktor İsuku məlumat verib. Hücumda 5 terrorçu-kamikadze iştirak edib.

"Neftçi” komandasının hazırlıq planı müəyyənləşib

19 İyun 2017 17:49

"Neftçi” futbol komandasının yay hazırlıq planı müəyyənləşib. İyunun 26-da Bakıda təlim-məşq toplanışına başlayacaq “ağ-qaralar” iyulun 24-də ölkə xaricinə yollanacaq.

Moskvada iki elektrik qatarı toqquşub

19 İyun 2017 17:47

Moskvada Kursk dəmiryol vağzalı ərazisində iki elektrik qatarı toqquşub. Rusiyanın Daxili İşlər Nazirliyi hadisənin baş verdiyini təsdiqləyib. Nazirlikdən bildirilib ki, xəsarət alanların sayı dəqiqləşdirilir. Qəzadan sonra sərnişinlər təxliyyə edilib.

Britaniyada məscidlərin mühafizəsi gücləndirilir

19 İyun 2017 17:45

Britaniyanın baş naziri Tereza Mey ölkədəki məscidlərin mühafizəçilərinin sayının artırılması haqda qərar qəbul edib. Bu haqda o, iyunun 19-da iqamətgahının qarşısındakı çıxışında bildirib. Baş nazir məscidlərin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə polis dəstələri göndərilməsi haqda qərar qəbul etdiyini bildirib.

"WhatsApp" internetsiz də işləyir - Telefonunuzda bunu edin

19 İyun 2017 17:36

Dünyanın ən böyük mesajlaşma platforması olan "WhatsApp"ın internetsiz şəraitdə də istifadə edilməsi mümkündür.  Əməliyyat hələlik yalnız android əsaslı cihazlar üçün mümkündür. Yəni internetsiz "WhatsApp" istifadəsi "iPhone" istifadəçilərini əhatə etmir.

Nazir: “Ermənistan təxribatlar törətməklə danışıqları pozmaq siyasətini yürüdür”

19 İyun 2017 17:35

Azərbaycan xarici işlər naziriElmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti, İqor Popov, Riçard Hoqland və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüb. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə mövcud “status- kvo”nun qeyri-davamlı və qəbuledilməz olduğu qeyd olunaraq onun substantiv danışıqlar yolu ilə dəyişdirilməsinin vacibliyi vurğulanıb. E. Məmmədyarov münaqişənin həllində irəliləyişə nail olmaq üçün hazırda danışıqlar masasında olan təkliflərə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib. Nazir diqqəti Ermənistanın təmas xəttində törətdiyi son təxribatlara çəkərək Ermənistanın məqsədyönlü şəkildə bu kimi təxribatlar və vəziyyəti gərginləşdirmək yolu ilə danışıqlar prosesini pozmaq siyasətini yürütdüyünü qeyd edib.

DİM: Apellyasiya Komissiyasına müraciət edən 91 şagirdin qiyməti dəyişdirilib

19 İyun 2017 17:33

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi orta təhsil səviyyəsi üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanlarının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasının məlumatını açıqlayıb.

Smartfon istifadəçilərinə XƏBƏRDARLIQ

19 İyun 2017 17:31

"Kaspersky Lab" şirkətinin əməkdaşları "Android" smartfonlar üçün nəzərdə tutulan yeni troyan aşkar ediblər.  Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyindən verilən məlumata görə, "Google Play" onlayn mağazası vasitəsilə yayılan zərərverici proqram, yeni üsullardan istifadə edərək qurğunu "root" imtiyazlara keçirməyə qadirdir. "Dvmap" adı alan ("Kaspersky Lab"ın təsnifatına görə) virus, "Google Play"ə müxtəlif tətbiqetmələr adı altında məsələn, sadə  məntiqi oyun formasında yüklənilib. Tədqiqatçılar bildirirlər ki, "Dvmap Android"in tətbiqetmələr olan rəsmi mağazasından 50 min dəfədən artıq  yüklənilib.

Almaniyada dəmir yollarında qatarlar ləngiyir - SƏBƏB?

19 İyun 2017 17:16

Almaniya polisi dəmir yollarında baş vermiş 12 yanğın hadisəsi ilə bağlı araşdırmalara başlayıb. Leyptsiq, Drezden, Hamburq, Berlin və Dortmundda baş vermiş yanğınlarla əlaqədar qatarların hərəkətində ləngimələr qeydə alınıb.

AppLab proqramının iştirakçısı startap müsabiqəsində qalib oldu

19 İyun 2017 17:12

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin Applab proqramında iştirak edən layihələrdən biri özünün ilk uğuruna imza atıb.