Gündəm
Yeni daşınan qurğu stressi aradan qaldıracaq
Böyük Britaniyanın “BioSelf Technology” şirkəti “Sensate” adlanan kiçik qurğu yaradıb. Sinəyə bərkidilən qurğu istifadəçi stress keçirən zaman alçaqtezlikli səs dalğaları yaradaraq vibrasiya etməyə başlayır.
Kaliforniya alimləri: Pəhriz insan səhhətinə əlavə ziyan vurur
Kaliforniya Universitetinin əməkdaşları belə bir nəticəyə gəliblər ki, pəhriz nəinki artıq çəkidən xilas olmağa kömək etmir, həm də səhhətə əlavə ziyan vurur. Axı bədən çəkisində tez-tez əhəmiyyətli dəyişmələr ürək-damar xəstəlikləri, insultun yaranması riskini artırır, həmçinin immuniteti azaldaraq orqanizmi təhlükəli virus infeksiyaları üçün daha zəif edir.
Gündə 150 qram al-qırmızı giləmeyvə ye, stressdən qurtul!
Alimlər sübut ediblər ki, bütün gileymeyvələr kimi, çiyələk də insan orqanizmi üçün faydalıdır. Ruhdan düşməmək, daim yaxşı əhval-ruhiyyədə olmaq üçün alimlər müntəzəm olaraq çiyələk yeməyi məsləhət görürlər. Gündə 150 qram al-qırmızı giləmeyvə yeməklə stresdən qurtulmaq olar.
Diqqət: Kabrialet sürmək eşitməni zəiflədir
Kabrialet sürmək insanların sağlıq durumuna, xüsusilə də eşitmə qabiliyyətinə mənfi təsir göstərir. ABŞ-ın Missuri ştatındakı Sent Luis Tibb Universitetinin alimləri bu nəticəyə gəliblər. Təcrübələr zamanı alimlər "Porsche", "Saab", "Nissan" və "Ford" markalı 5 kabrialet saatda 80-120 kilometr sürətlə hərəkət edən zaman ondakı səsin gücünü ölçüblər.
Xanımların diqqətinə: Süfrəni qurmaq bir sənətdir!
Yemək bışırmək necə bir sənətdirsə,yeməyi bəzəyib süfrəyə gətirmək də elə bir sənətdir. Yeməyiniz nə qədər gözəl olusa olsun, əgər Siz süfrə qaydalarını bilmirsinizsə, bu gələn qonaqları da, elə Sizi də yoracaqdır. Əgər yaxşı bir qonaqlıq vermək planınız varsa, çağıracağınız qonaqların sağlıq vəziyyətlərini, yaşlarını və s.bütün detayları nəzərə almalı olacaqsınız.
Ən yalançı bürclər
Bütün insanların ən çox işlətdiyi günah deyəsən, yalan danışmaqdır. Bir çox bürclər yalan danışır, ancaq bunu hamısı şəxsi mənfəət üçün etmir. Odur ki, kiminsə sizi barmağına dolamasına icazə verməmək üçün yalan danışmağı çox sevən zodiak işarələrini yadda saxlamaq lazımdır.
Ali məktəblərdə yeni kredit sistemi ilə tədrisin təşkili proseduru qüvvəyə minib
Təhsil naziri Mikayıl CabbarovNazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli 257 nömrəli qərarının icra olunması haqqında əmr imzalayıb. Əmr Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 14 iyun 2017-ci il tarixli 257 nömrəli qərarının icrasını təmin etmək məqsədilə imzalanıb.
Balakəndə külli miqdarda narkotik maddə aşkarlanıb, saxlanılan var
Balakən rayonunda külli miqdarda narkotik maddə aşkarlanıb. DİN-dən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Ronaldunu Pepe yoldan çıxarır?
"Real Madrid"in futbolçuları Ronaldunu başqa kluba getmək fikrinə Pepenin saldığını güman edirlər. Onda Cero" Pepenin həmyerlisinə PSG-ni seçməyi məsləhət gördüyünü yazır. Mənbənin məlumatına əsasən təcrübəli müdafiəçi vergidən yayınma ilə əlaqədar ittihamda klub rəhbərliyinin Ronaldunu tək qoyduğunu ön plana çəkir.
Bəsti Sevdiyeva nənə oldu
Əməkdar artist Bəsti Sevdiyevanın ailəsində sevincli anlar yaşanır. Artıq Bəsti Sevdiyeva da nənədir. Muğam ifaçısının qızı Aytac ana olub. Bəsti Sevdiyevanın qız nəvəsi Şimali Kipr Türk Cümhuriyyətində dünyaya gəlib.
Dubayda hava taksiləri istifadəyə veriləcək
BƏƏ-nin Dubay şəhərində pilotsuz hava taksilərinin sınaqdan keçiriləcəyi elan edilib. Sınaqlara bu ilin sonunda başlanması nəzərdə tutulub. Şəhər idarəsindən verilən məlumata görə, sınaqların 5 il müddətində davam etməsi planlaşdırılıb.
Prezident “Məktəbəqədər təhsil haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb
Prezident İlham Əliyev “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Yol polisi hüquqi və fiziki şəxslərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsinin yay mövsümü ilə əlaqədar ölkə ərazisində avtobuslarla regionlara səyahət təşkil edən hüquqi və fiziki şəxslərə müraciət edib. İdarədən verilən məlumatda qeyd olunur ki, yay mövsümü ilə əlaqədar istirahət və tətil günlərində məktəblilər, təhsil və əmək müəssisələrində çalışan əməkdaşlar və onların övladları üçün avtobuslarla ölkənin ayrı-ayrı regionlarına səyahətlər təşkil edilir: “Belə səfərlər zamanı adətən müxtəlif turizm şirkətlərinin, bəzi hallarda isə qeyri-müntəzəm şəkildə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus avtobus və mikroavtobuslardan istifadə olunur.
Dərsliklərlə bağlı növbəti BİABIRÇILIQ: müəlliflər üz-üzə
Tarixçi-alim Leyla Hüseynova 10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsinin plagiat olması ilə bağlı müəyyən fikirlər səsləndirib. O, Təhsil Nazirliyin müsbət qiymətləndirdiyi dərsliyin plagiat olduğunu deyərək, bunu AMEA-nın Tarix İnstitutunun aşkarladığını bildirib. L.Hüseynova yeni dərslik layihəsində ciddi elmi səhvə yol verildiyini qeyd edib.
Gürcü ekspert: “Metsamor AES bütün region üçün böyük təhlükə mənbəyidir”
Tbilisidə “Ekologiya və nüvə radiasiyası təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə üzv olan ölkələrin və digər beynəlxalq təşkilatların yüzdən çox nümayəndəsi iştirak edib. Konfransda əsasən zənginləşdirilmiş uranın təhlükəsiz şəkildə daşınması, geri qaytarılması və istifadə edilməsi prosedurları müzakirə olunub. Cənubi Qafqaz regionunda radiasiya və nüvə sahəsində bir çox məsələlər də diqqət mərkəzində olub. Konfrans iştirakçıları Ermənistanda fəaliyyət göstərən Metsamor AES-lə bağlı fikirlərini də bölüşüblər.














