Gündəm
Bədii təhsilin gələcək perspektivləri
Məlumdur ki, Bakı Xoreoqrafiya Akademiyası Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 30 aprel 2014-cü il tarixli Sərəncamı ilə yaradılmış və ümumi, orta ixtisas, tam orta, ali və əlavə təhsil proqramlarını həyata keçirən çoxpilləli təhsil kompleksidir. Akademiyanın orta ixtisas təhsil proqramını Akademiya nəzdində fəaliyyət göstərən İncəsənət Kolleci həyata keçirir.
120-dən artıq miqrant itkin düşdü
Aralıq dənizində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində 120-dən artıq miqrant itkin düşüb. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatında bildiriblər. "Beynəlxalq Miqrasiya Təşkilatının əməkdaşları tərəfindən Palermoda toplanan məlumatlara əsasən, Aralıq dənizində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində 126 miqrant olmüş ola bilər", - bunu öz "Twitter" hesabında Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Flavio Di Djakomo yazıb. İtaliya sahil mühafizəsinin məlumatına əsasən, son 4 gün ərzində Aralıq dənizində 4,5 mindən artıq miqranta yardım göstərilib.
Hərbi karvana hücum
Türkiyədə separatçı terror təşkilatının üzvləri minaatanlardan istifadə etməklə Çukurcadan Vana gedən hərbi karvana hücum ediblər. Hücum nəticəsində 1 əsgəri şəhid olub, 6-sı isə yaralanıb.
Təyyarəni ildırım vurdu
Türk Hava Yollarının Atatürk Hava Limanından qalxan sərnişin təyyarəsini ildırım vurub. 101nəfər sərnişin olan Türk Hava Yollarına məxsus "Boeing 737-800" tipli sərnişin təyyarəsində pilot vəziyyət ilə bağlı dispetçerlə əlaqə yaradıb, təcili enişə icazə istəyib. Problemsiz eniş edən təyyarənin sərnişləri təşvişlə enərkən sıxlıq yaranıb, bu səbəbdən insanlar bir-birini əzib.
Muzeydə I Respublika elmi konfransı keçiriləcək
İyunun 20 –də AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Muzey, arxiv və kitabxanalarda mühafizə edilən milli dəyərlərin tədqiqi, təbliği, qorunması və bərpası” mövzusunda I Respublika elmi konfransı keçiriəcək. Muzeydən “Olaylar” – a bildirilib ki, konfrans çərçivəsində muzeylərdə elmi, fond və ekspozisiya işində milli dəyərlərin yeri, arxiv və kitabxana işinin təşkili, müasir cəmiyyətdə muzey.
Muzeydə şəhid Elçin Baxşəliyevə həsr olunmuş anım tədbiri
AMEA Milli Azərbaycan Tarixi Muzeyində şəhid Elçin Baxşəliyevin anım tədbiri keçirilib. Muzeydən “Olaylar” –a bildirilib ki, tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, o cümlədən, şəhidin ailə üzvləri və cəbhə yoldaşları, media işçiləri iştirak ediblər. Tədbir iştirakçıları Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açıq elan etdi. Akademik şəhid E.Baxşəliyevin ailəsinə baş sağlığı verərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsinin əziz tutulması və gənc nəsillərin də qəhrəmanlarımızı tanımalarının vacib olduğunu bildirdi. Daha sonra şəhidin şücaətindən, döyüş yolundan danışıldı.
“İncəsənətə dair söhbətlər” layihəsi çərçivəsində növbəti mühazirə
Milli Azərbaycan Tarixi Muzeyində “O.Şmerlinq və İ.Rotterin “Molla Nəsrəddin” jurnalındakı yaradıcılığı” mövzusunda seminar keçirilib. Muzeydən “Olaylar” – a bildirilib ki, tədbir Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi ilə birgə “İncəsənətə dair söhbətlər” layihəsi çərçivəsində baş tutub. “Azərbaycan Kazak Həmyerliləri” İctimai Birliyinin üzvləri, Muzey əməkdaşları tədbirdə iştirak ediblər. Seminarda Muzeyin elmi işçisi t.ü.f.d. Fuad Ağayev məruzə ilə çıxış edib. Natiq XX əsrin əvvəllərində rəssamlar - O.Şmerlinq və İ.Rotterin yaradıcılığında dini mövhumat və xurafat, çarizmin milli siyasəti, iqtisadi gerilik və digər sosial qüsurların tənqidinin mühüm yer tutduğunu bildirib.
Milli Kino Günləri
Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsnin və Nizami Kino Mərkəzinin birgə layihəsi əsasında, həmçinin C.Cabbarlı adına Azərbaycan Kinostudiyasının dəstəyilə iyunun 14- də başlanan “Milli Kino Günləri” layihəsinə daxil olan filmlərin nümayişi Nizami Kino Mərkəzində davam edir. Mərkəzdən “Olaylar” – a bildirilib ki, filmlər bazar ertəsi, çərşənbə və cümə günləri saat 12:30-da nümayiş olunur.
Alimlər: Almanın tərkibində ürəyi cavanlaşdıran maddə var
Mütəmadi alma yemək insan ömrünü xeyli uzadır. Britaniya alimlərin araşdırması, almanın tərkibində ürəyi cavanlaşdıran maddəni üzə çıxarıb. Həmin maddə, eyni zamanda, qan dövranını yaxşılaşdırır, immun sistemini gücləndirir.
Yaxın 5 ildə mobil şəbəkələrdə qurğuların sayı 2 dəfə artacaq
Telekommunikasiya avadanlığının istehsalı üzrə ixtisaslaşmış “Ericsson” şirkətinin proqnozuna görə, yaxın 5 ildə mobil şəbəkələrdə qurğuların sayı 2 dəfə artacaq.
Uşağınız dırnağını yeyirsə....
İndi bir çox valideynləri narahat edən amillərdən biri də, azyaşlı uşağların çox vaxt öz dırnaqlarını yeməsi, bunun arzuolunmaz vərdişə çevrilməsidir. Dırnağını yeyən uşağı bu hərəkətindən çəkindirmək istəyirsinisə, əmr cümlələrini birdəfəlik unudun. Məsələn, "Dırnağını yemə!", "Əlini ağzından çək!" və s. kimi...
Gününü kompüterin qarşısında keçirənlərdə ürək tutması və insult ehtimalı 113 faiz artır
Yeni tədqiqatın nəticələrinə əsasən, gündə ekran qarşısında dörd saatdan çox vaxt keçirən televiziya tamaşaçıları və fərdi kompyuter istifadəçiləri həyatlarını sözün əsl mənasında təhlükə qarşısına qoyurlar.
Dünyanın ən güclü superkompüterlərinin reytinqi dərc olunub
“TOP500” təşkilatı dünyanın ən güclü superkompüterlərinin ənənəvi reytinqinin növbəti versiyasını dərc edib. İl ərzində hesablama sistemlərinin ümumi məhsuldarlığı 11 faiz - 672 petaflopsdan 749 petaflopsadək (saniyədə 1015 hesablama) artıb. Birinci yeri rəqiblərdən böyük fərqlə 93 petaflops göstərici ilə Çinin “Sunway TaihuLight” superkompüteri tutub.
“Facebook” istifadəçilərinə qarşı yeni fişinq hücumu aşkar edilib
“PhishLabs” şirkətinin mütəxəssisləri yalnız mobil qurğu sahiblərinə hədəflənmiş yeni fişinq kampaniyası haqda məlumat veriblər. Hücum, əsasən “Facebook” istifadəçilərinə, həmçinin “Apple iCloud”, “Comcast”, “Craigslist” və “OfferUp” xidmətlərinə hədəflənib.
Estoniya parlamenti ölkə ərazisində robot kuryerlərdən istifadəyə icazə verib
“Skype” internet telefoniya xidmətinin yaradıcıları tərəfindən 3 il əvvəl təsis edilmiş “Starship Technologies” adlı yeni şirkət bağlamaları küçələr üzrə saatda təxminən 6 km sürətlə daşımaq qabiliyyətinə malik robot kuryerlərin hazırlanması ilə məşğuldurlar. Bu robotlar artıq dünyanın müxtəlif ölkələrində sınaqdan keçirilir və bu günlərdə Estoniya parlamenti ölkə ərazisində robot kuryerlərdən istifadə ideyasını təqdir edib.














