Gündəm

Malidə silahlılar turizm kompleksinə hücum edib: 5 ölü

20 İyun 2017 11:49

Malidə bir qrup silahlı turizm kompleksinə hücum edib. Silahlılarln hücumu nəticəsində 1 hərbçi və 4 dinc sakin həlak olub, 1 nəsəfr isə itkin düşüb.

ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşüb

20 İyun 2017 11:45

Bakıda diplomatik nümayəndəliyin avtomobili qəzaya düşüb. Hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb. ABŞ-ın Bakıdakı səfirliyinə məxsus “Ford” markalı, 006 T 052 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Tuncay Cəfərovun idarə etdiyi “Mercedes” markalı maşınla toqquşub. 

Vaşinqtondan Çinə xəbərdarlıq

20 İyun 2017 11:42

Çin terrorçuluqla mübarizəyə öz töhfəsini artırmalıdır. Bunu jurnalistlərə Şərqi Asiya və Sakit okean işləri üzrə ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Syuzan Tornton deyib.

Tuba yeni sevgilisi ilə şəklini çəkən fotoqrafı döydürdü

20 İyun 2017 11:39

Türkiyəli aktrisa, "Cesur ve güzel" serilının ulduzu Tuba Büyüküstün boşandıqdan sonra yeni sevgilisi ilə görüntülənib. Fotoqraf Umut Evirgenlə gəzən aktrisanın şəkillərini çəkib. Bu zaman Evirgenin mühafizəçiləri fotoqrafın başına silah dirəyərək aparatı onun əlindən alıblar. 

Türkiyə Qətər böhranının tezliklə həll olunacağına ümid edir

20 İyun 2017 11:37

Türkiyə Qətər böhranının tezliklə həll olunacağına ümid edir. Bunu Türkiyə Prezidentinin mətbuat xidmətinin rəhbəri İbrahim Kalın deyib. Onun sözlərinə görə, Türkiyə böhranın ilk günündən onun nizamlanmasına böyük səy göstərir: "Türkiyə üçün Qətər böhranı iki qardaş dövlət arasında problem deməkdir".

Bakıda ilk dəfə “Ulduz Premium Chocolate” butiki açıldı

20 İyun 2017 11:36

Ulduz şokolad fabriki Bakının Neftçılər prospekti 91 ünvanında (Qız qalasının yaxınlığında) ilk “Ulduz Premium Chocolate” butikini açıb. Şirkətin mətbuat xidmətindən “OLAYLAR”-a daxil olan məlumata görə, fabrik dünya şokolad tarixində ilk dəfə olaraq ənənvi dadlar ilə yanaşı milli dad olan kəklikotulu və darçınlı şokoladlar da satışa çıxardıb. Respublikamızda həyata keçirilən beynəlxalq tədbirləri və gələn çox saylı qonaqları, o cümlədən turistləri nəzərə alaraq fabrik şokolad məhsularının üst dizaynında və qablaşdırılmasında da çalışıb ki, Azərbaycanın milli ornamentlərini, tarixi abidələrini əks etdirsin.

Gənc Elçi Azərbaycanı beynəlxalq tədbirdə təmsil edib

20 İyun 2017 11:34

Gənclər Təşkilatları Milli Şurası tərəfindən Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Gənc Elçilər” Proqramının iştirakçısı Elmar İbrahimov Bolqarıstanın Bansko şəhərində keçirilən “Youth 4 peace” adlı layihədə iştirak edib. Milli Şuradan “OLAYLAR”-a bildirilib ki, layihədə Bolqarıstan, Türkiyə, Gürcüstan, Azərbaycan, Ermənistan, Polşa, İspaniya, Birləşmiş Krallıq, Rumıniya və Kipr ölkələrindən 30 gənc təmsil olunub. Layihənin məqsədi gənclərin münaqişə idarəetməsi, sülhməramlılıq və qeyri-zorakılıq əsas mahiyyətlərini dərindən qavraması, iştirakçıları qeyri-zorakılığın mahiyyəti ilə tanış etmək, ondan istifadənin ən yaxşı yolu və sülhməramlılığın bərqərar olması üçün yerli vəziyyətlərə və şəraitə uyğunlaşdırılması və fəal çalışması üçün onların bilik və bacarıqlarını qeyri-rəsmi təhsil vasitəsilə inkişaf etdirilməsidir.

Ermənilər 137 dəfə atəşkəsi pozub

20 İyun 2017 11:33

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 137 dəfə pozub.

MN: "Düşmən çoxsaylı yaralıları məcbur qalaraq hər gün bir adla ortalığa çıxarır"

20 İyun 2017 11:31

Ermənistan tərəfi kağız üzərində "qəhrəmanlıqla" məşğuldur. Bunu Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

101 sərnişinin olduğu Türkiyə təyyarəsini ildırım vurdu - VİDEO

20 İyun 2017 11:29

Türk Hava Yollarının Atatürk Hava limanından qalxan təyyarəsi ildırım vurduğu üçün təcili eniş edib. Türk Hava Yollarının (THY) TK-427 səfər saylı Boeing 737-800 tipli, TC-JGD qeydiyyatından keçmiş təyyarəsi saat 21.30-da 101 sərnişinlə İstanbul Atatürk Hava limanından Tatarıstanın paytaxtı Kazana hərəkət edib. Ancaq təyyarəni İstanbul hava sahəsində ildırım vurub.

"Real" Ronaldonun yerinə kimi alacaq? - ŞOK SİYAHI

20 İyun 2017 11:27

Son günlər dünya mediasının gündəmindəki əsas mövzu Kriştiano Ronaldonun "Real"dan gedəcəyi ilə bağlı xəbərlərdi. Portuqaliyalı ulduzun Madrid klubundan ayrılmaq istədiyi, hətta artıq rəsmi təkliflərin olduğu bildirilir.

Bakıda əxlaqsız qadınlar turistin başına görün nə oyun açdı - ŞOK HADİSƏ

20 İyun 2017 11:26

İyunun 20-nə keçən gecə Bakıda qonaq olan iraqlı turist polisə müraciət edib. İraq vətəndaşı olan 1976-cı il təvəllüdlü Abdulməcid Manaf Abdulhəmid oğlu bildirib ki, dünən axşam saatlarında Fəvvarələr Meydanında intim xidmət təklif edən 3 qadınla tanış olub. Daha sonra o, həmin qadınları Neftçilər prospekti 110 ünvanındakı binada kirayə tutduğu mənzilə aparıb və eyş-işrət məclisi təşkil olunub. Gecə saat 03:30 radələrində isə 41 yaşlı iraqlı turist hamam otağında olarkən qadınlar onun içində 3 min manat olan pul kisəsini və "Samsung" markalı telefonunu götürərək aradan çıxıblar.

Əfsanəyə çevrilmiş, tarixin ən gözəl nişan üzükləri- FOTOLAR

20 İyun 2017 11:22

Bir qadına eşq etiraf etməyin ən gözəl yolu ona nişan üzüyü almaqdır. Çünki bu, ilk görüşdən adı görünən akssesuar əbədi sevgi və sədaqətin rəmzidir. Tarixdə elə nişan üzükləri də var ki, öz sahibəsinin sayəsində bütün dünyada məşhurlaşıb.

Karlos Sayns: "Qala divarlarının yanından keçmək insanı valeh edir"

20 İyun 2017 11:19

“Bakı və Monako şəhər traslarıdır, lakin onları müqayisə etmək olmaz. Məsələ onların birinin yaxşı, digərinin pis olmasında deyil. Onlar sadəcə çox fərqlidirlər". Bunu Formula 1 üzrə Azərbaycan Qran-Prisində mübarizə aparacaq "Toro Rosso" komandasının sürücüsü Karlos Sayns deyib.

Türkiyədə daha bir əsgər zəhərlənməsi TƏXRİBAT?

20 İyun 2017 11:17

Türkiyə hökuməti əsgər zəhərlənmələri ilə bağlı ciddi araşdırmalar apardığı bir vaxtda Silahlı Qüvvələrinin hərbi hissələrinin birində yenə əsgər zəhərlənməsi hadisəsi baş verib.