Karlos Sayns: "Qala divarlarının yanından keçmək insanı valeh edir"
“Bakı və Monako şəhər traslarıdır, lakin onları müqayisə etmək olmaz. Məsələ onların birinin yaxşı, digərinin pis olmasında deyil. Onlar sadəcə çox fərqlidirlər". Bunu Formula 1 üzrə Azərbaycan Qran-Prisində mübarizə aparacaq "Toro Rosso" komandasının sürücüsü Karlos Sayns deyib.
20 İyun 2017 11:19 İdman"Bakı və Monako şəhər traslarıdır, lakin onları müqayisə etmək olmaz. Məsələ onların birinin yaxşı, digərinin pis olmasında deyil. Onlar sadəcə çox fərqlidirlər". Bunu Formula 1 üzrə Azərbaycan Qran-Prisində mübarizə aparacaq "Toro Rosso" komandasının sürücüsü Karlos Sayns deyib.
O, Bakı Şəhər Halqasında yarışmağın maraqlı olduğunu deyib: "Keçənilki yarışdan zövq almışdım. Hər şey xoşuma gəlmişdi, lakin təəssüf ki, yarışı başa vura bilməmişdik. Mən "McLaren" və "Red Bull"un sürücüləri ilə mübarizəni əla xatırlayıram. Dincəlməyə imkan yox idi. Bakıda sürmək çətindir. Monakodan çətin olduğunu deyə bilmərəm, amma buna yaxındır. Kiçik bir səhv baha başa gələ bilər. Bir an belə olsun, diqqətsizlik etmək olmaz". Pilot Bakı Şəhər Halqasının qala divarlarının yanından keçən hissəsinin möhtəşəm olduğunu vurğuıayıb: "300 km/saat sürətlə gedərkən çox da zövq ala bilmirsən, amma orta əsrlərə aid qala divarlarının yanından keçmək insanı valeh edir. Orada çəkilən şəkillər də unikal alınır!
Bakıda yarışmağın üstünlüklərindən biri də paddoka çox yaxın qalmağımızdır. Özünü rahat hiss edirsən. İstədiyin qədər yata bilirsən və ora çatmaq üçün bir neçə dəqiqə kifayətdir. Ayaqyoluna ehtiyac olduqda da, asanlıqla otel nömrəsinə qayıda bilirsən. Ötən il Enrike İqlesiasın bizi qarşılamasına sevindim. O, əla oğlandır". Sia.az