Vaşinqtondan Çinə xəbərdarlıq

Çin terrorçuluqla mübarizəyə öz töhfəsini artırmalıdır. Bunu jurnalistlərə Şərqi Asiya və Sakit okean işləri üzrə ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Syuzan Tornton deyib.

Çin terrorçuluqla mübarizəyə öz töhfəsini artırmalıdır. Bunu jurnalistlərə Şərqi Asiya və Sakit okean işləri üzrə ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Syuzan Tornton deyib.

"Biz hesab edirik ki, Çin artan qlobal terrorçuluq problemindən daha çox əziyyət çəkir və biz istəyərdik ki, onlar fəallaşsın və üzərləriinə böyük məsuliyyət payı götürsünlər. Onların terrorçuluqla mübarizəyə töhfələri daha çox olmalıdır", - S.Tornton deyib.

S,Tornton qeyd edib ki, Pekinin, məsələn İraqda çox maraqları var və onlar İŞİD-in darmadağın edilməsi üzrə beynəlxalq koalisiyaya kömək etmək üçün daha çox töfhə verməlidirlər. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31